Ünsiyyət qurmaq qabiliyyətinizi yoxlayın - TEST

Müəllif: Love Angel
Şərhlər: 5
Baxılıb: 334
Səs ver:
(səs: 1)
1. Biri ilə danışanda sözünü kəsirsinizmi?
a) Heç vaxt.
b) Bəzən.
c) Bəli.

2. Biri ilə danışanda üzünə baxırsınızmı?
a) Bəli.
b) Bəzən.
c) Heç vaxt.

3. Biri sizinlə danışanda qulaq asdığınızı ona hiss etdirirsinizmi?
a) Bəli.
b) Bəzən.
c) Heç vaxt.

4. Yeni tanış olduğunuz insanların adını öyrənməyə çalışırsınızmı?
a) Bəli.
b) Bəzən.
c) Heç vaxt.

5. Yeni tanış olduğunuz insanlarla rahat danışa bilirsinizmi?
a) Bəli.
b) Bəzən.
c) Heç vaxt.

6. Biri ilə danışanda sözlərdən düzgün istifadə edib-etmədiyinizə diqqət yetirirsinizmi?
a) Bəli.
b) Bəzən.
c) Heç vaxt.

7. Biri sizinlə danışanda dediklərini dinləyirsinizmi?
a) Bəli.
b) Bəzən.
c) Heç vaxt.

8. Biri ilə danışanda təbəssüm edirsinizmi?
a) Bəli.
b) Bəzən.
c) Xeyr.

9. Biri ilə danışanda bədən dilindən istifadə edirsinizmi?
a) Bəli.
b) Bəzən.
c) Xeyr.

10. “Sabahınız xeyir”, “Axşamınız xeyir”, “Salam”, “Sağ ol” və s… kimi sözlərdən istifadə edirsinizmi?
a) Bəli.

b) Bəzən.

c) Heç vaxt.

Və nəticə…“a” bəndi çoxluq təşkil edənlər: Ünsiyyət qabiliyyətinizin yüksək olduğunu və insanlarla həm rahat, həm də “keyfiyyətli” ünsiyyət qurduğunuzu deyə bilərik. Böyük ehtimal ki, bu qabiliyyətinizə görə ətrafınızda da həm çox sevilir, həm də çox sayılırsınız.

“b” bəndi çoxluq təşkil edənlər: İnsanlarla ünsiyyət qurarkən nəyə (və ya nələrə) diqqət yetirməli olduğunuzu bilir, ancaq diqqət yetirməkdə çətinlik çəkirsiniz. Ancaq geridə qaldığınız sahələrdə daha çox səy göstərə və bu “çətinliyi” aradan qaldıra bilərsiniz.

“c” bəndi çoxluq təşkil edənlər: İnsanlarla düzgün ünsiyyət qurmaq təkcə bizim qarşı tərəfə sözümüzü (yəni fikrimizi) düzgün ifadə etməyə imkan vermir, həm də özümüzü düzgün ifadə etməyə imkan verir. Əgər başqaları tərəfindən diqqət görmək istəyiriksə, insanlarla ünsiyyətimizə diqqət yetirməliyik. Yerində danışmaq, yerində susmaq, danışarkən özümüzü düzgün ifadə etmək, qısa danışmaq, konkret danışmaq və s… bütün bunlar ünsiyyətin əsas xüsusiyyətləridir. Özümüzü ifadə edərkən “çətinliyə” düşməmək üçün isə ünsiyyət qabiliyyətimizi inkişaf etdirməliyik.

(səs: 1)
Şərhlər: 5
Baxılıb: 334
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Online
Tomris Müslümova
Və nəticə…“a” bəndi çoxluq təşkil edənlər: Ünsiyyət qabiliyyətinizin yüksək olduğunu və insanlarla həm rahat, həm də “keyfiyyətli” ünsiyyət qurduğunuzu deyə bilərik. Böyük ehtimal ki, bu qabiliyyətinizə görə ətrafınızda da həm çox sevilir, həm də çox sayılırsınız.

- Hörmetsizliyi qetiyyen amma qetiyyen götüren adam deyilem . Çünki özüm ister balacaya isterse de böyüye hörmet qoyuram deye o hörmetin qarsiliginida gözleyirem . Zehmet olsada olmasa da.... Men hamiya neceyemse hamida mene ele olmadi. Ne vaxt kimse mennen cüzi bir hörmetsizlik görse qat-qat artigi mene elesin !
Ünsiyyetcilem amma xos teessürat yaranmadisa uje hemin adam gözümnen düsür be uzaqlasiram.
9 avqust 2019 00:16
5
Mənim olan bu heart səni çox sevir!!!
Offline
_Mrs_
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
8 avqust 2019 23:32
4
Səni çooxx sevirəm heartƏsgərimheart
Offline
BARBI
Elbetteki a bendi.Cox unsiyetcil insanam.Insanlarla sohbet etmeyi sevirem
8 avqust 2019 22:45
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
diablo
Və nəticə…“a” bəndi çoxluq təşkil edənlər: Ünsiyyət qabiliyyətinizin yüksək olduğunu və insanlarla həm rahat, həm də “keyfiyyətli” ünsiyyət qurduğunuzu deyə bilərik. Böyük ehtimal ki, bu qabiliyyətinizə görə ətrafınızda da həm çox sevilir, həm də çox sayılırsınız.
8 avqust 2019 21:20
2
......
Offline
❤Mələyim❤
Və nəticə…“a” bəndi çoxluq təşkil edənlər: Ünsiyyət qabiliyyətinizin yüksək olduğunu və insanlarla həm rahat, həm də “keyfiyyətli” ünsiyyət qurduğunuzu deyə bilərik. Böyük ehtimal ki, bu qabiliyyətinizə görə ətrafınızda da həm çox sevilir, həm də çox sayılırsınız.
8 avqust 2019 19:17
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri