Güldandaki Güllərə Qulluq

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 5 117
Səs ver:
(səs: 0)
Gülləri guldanda daha uzunmüddətli təzə saxlamaq üçün bir sıra qaydalara riayət etmək lazımdır.
Ilk öncə gülləri yubatmadan suya qoymaq lazımdır,əvvəlcə gülün gövdəsini 2-4 sm kəsmək lazımdır.Kəsmək üçün mütləq iti alət istifadə edin ki gülün gövdəsi əzilməsin.
Elə güllər var ki,suyu xarab edir və sudan pis iy gəlir,o gülləri ayrıca guldanda saxlamaq lazımdır.Eləcə də nərgiz gülünü başqa güllərlə bir guldanda saxlamaq düzgün deyil,çünki nərgiz gülü də suyu korlayan güllərdəndir.
Bütün güllərin suyun altında qala biləcək yarpaqları kəsilməlidir.Ancaq təmiz su istifadə edilməlidir.
Qızılgüllərin suyuna limon turşusu əlavə etmək olar ( 1litr suya,1/4 çay qaşığı)
Güldanda suyun miqdarı da,gülün uzunmüddətli qalıb qalmamayacaginda rol oynayır.Fərqli güllər üçün fərqli su miqdarı lazımdır.Xrizantem,iris,qızılgül və tulpanlar üçün - 10 santimetr.Qərənfil və nərgizlər üçün 10-15 santimetr.
Güllərin daha gözəl açması üçün suya qənd əlavə edin.Təxmini olaraq hər litr suya 50-60 qr əlavə etsəz kifayət edər.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 5 117
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri