Soyuq havada evinizi isitməyin 7 pulsuz üsulu

Müəllif: YalniZ-ArZu
Şərhlər: 8
Baxılıb: 3 260
Səs ver:
(səs: 3)
Soyuqlar və yelçəkənlər qış mövsümündə bir çox mənzillərin arzuolunmaz qonağıdır. Təbii ki, evin istiliyini təmin etmək üçün ən yaxşı vasitə istilik sistemləridir (radiator, kondisioner, isti döşəmə).

Lakin, əgər hansısa səbəbdən bu cür tədbirləri görməyə imkanınız yaxud zamanınız yoxdursa, bir neçə sadə və qənaətli üsullarla evin havasını müəyyən qədər isidə bilərsiniz:
Gün çıxan zamanı pərdələri çəkin ki, evinizə günəş işığı düşsün. İşıq, məkanda yığılaraq istiyə çevrilir.
Pəncərələrə qalın materialdan pərdə asın. Açıq rəngli pərdə məkanı vizual olaraq genişləndirəcək və istiliyin qorunub saxlanmasına köməklik edəcək.
Yerə xalça sərin. Xalça həm əvəzolunmaz dekor elementi, həm istilik mənbəyidir.
Mebelin yerini dəyişin. Şkafları, komodları və s. daha soyuq divarın önüna yerləşdirin, çarpayını, divanı, stolu isə otağın isti zonalarında.
Soyuq mövsümdə interyer tekstili sevir. Trikotaj pled, toxunma üzlüklü dekorativ yastıqlar psixoloji olaraq istilik hissi yaradacaq. Eyni zamanda eviniz nə qədər işıqlı olsa, bir o qədər rahatlıq bəxş edəcək. Odur ki, istirahət zonasına lampalar əlavə edin.
Əgər evinizdə radiator varsa, onun arxasına qalın folqadan termoekran yerləşdirin. Folqa, istiliyi əks etdirərək məkana yayır. Nəticə olaraq, radiatorun verdiyi istilik divara deyil, otağa yayılacaq.
Evinizdə tez-tez şam yandırın. Şam həm romantik abu-hava, həm istilik bəxş edəcək.
Eviniz isti olduğu halda qış soyuqlarla deyil, təravətli kofe, isti çay, sevinclə dolu Yeni il kimi xoş xatirələrlə yadınızda qalacaq. Unutmayın ki, istilik tək məkanda deyil, həmçinin bir birimizə qarşı münasibətlərimizdə olmalıdır.
(səs: 3)
Şərhlər: 8
Baxılıb: 3 260
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri