Uşağınızın yaddaşını belə yoxlayın - TEST

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 381
Səs ver:
(səs: 2)
Bu gün uşaqlarda diqqətsizlik və yaddaşın zəifləməsi hallarına tez-tez rast gəlinir. Həkimə müraciət edərkən, valideynlər uşaqlarında sonradan yaranmış yaddaş zəifləməsi, halsızlıq, yorğunluq kimi şikayətləri qeyd edirlər.

Uşaq məktəb proqramının mənimsənilməsində çətinlik çəkir, bu isə valideynlərin narahatçılığına səbəb olur.

Gəlin uşağın yaddaş və diqqətinin sonradan hansı səbəblərdən pozula bilməsi hallarını araşdıraq.

İnsanda beynin normal fəaliyyəti, həmçinin yaddaşı üçün ilk öncə balanslanmış, yəni vitamin-mineral-zülal ilə zəngin qida çox vacibdır. Rasiona gündəlik qoz, yağlı balıq, alma, sitrus meyvələri, qaragilə, yumurta kimi ərzaqların daxil olması yaddaşın möhkəmlənməsinə müsbət təsir edir. Amma uşağın həzm sistemində problem olduqda, qəbul olunan qida normal mənimsənilmir, nəticədə beyin hüceyrələri aclıq hissi keçirir və yaddaşın zəifləməsi, diqqətsizlik əmələ gələ bilər.

Mədə-bağırsaq fəaliyyətinin pozulmasının səbəbləri:

- Həzm sisteminin xəstəlikləri (qastroduodenit, xora xəstəliyi, enterokolit, xolesistit və s.)

- Qurd invaziyası

- Lyamblioz

- Disbakterioz zamanı və sairə.

Yaddaşın pozulmasının digər səbəbləri:

- Kəllə-beyin travması

- Xroniki stress, xroniki yorğunluq

- Hipovitaminoz

- Onurğa sütununun əyriliyi (skolioz, kifoz, lordoz) nəticəsində beyin qan dövranının pozulması və sairə.

Uşağın yaddaşını yoxlayıb qiymətləndirmək üçün bu xüsusi testdən istifadə edə bilərsiniz.

20 saniyə ərzində cədvələ baxın.

Uşağınızın yaddaşını belə yoxlayın - TEST

Sonra üzərini örtün və yaddaşda qalan rəqəmləri yazın.

Əgər 10 rəqəmi yaddaşda düzgün saxlamısınızsa, sizi təbrik etmək olar: siz maksimum resurslardan istifadə edirsiniz - yaddaşınız əladır! Çünki qısamüddətli yaddaşa ancaq 10 rəqəm yerləşir.

Normal yaddaşı olan insan 6-7 rəqəm yadda saxlamalıdır.

Daha az rəqəm - aşağı yaddaşdan xəbər verir.

Qeyd: test 10 yaşdan yuxarı uşaqlar və böyüklər üçün nəzərdə tutulub.

Şəhla Rüstəmova, həkim

(səs: 2)
Şərhlər: 5
Baxılıb: 381
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Mira
Maraqli idi, tsk.
7 iyun 2019 20:20
5
Offline
BARBI
Maraqli testdir.Her usaqda mueyyen xestelik var.
6 iyun 2019 23:24
4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Online
vipbetul
usaqli analar baxsin
6 iyun 2019 22:29
3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
diablo
maraqli oldu təşəkkürlər
6 iyun 2019 19:56
2
Perfect
Offline
fiyonik
Son zamanlar yaddasim pozulub.
6-7-sini yadimda saxlaya bildim. Tesekkurler
6 iyun 2019 19:22
1
"-Bir Leyla değildim belki,sense bir Mecnun. Sen bir kere ıssız çöllerde yana yakıla aramadın,ama ben seni hep bekledim Züleyhanın Yusufu beklediği gibi bekledim seni. Aldatıllığını bilen bir Piraye olmama rağmen,Nazimi sever gibi sevdim seni.-"
'Hercai'm...İlk ve son kez aldanmışlığım...Yürek sızım...Meftunum.'
Reyyan

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri