Özünüzü Lider Hesab Edirsiniz? - Test

Müəllif: YalniZ-ArZu
Şərhlər: 7
Baxılıb: 2 246
Səs ver:
(səs: 0)
Özünüzdə liderlik keyfiyyətlərinizin olub-olmadığını müəyyən edin. Əgər varsa – həddən çox deyilmi…Hər “hə” cavabı üçün 10 bal, “bilmirəm” üçün 5 bal, “yox” üçün 0 bal.

1. Hələ uşaqlıqdan başqalarına tabe olmaq zəruriliyi mənim üçün problem olmuşdur.

2. Düşünürəm ki, elmdə və mədəniyyətdə tərəqqi başqaları üzərində hökmranlıq etmək tələbləri inkişaf etmiş olan insanlarsız mümkün deyil.

3. Düşünürəm ki, əsl kişi qadınları öz iradəsinə tabe etməyi bacarır.

4. Düzü, yaxınlar himayə edəndə xoşum gəlmir.

5. O fikirlə razıyam ki, qadının həqiqi təbiəti – tabe olmaqdır.

6. Yəqin ki, heç də hamı başa düşmür ki, yaxınlarımın yaxşılığını istədiyimdən hər şeyi öz üzərimə götərməli oluram.

7. Məncə, problemlərin əksəriyyəti “dəmir əlli” liderlərin olmaması səbəbindən meydana gəlir.

8. Tezliklə qərar qəbul edilməsini tələb edən çətin vəziyyətlərdə mənə adətən düzgün hərəkət etmək üçün çoxlu vaxt lazımdır.

9. Bilirəm ki, başqa insanlara rəhbərlik etməyi sevirəm və bacarıram.

10. Heç kimin qarşısında axıra qədər açılmağı bacarməram və istəmirəm.

11. Mənə “sakit körpü” haqqında xəyallar xoşdur.

12. Düşünürəm ki, tabe olan öz rəisinin istənilən əmrlərini yerinə yetirməyi bacarmalıdır.

13. Yəqin ki, bu qəribədir, lakin mənə yaxın olan insanlarla münasibətdə bir şey xahiş etmək lazım olduqda daxili müqavimət hiss edirəm.

14. Tez-tez elə vəziyyətlər olur ki, hər şeyin onsuzda aydın olduğu halda da kimsə məndən izahat gözləyir.

15. Mənə elə gəlir ki, mənim xasiyyətim evimizdə həmişə dayaq rolunu oynayan atamın (anamın) xasiyyətinə oxşayır.

Testin nəticələri:

150-100 bal. Sizin hesabat hər şeyin necə olduğunu və olacağını bilən dahi dictator obrazı yaradır. Ona görə də siz asanlıqla özünüzü doğruldursunuz. Siz başqalarına rəhbərlik edə, inandıra bilirsiniz, işi vaxtında başa çatdırmağa məcbur edə bilirsiniz. Lakin hərdən sizə tabe olanların baxışlarında, danışıq tərzlərində “Qoy nəfəs alaq” sözləri oxunur.

99-50 bal. Sizin başlıca məziyyətləriniz aşağıdakılardır: ahəng və qətilik, müdriklik və hesab, ağıllı məsləhət vermək bacarığı. Əgər zəruridirsə, siz rəhbərlik edirsiniz, lazımdırsa – güzəştə gedirsiniz, həmişə başqalarının fakir və arzularını nəzərə alırsınız. Lakin məqsədinizə həmişəmi layiqli vasitələrlə nail olmağınızı yalnız özünüz bilirsiniz.

49-0 bal. Sizin cavablar “psixoloji suilanı” üçün xarakterikdir. Siz hətta zəruri olmadıqda belə hər hansı məzəmməti udmağa qadirsiniz, heç kim tələb etmədikdə belə, qurbanlar verə bilərsiniz. Tez-tez gücsüzlüyünüzü hiss edərək, qəti hərəkətlər edə bilərsiniz. Öz köməksizliyinizi hiss edərək, başqalarında özünüzdə çatmayan cəhətləri axtarırsınız. Buradan da daha yaxşı həyat üçün məna və ümid tapırsınız
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 2 246
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri