Konfliktə meyllisinizmi? - Özünüzü yoxlayın

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 219
Paylaş:
Səs ver:
(səs: 0)
1. İctimai nəqliyyatda yüksək səslə mübahisə başlayır. Sizin reaksiyanız?
a) baş qoşmuram;
b) haqlı tərəfi müdafiə edərək, qısaca sözümü deyirəm;
c) aktiv olaraq qatışıram

2. İclasda çıxış edərək rəhbərliyi tənqid edirsiniz?
a) xeyr;
b) əgər bunun üçün əsas varsa, onda hə;
c) səbəb varsa nəinki rəhbərliyi, hətta onu müdafiə edənləri də tənqid edirəm

3. Dostlarınızla tez-tez mübahisə edirsiniz?
a) əgər inciməsələr;
b) ancaq prinsipial məsələlərə görə;
c) mübahisə mənim təbiətimdir

4. Əgər kimsə növbədə sizi keçsə, sizin reaksiyanız?
a) daxilən hirslənirəm ancaq susuram;
b) etiraz edirəm;
c) irəli keçirəm və sıraya nəzarət edirəm

5. Evdə nahar vaxtı sizə şit yemək gətirirlər, sizin reaksiyanız?
a) boş şeyə görə səs-küy qaldırmaram;
b) sakitcə duz qabını götürürəm;
c) böyük səs-küy qaldıraraq yeməkdən imtina edə bilərəm

6. Nəqliyyatda gedərkən kimsə ayağınızı tapdalasa, sizin reaksiyanız?
a) acıqlı halda ayağımı tapdayana baxıram;
b) soyuqqanlılıqla fikrimi deyirəm;
c) nalayiq sözlər deyirəm

7. Yaxınlarınızdan kimsə sizə xoşunuz gəlməyən nə isə alıb, sizin reaksiyanız?
a) susaram;
b) dodaqaltı deyinib razılaşıram;
c) qalmaqal salıram

8. Lotereyada bəxtiniz gətirməyəndə, münasibətiniz necə olur?
a) özümü laqeyd göstərir, ancaq bir daha oynamayacağıma söz verirəm;
b) kefimi pozmuram və zarafata salıb əvəzini çıxaracağımı deyirəm;
c) uduzanda uzun müddət əhvalım korlanır.

Nəticələrin hesablanması:
a-4 bal; b-2 bal; c-0 bal:

22-32 bal. Siz mübahisədən və konfliktdən uzaqsınız, evdə və işdə çətin şəraitdən qaçırsınız. " Platon mənim dostumdur, ancaq həqiqət daha qiymətlidir" şüarı sizlik deyil. Buna görə hərdən sizi cəsarətsizlikdə ittiham edə bilərlər. Əgər nə iləsə razı deyilsizinsə cəsarətli olun.

12-20 bal. Siz konfiliktə meyillisiniz. Bu ancaq başqa çıxış yolu olmadıqda baş verir. Siz qəti şəkildə öz fikrinizdə qalırsınız, fikirləşmirsiniz ki, xidməti mövqeyinizə və ya dostluq münasibətlərinizə xələl gələ bilər. Belə hallarda haşiyədən çıxmayın və təhqirə keçməyin. Onda sizə hörmət edəcəklər.

10 bala qədər. Mübahisəsiz və konfiliktsiz yaşaya bilmirsiniz. Əgər ünvanınıza kimsə nəsə desə, az qalır ki, həmin şəxsi "diri-diri" yeyəsiz. Sizin tənqid işin xeyrinə deyil, sadecə tənqid xatirinədir. Evdə və işdə sizin yanınızda olanlar üçün çox çətindir. Kobudluğunuz insanları sizdən uzaqlaşdırır. Bəlkə də buna görə əsl dostunuz yoxdur. Bir sözlə özünüzün davakar xarekterinizi dəyişin.

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 219
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
fiyonik
*10 bala qədər
Dogru her kez bu xasiyyetimden gileylenir
7 noyabr 2018 20:07
2
But my dear it is not Wonderland and you are not Alice
Offline
vipbetul
bir cumlesi uyqundur
30 oktyabr 2018 09:55
1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri