Cins şalvarları necə yuyaq ki, rəngi çıxmasın?

Müəllif: Efsuw2016
Şərhlər: 4
Baxılıb: 4 191
Səs ver:
(səs: 1)
1. Cins şalvarları tez-tez yumaq tövsiyə olunmur. Təbii ki, gigiyena qaydaları nəzərə alınmalıdır, amma ən ideal yuyulma aralığı 5 - 10 dəfə geyildikdən sonradır.
2. Cins şalvarların rənginin solması qorxusu demək olar ki, bütün qadınlarda var. Əgər sizdə də belə bir qorxu varsa, bir qabda sirkəli su hazırlayın və şalvarınızı həmin suda 1 saat saxlayın. Sonra isə qurutmaq üçün asın.
3. Paltaryuyan maşında yuyarkən tərs tərəfini çevirərək yumaq çox daha məntiqli və tövsiyə olunandır.
4. Cins şalvarlarınızı əlinizlə yumaq istədiyiniz zaman ən yaxşı dostunuz syuq su olacaq. Soyuq su ilə yaxşıca yuduqdan sonra hazırladığınız suyun içərisində 30 dəqiqə saxlayın. Sonra bol su ilə durulayın və quruması üçün asın.
5. Cins şalvarları yuduqdan sonra suyunu sıxaraq çıxarmaq olduqca təhlükəli və gərəksiz bir prosesdir. Bu səbəbdən şalvarı rulon olacaq formada sarıyın və üzərinə möhkəm şəkildə basaraq suyun xaric olmasına kömək edin. Bu şəkildə şalvarınıza heç bir zərər dəyməyəcək.
6. Paltaryuyan və ya qurudan maşın istifadə edirsinizsə, cins şalvarları yuyarkən və ya qurutduğunuz zaman qətiyyən yüksək temperaturdan istifadə etməyin. Bu həm rənginin solmasına, həm də şalvarın səthinə zərər verə bilər
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 4 191
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri