Psixoloji cəhətdən güclü olduğunuzu müəyyən edən TEST

Müəllif: Love Angel
Şərhlər: 2
Baxılıb: 519
Səs ver:
(səs: 0)
Psixoloji müdafiə “enerji ehtiyatı”na deyilir. Bədənin bu enerjisi çətinliyə qalib gəlməyə, mübarizə aparmağa, uğur qazanmağa, uğursuzluqları yaşamağa və yenidən qalxmağa imkan verir. Bu, həyat enerjisidir. O, mübarizə və təcrübələrə sərf olunur. Amma daha sonra yenilənir. İş, sevgi, qayğıkeş dostlar, zəfərlər və istirahət psixoloji müdafiəni bərpa edir.

Bəs psixoloji müdafiə divarının güclü olub-olmadığı necə anlamaq olar? Enerji ehtiyatının dolu olub-olmadığını necə anlamaq olar? Əgər müdafiə zəifləyibsə, onun bərpası üçün tədbirlər görmək lazımdır. Əgər psixoloji müdafiə güclüdürsə, yaşamaq və çətinliklərə qalib gəlmək olar. Cəsarətlə irəli getmək olar, qələbə uzaqda deyil.

Qadinla.com xəbər verir ki, stressə çox və emosional olaraq reaksiya vermək güclü müdafiənin əsas əlamətidir. Qəlbiniz od tutub yansa da, zahirən bütün sakitliyi qoruya bilirsiniz. Bu, yaxşıdır, qoy yansın. Təhlükəsizliyi və şiddəti əla tanıyır, sərhədlərin pozulmasını yaxşı hiss edirsiniz. Və bədən mübarizə üçün xüsusi hormonlar istehsal edir. Hər şey qaydasındadır, siz özünü müdafiə etməyə hazırsınız! Neqativ vəziyyət keçdikdən və stressli amillərin təsirləri sona çatdıqdan sonra siz çox sürətlə özünüzə gəlirsinizsə, bir neçə saat ərzində əhvalınız yaxşılaşmağa, gücünüz isə bərpa olunmağa başlayır. Beləliklə, hücum sona çatır, bir müddət sonra reaksiyalar bitir. Sizdə psixoloji müdafiə kifayət qədər güclüdür.

Əgər psixoloji müdafiə güclü deyilsə, vurulan zərbələri qəbul edəcəksiniz. Stress və ya digər hücumlara qarşı müdafiəsiz qalacasınız. Yavaş-yavaş gücün tükəndiyini, həyəcan və travmadan sonra qəlbinizdə mənəvi ağrı hiss edəcəksiniz. Aldığınız zərbələrdən uzun müddət keçsə belə, bu, sizi hələ də narahat edir və düşündürürsə, deməli, psixoloji müdafiə qatınız güclü deyil. Siz gücünüzü itirməyə başlayırsınız. Bu isə müdafiəni pozur.

Psixoloji müdafiəsi güclü olan insanlara neqativ duyğular ciddi təsir etmir. Bionergetiklər hətta iddia edir ki, əgər psixoloji müdafiəniz güclüdürsə, bir müddət sonra sizə hücum edən və mənfi enerjilər yollamaq istəyən şəxslər öz enerjisini itirir. O adam öz üstünlüklərini, mövqeyini və bəzən sağlamlığını itirməyə başlayır. Bu, siz ona pislik arzu etdiyiniz üçün baş vermir. Bu, enerji prosesləri nəticəsində təbii şəkildə yaranır. Neqativ enerji yollamaq və müsbət enerjinizi udmaq istəyən adam öz ovunun qurbanı olur. Onun təcavüzkar hücümü müvəffəqiyyətsizliklə nəticələnir. Unutmayın ki, həyat bu enerjinin səviyyəsindən asılıdır …

Psixoloji müdafiəni xeyirxah adamlar və təbiət ilə ünsiyyət, idman, istirahət, iş, həyat sevincləri möhkəmləndirmək lazımdır. Bütün bunlar həqiqətən də kömək edir. Bir də əlbəttə ki, sevgi! Hücum isə lazım deyil. Müdafiə – müdafiə olunmaq üçündür.

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 519
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
diablo
Özümdə güc toplamaq istəyirəm.
13 sentyabr 2019 14:27
2
......
Online
BARBI
Bu cehetden gucluyem.Hec kimin meni ezmesine izn vermirem
12 sentyabr 2019 21:08
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri