Yatmazdan əvvəl bunları etməyin!

Müəllif: arzum-aysum
Şərhlər: 13
Baxılıb: 3 228
Səs ver:
(səs: 0)
Yaxşı yuxu sağlamlığın əsas şərtlərindən biridir. Yuxu zamanı insan orqanizmi bərpa olunur, cavanlaşır.

Yaxşı yuxu insanın sinir, ürək-damar və immun sistemləri üçün xüsusilə vacibdir. Müasir insanlar arasında yuxu problemləri çox yayılıb. Bunun səbəbləri arasında bizim pis vərdişlərimizdir.

Sizə yaxşı yuxunun əsas düşmənlərini təqdim edirik:
1. Yatmazdan əvvəl çimməyin. Bu bədən hərarətinin artmasına səbəb olur ki, insan yuxuya gedə bilmir. Yatmazdan ən azı 1 ,5 saat əvvəl çimin.

2. Yatmazdan əvvəl telefon, planşet və ya kompüterdən istifadə etməyin. Qəcetlərin ekranlarının göy işığı yuxu hormonu olan melatoninin ifrazını pozur.

3. Çay içməyin. Çay kofeinlə zəngindir ki, bu maddə beyini stimullaşdırır. Həmçinin çayın sidikqovucu xüsusiyyətləri var. Bu da yaxşı yuxuya mane olacaq. Alimlər yatmazdan əvvəl yarım-1 stəkan su içməyi tövsiyə edirlər ki, insult və infarktın qarşısını alır.

4. Çox yeməyin. Dolu mədə yaxşı yuxunun əsas düşmənlərindəndir. Lakin acqarına da yatmayın.

5. Fiziki işlə, idmanla məşğul olmayın. Fiziki aktivlik insanı gümrah edir, qanda adrenalin, endorfin hormonlarının (xoşbəxtlik hormonları) səviyyəsi qalxır. Bu isə yuxuya getməyə mane olacaq.
(səs: 0)
Şərhlər: 13
Baxılıb: 3 228
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri