Üzük taxdığınız barmaq nədən xəbər verir? - PSİXOLOQLARIN MARAQLI İZAHI

Şərhlər: 7
Baxılıb: 4 093
Səs ver:
(səs: 0)
Qədim zamanlarda üzük taxmaq müxtəlif mistik ritualların tərkib hissəsi olub.

Bunlardan biri bu günümüzə qədər çatıb. Söhbət, təbii ki, nikah və sevgi simvolu olan nişan üzüyündən gedir.

Psixoloqların fikrinə görə, üzüklərin taxılması (hansı barmağa taxılır, böyükdür yoxsa kiçikdir və s.) insanın xasiyyətindən xəbər verir.    

Böyük barmaqda üzük
Məhz böyük barmağa üzük taxmağı xoşlayalar enerjili və emosional, hislərini gizlədə bilməyən, coşqun insanlar olur.

Onlar əksər hallarda çox tərs olur, onlarla mübahisə etmək, onların fikrini dəyişmək, nəyə isə inandırmaq çətin məsələdir.  

Bu insanlarlar cəsarətli və ürəkli olur, problemlərdən qaçmır, onları həll etməyə çalışır.  

Baş barmağa əsasən kişilər üzük taxır. Lakin qadın bu barmağı tez-tez üzüklə bəzəyirsə, bu onun "kişi kimi" olmağına işarə edir.

İşarət barmaqda üzük
Kral, imperator, kardinallar üzüyü məhz işarət barmağına taxırdı. Bunu tarixi şəxsiyyətlər təsvir edilmiş çoxsaylı tablolarda görmək mümkündür.

İşarət barmağına tez-tez üzük taxan insanlar hakimlik etməyi, digərlərini özünə tabe etməyi sevirlər. Onlar özünə inanan və iradəli olurlar, hər zaman vəzifədə olmağa, insanları idarə etməyə çalışırlar. İşarət barmağına taxılan üzük nə qədər böyükdürsə, bu xüsusiyyətlər də bir o qədər ifadə olunmuş olur.      

Onlar məsləhət verməyi xoşlayırlar, bəzən insanlara yuxarıdan aşağı baxırlar.

Orta barmaqda üzük
Bu insanlar qismətə, bəxtə, karmaya çox inanır, fatalist olurlar.

Onların bir çoxu özündən razı olur, özünü digər insanlardan daha üstün hesab edirlər, özünü tərifləməyə sevirlər.

Problemlərlə üzləşəndə tez yorulurlar və təslim olurlar.

Adsız barmaqda üzük (nişan üzüyündən başqa)
Bu insanlar incəsənəti sevir və yaxşı anlayırlar, bir çoxları yaradıcılıqla məşğul olurlar.

Onlar romantik və xəyalpərəst olur, ünsiyyət, yaxşı vaxt keçirmək, əylənməyi sevirlər, şən-şöhrətə can atırlar.

Çeçələ barmaqda üzük
Bu insanlar ağıllı və gözəl natiq olurlar. Onlar istənilən insanla dil tapa bilir, əlaqə yaratmağı bacarırlar.

Onlar fərasətli olur, tez-tez müxtəlif intriqalar yaradır, insanlardan öz xeyirinə istifadə etməyi xoşlayırlar.

Bu barmağa üzük taxmağı xoşlayan qadınlar özünü sevən, nazlı və dəyişkən olurlar, diqqət xoşlayırlar.

Ayaq barmağında üzük
Psixoloqların fikrinə görə, bu insanlar seçilmək, özünə diqqət çəkmək xoşlayır, özündən razı olurlar.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 4 093
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri