Qanazlığını təyin edən ən sadə test

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 2 177
Səs ver:
(səs: 1)
Qanazlığı (anemiya) ən yayılmış sağlamlıq problemlərindən biri sayılır.

Anemiyaya daha sıx-sıx qadın və uşaqlarda təsadüf edilir.

Qadinla.com bildirir ki, qanazlığının əsas səbəbi qanda hemoqlobinin səviyyəsinin aşağı olmasıdır. Hemoqlobin qan hüceyrələri olan eritrositlərinin tərkibində olan xüsusi zülaldır. Hemoqlobin orqanizmdə "taksi" funksiyasını yerinə yetirir - həyati vacib olan oksigeni orqan və toxumalarda çatdırır. Hemoqlobinin strukturuna dəmir atomları daxildir. Məhz bu dəmir atomları qana spesifik qırmızı rəng verir.

Orqanizmdə dəmir çatışmazlığı zamanı qanazlığı (anemiya) inkişaf edir. Qanazlığının əsas simptomlarından biri deri və selikli qişaların rənginin solğul olmasıdır. Qanazlığını təyin edən ən sadə test də elə məhz bu simptomu aşkar edir.

Güzgünün qarşısında durub aşağı göz qapağını bir qədər aşağı çəkin. Normada onun rəngi parlaq-çəhrayıdır. Lakin qanazlığı zamanı onun rəngi solğun-çəğrayı və hətta sarımtıl olur.

Əgər sizdə bu simptom varsa, vaxt itirmədən həkimə müraciət edin. Qanazlığı çox təhlükəli pozulmadır və bütün orqanizmin fəaliyyətinə mənfi təsir edir.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 177
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri