KÖRPƏNİZİN DAVRANIŞI NECƏDİR? – TEST

Müəllif: Son Bahar
Şərhlər: 2
Baxılıb: 1 861
Səs ver:
(səs: 0)
Hər körpənin bir şəxsiyyəti, fərqli bir xarakteri vardır. Körpənizi tanısanız, onunla daha asan ünsiyyət qurarsınız. Təqdim etdiyimiz testi cavablandırın, körpənizin şəxsiyyətini öyrənin.

1. Körpənizi yatağında təkbaşına qoysanız, necə davranır?
A) Öz-özünə oyalanır, məmnun görünür;
B) Dərhal kədərlənər, daim diqqət istəyir.

2. Sizcə, oyun oynayarkən yoldaşlarıyla necə davranır?
A) Yaxşı davranır, əhəmiyyətli olan əylənməsidir;
B) Mütləq onun istədiyi olar, oyunu istiqamətləndirmək istəyər.

3. Onun hər hansı bir vərdişini dəyişdirmək istədiyəndə necə reaksiya verir?
A) Yeni vəziyyətə asanca uyğunlaşar, problem yaratmır;
B) Dəyişikliyə dözümü yoxdur, dərhal narahatçılıq etməyə başlayır.

4. Çox acdığı zamanlarda yeməyini hazırlayarkən necə davranır?
A) Yemək hazır olana qədər sakit gözləyir;
B) Daim mızıldanır və ağlayır.

5. Onu daha əvvəl görmədiyi birinin qucağına qoysanız, nə edər?
A) Ondan uzaq dayanar, qorxuyla sizə tərəf baxar;
B) Dərhal qucağına atlanar, oynamağa başlayar.

6. Onu bir ədyal ilə möhkəmcə bürümək istəyəndə necə davranır?
A) Sakit dayanır, üzümə baxır, qucağımda yuxuya gedir;
B) Narahat olur, qurcalanır, rahat hərəkət edənə qədər yatmır.

7. Ən sevdiyi oyunlar hansılardır?
A) Birlikdə oynanılan oyunlardır;
B) Rəqabətə söykənən oyunlardır.

8. Yuxu vaxtı gələndə nə edir?
A) Problem yaratmadan yatızdıra bilirəm;
B) Yuxusu gəlmirsə, əsla yatmaz, istəksiz davranır, yanında qalmasam, yatmaz.

9. Hər zaman oyuncaqlarına sahiblənirmi?
A) Bəli;
B) Xeyr.

Testin nəticəsi:
A cavabı çoxdursa
Bu tip körpələrə baxmaq, qulluq etmək ümumiyyətlə asandır. İstiqanlı, asan qəbul edən, uyğun, rahat və ümumiyyətlə məmnun körpələrdir. İnsanlara asan güvənərlər. Öyrənməyə, ünsiyyətə açıqdırlar. Nadir hallarda hirslənər və kefsizləşərlər. Qarşıdakı həyatlarında ümumiyyətlə balanslı və xoş xasiyyət insanlar olarlar. Məktəb və iş həyatlarında müvəffəqiyyətli olarlar.

B cavabı çoxdursa
Körpəniz bəzən əsəbi və kaprizli ola bilir. Bu tip körpələrə baxmaq bir az çətindir. Ancaq son dərəcə möhkəm bir şəxsiyyəti var. Ümumiyyətlə istədiklərinizi etdirməkdə çətinlik çəkirsiniz, öz istədiyi şeyləri etməyə çalışır, məhdudiyyətlərə öyrəşə bilmir. İnsanlara asan adaptasiya edib güvənmir, çox gülmür. Körpəniz böyüyəndə ətrafıyla asan ünsiyyət quran biri olamaya bilər, amma rəqabəti sevməsi onu məktəb və iş həyatında müvəffəqiyyətli biri edəcək. Düzgün, uğurlu bir təhsil sayəsində möhkəm xarakterli, ciddi və şəxsiyyətli bir insan olacaq.

Təqdim etdi: Elnur Ağayev
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 861
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri