Xurmanın faydaları

Şərhlər: 3
Baxılıb: 2 231
Səs ver:
(səs: 0)
Payızla birlikdə xurmanın da mövsümü gəldi. Bu ekzotik meyvə can dərmanıdır desək yanılmarıq.
Xurma zülallar, qlükoza və fruktoza, C, beta- karotin, kalium, kalsium, maqnezium, fosfor, dəmir və yodla zəngindir. Tərkibində qida lifləri və pektin var.
Xurma yod mənbəyidir. Müasir dövrdə yod çatışmazlığı ndan əziyyət çəkən çox insan var. Yod orqanizm tərəfindən istehsal olunmur, insan onu qidaların tərkibində almalıdır. Xurma bunun üçün zəngin mənbədir.
Ürək- damar xəstəliklərindən əziyyət çəkənlər üçün xurma tapıntıdır. Onun tərkibindəki kalium ürək əzələlərinin işini dəstəkləyir.Bu meyvənin tərkibindəki C və P vitaminləri damarları gücləndirir.
Varikoz və aterosklerozdan əziyyət çəkənlərə həkimlər mütləq şəkildə xurma yeməyui tövsiyə edirlər.
Zəngin tərkibinə baxmayaraq orta ölçülü bir xurma 60 kaloriyə malikdir. Arıqlamaq istəyənlər xurmanı bir nahar yeməyi ilə əvəz etsələr bir neçə gündən sonra xoş effekti müşahidə edə biləcəklər.
Ümumilikdə bədəni gücləndirir. Qanazlığına faydalıdır.
Bu meyyvə bakterisid xarakterə malik olduğuna görə, bağırsaq çöplərinə, qızlı stafilokok bakteriyalarına qarşı mübarizə aparmaq xüsusiyyətinə malikdir. Bədənində hər hansı infeksiyası olan insanlara orqanizmi güləndirmək üçün xurma yemək tövsiyə olunur.
Xurma böyrəklərə faydalıdır. Blenderdə çəkilmiş xurmanı hər gün yesəniz böyrəklərdə toplanmış duzları, qum dənələrini əridə bilərsiniz.
Bu meyvənin parlaq narıncı rəngi onun beta karotin ilə zəngin olmasından xəbər verir.
Tərkibindəki antioksidantlara görə xurma yaşıl çaydan geri qalmır.

Əsəb sinir pozğunluqları, pis ovqata qarşı xurma yeyin..

Hamilə qadınlar xurma yeməklə körpələrinin skeletinin formalaşmasına, bətnindəki körpənin sağlam qidalanmasına və öz sağlığına töhfə vermiş olur

XURMANIN ZƏRƏRLƏRI
Körpə uşaqlarda diatez yarada bilər.Xurmanın qabığı mədədə daş yaranmasına səbəb olan taninlərlə zəngindir. Qabıqlı yemək olmaz.
Diabet xəstələrinə xurma yemək olmaz.
Xurma dənzi məhsulları ilə birlikdə yeyilrəsə allergiya verə bilər.
Xurma dişlərdə karies yaradır.Ona görə xurma yedikdən dərhal sonra ağız boşluğu yaxalanmalıdır..
Acqarına yeyilən xurma həzm sisteminin işini ləngidir.Əməliyyat yeni çıxmış xəstələrə də tərkibindəki taninə görə məsləhət görülmür. Piylənmədən əziyyət çəkənlərə və 3 yaşa qədər uşaqlara da yemək olmaz...
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 231
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri