Evdə paltar qurutmanın zərərləri

Müəllif: Onun_Mələyi
Şərhlər: 4
Baxılıb: 2 731
Səs ver:
(səs: 0)
Səbəbi hər nə olursa olsun hərmövsüm paltarlarını içəridə qurudanlara bəd xəbər! Paltarları evdə qurudarkən insan sağlamlığına ciddi nisbətdə zərər verdiyini bilirdinizmi?"Hər kəsin seçimi olan yuyucu tozların içində olan kimyəvi maddələr, suda əriyərək çirkli paltarlarımızı təmizləyər. Təbii ki, bu kimyəvi tullantılar yuma əməliyyatından sonra durulamağa baxmayaraq paltarlarımızda bir miqdar qalır. Qurutma əməliyyatı əsnasında su ilə birlikdə buxarlanaraq,atmosferə yayılaraq kimyəvi tullantı çirkliliyinə səbəb olur. Bu səbəblə paltarlarımızı bağlı mühit yerinə açıq havada qurutmaq ən doğru variantdır.Şəhər mühitində açıqda paltarqurutmaq artıq get-gedə lap çətinləşir. Bu səbəblə paltar qurutduğumuz otaqların yaxşı havalandırılması, bu mühitdə yaşlı və ya körpələrin qalmaması məsləhətlidir. Qurutma maşınları yaxşı bir alternativ olsa da, elektrik enerjisi istehlak etməsi səbəbiylə ailə büdcəsinə zərərli olur. Mütəxəssislər evin içində başqa bir qurutma imkanının olmadığı hallarda paltarların pəncərələrin yaxınlığında sərilmələri məsləhətini görürlər."Şotlandiyanın Qlazqo şəhərində olan Mackintosh Ətraf mühəndisliyi Araşdırma Mərkəzinin araşdırmasına görə qurumaq üçün otaq içindəasılan geyimlər evin içindəki nəmlik balansınıpozur və bu vəziyyət də bəzi xəstəliklərə yol açır.Paltar maşınından çıxan paltarların quruduqları sahədəki buxarlanma nisbətiniölçmüşlər. Nəticədə bu sahələrdəki havanın xərçəngə belə səbəb ola biləcək dərəcədə zərərli kimyəvi maddələr istehsal etdiyini müşahidə etdilər. Təyin olunan kimyəvilər arasında 7 ölümcül hava çirkləndirici maddə və 25 zərərli maddə olduğu aşkara çıxdı. Bu maddələrdən 2 -si, Asetaldehit və benzen də bu maddələr arasında var.Elm adamları artan nəmin ev içindəki kif və kiçik böcəklərin inkişafları üçün daha uyğun şərait meydana gətirdiyinə işarə edərək, başda astma olmaqla yuxarı tənəffüs yolu xəstəliklərinə də yol açdığını bildirmişlər.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 731
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri