Əlinizi gündə 6 dəfədən çox yuyursunuzsa... - diqqət

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 6 453
Səs ver:
(səs: 5)
Mütəxəssislər əllərini gündə 6 dəfədən çox yuyanların ekzemaya yaxalanmaq riskinin 3 dəfə artdığını bildirirlər. Ekzema ən təhlükəli dəri xəstəliklərindən biridir.
 
Əllər mütəmadi olaraq ətraf mühitin təsirinə məruz qaldığı üçün ekzema daha çox bu  bədən üzvündə yaranır. Qab, paltar yuyarkən və ya ev təmizləyərkən əlləri kimyəvi maddələrdən müdafiə etmək üçün mütləq içərisi pambıqlı əlcək geyinmək lazımdır. Tamamilə rezindən hazırlanan əlcəklər də təhlükə mənbəyidir.
 
Su və sabun əl dərisinin nəm balansını pozduğu üçün ekzema təhlükəsini artırır.
 
Dəridə quruma, çatlama, soyulma kimi halların baş verməməsi üçün əlləri yalnız yemək yedikdən və tualetdən sonra yumaq tövsiyə edilir. Əl 6 dəfədən çox yuyulmamalıdır. Üstəlik, əlləri yuduqdan sonra qidalandırıcı və nəmləndirici keyfiyyətli əl kremi çəkmək lazımdır.
 
Ekzemadan müdafiə üçün aşağıdakı tədbirləri görün!
 
*Hamamda çox qalmayın. 30 dəqiqə çimmək təmizlənmək üçün kifayətdir.
 
*Çimərkən və əl-üzü yuyarkən həddən artıq isti sudan istifadə etməyin.
 
*Hamam süngərini dəriyə bərk sürtməyin və bədənin eyni bölgəsini 2 dəfədən artıq sabunlamayın.
 
* Hər gün bədən və əl üçün nəmləndirici kremlərdən istifadə edin.
 
*Əgər quru dəriyə sahibsinizsə, bədən üçün nəzərdə tutulan yağlardan istifadə edin.
 
*Əllərinizi gündə 6 dəfədən çox yumayın.
 
*Otağın rütubətlilik nisbətinə nəzər yetirin. Hava daim nəmli olsun.
(səs: 5)
Şərhlər: 12
Baxılıb: 6 453
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri