Sizdə yeni dil öyrənməyə meyl varmı? - TEST

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 2 075
Səs ver:
(səs: 3)
Sizcə, niyə görə bəzi insanların bir neçə dili çox rahatlıqla mənimsədiyi halda ,digərləri həmən dildə vur tut 5-6 söz öyrənməkdə çətinlik cəkirlər? Alimlər bunu hər bir insanın dil öyrənmək qabiliyyəti kimi qiymətləndirirlər.

Onların fikində müəyyən bir qism insanlarda dil öyrənmək qabiliyyəti çox yaxşı inkişaf edib.

Sizə bir test təklif edirik.Onu etməklə siz , yeni dilləri hansı dərəcədə tez qavramağınızı müəyyən mənada öyrənə bilərsiz.

Əgər siz aşağıdakı 1, 3, 4, 7, 9, 10 bəndlərlə razı , 2, 5, 6, 8, bəndləri ilə razı deyilsinizdə – onda onların hər birinə görə özünüzə 2 bal əlavə edin (əks halda 0 bal).

1.Sizin yaxşı yaddaşınız var

2.Siz çoxlu diqqət tələb edən işi sevmirsiniz

3.Sizin normal musiqi duyumunuz var

4.Siz oxumağı sevirsiniz

5.Sizin uşaqlıqda ünsiyyət problemləriniz olub

6.Yaxşı xarici dil müəllimi – beləsin tapmaq çox çətindir

7.Siz hər şeynən maraqlanmağı xoşlayırsınız

8.Siz tez tez başqaları ilə ünsiyyət zamanı çətinliklər yaşayırsınız

9.Siz başqaları danışan zaman ,hətta onlar cümlələrin tam qurtarmadığı halda siz artıq başa düşürsürsünüzki məsələ hansı məcrada inkişaf edir.

10.Bəzən siz, sözlərini başa düşmədən xarici mahnıları züm-zümə edirsiniz

Cavablar
0-6 bal. Əfsuslar olsun, sizdə dil öyrənməyə xüsusi qabiliyyət yoxdur.Ən yaxşı halda siz 1 dil öyrənə bilərsiniz , bunun üçün sizə bir neçə il tələb oluna bilər.

8-14 bal. Sizin göstəriciləriniz normaldır. Bir az səbrli olsanız yeni dilləri rahatlıqla öyrənə bilərsiniz.

16-20 bal. Siz poliqlot olmasanız bilə, dillərə qarşı sizdə kifayət qədər güclü meyl var. Siz indiyə qədər 1 dil öyrənmisinizsə bununla kifayətlənməməyi sizə tövsiyyə edərdik. Siz nədəq çox dil öyrənsəniz, digər dilləri daha rahat qavrayacaqsınız.
(səs: 3)
Şərhlər: 4
Baxılıb: 2 075
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri