Həyatdan nə qədər razısınız? – PSIXOLOJI TEST

Müəllif: diablo
Şərhlər: 7
Baxılıb: 2291
Səs ver:
(səs: 1)
Həyatdan nə qədər razısınız? Bəlkə də bu sual ətrafında heç düşünməmisiniz. Eyni zamanda, ola bilsin ki, bu haqda çox fikirləşmisiniz. Hər halda sözügedən sualın cavabını tapmaq üçün aşağıdakılara cavab vermək lazımdır.

1) Başqaları sizdən yaxşı geyinirmi?

2) Siz başqa evdə yaşamaq istərdinizmi?

3) Başqa bir işdə işləmək istərdinizmi?

4) Haçansa başqasının əvəzinə özünüzü göstərərdinizmi?

5) Həyatda etdiyiniz işlərlə fəxr edirsinizmi?

6) Siz partnyorunuzla yola gedirsinizmi?

7) Sizin dostlarınızla münasibətiniz hər zaman yaxşıdırmı?

8) Siz öz qohumlarınızla dil tapa bilirsinizmi?

9) Siz seksual həyatınızdan razısınızmı?

10) Sizin görkəminiz xoşunuza gəlirmi?

11) Yaxşı yatırsınızmı?

12) Siz tez-tez ümidsizliyə qapanıb əsəbləşirsiniz?

13) Aktiv olmaq xoşunuza gəlirmi?

14) Siz asanlıqla rahatlanırsınız?

15) Taleyin sizə qarşı ədalətsiz olmağını düşünürsünüzmü?

Açar
1-4, 12 və 15 suallarına mənfi cavab sizə 1 xal, 5-11, 13 və 14 suallarına isə əksinə: onlara “Hə” cavabı 1 xalla hesablanır.

Testin xallarının hesablanması
9 xal və çox: Siz həyatınızdan çox razısınız. Bəzi şeyləri dəyişdirmək istəyiniz çox təbiidir, buna baxmayaraq, ümumiyyətlə siz malik olduqlarınızla məmnun və xoşbəxtsiniz.

4-8 xal: Siz əsasən razısınız, lakin bir çox şey var ki, siz onları dəyişdirmək imkanına malik olmaq istərdiniz.

3 xal və aşağı: Siz şübhəsiz narazısınız. Bir çox şeylər mövcuddur ki, siz onları dəyişmək istərdiniz. Həyat tərzinizdə az şeylər razılıq yaradır.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 2291
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
_pandam_
Nece hesablanacagini basa dusmedim. 9 musbet cavab cixdi ama hesablamayi anlamadm
31 mart 2020 05:24
7
Offline
Btsarmy;)
Sitat: diablo
10 xal yığdım.Hələki yaxsidi hər şey:)

Teki hemiwe yaxwi olsun balım)))) 123
21 fevral 2020 18:18
6
-^Gozlerin Gözlerimin Gozlediyi Gözleri Gözleseydi Gözlerin Gözlerimle Göz-Göze Gelerdi...✌
Offline
Love Angel
9 xal və çox: Siz həyatınızdan çox razısınız. Bəzi şeyləri dəyişdirmək istəyiniz çox təbiidir, buna baxmayaraq, ümumiyyətlə siz malik olduqlarınızla məmnun və xoşbəxtsiniz.

Çox doğru yazılıb. Həyatımdan həmişə məmnun olmuşam, olacamda. Əlimdə olanlarla kifayətlənməyi bacaran biriyəm. Hansı halda olmağıma baxmayaraq Allahıma mənə bəxş etdiyi bu həyat üçün şükr edirəm.
21 fevral 2020 16:51
5
القلوب التى تغسلها الدموع .. لا يتراكم عليها الصدأ
Online
kivircik
9xal ve daha chox. Duzgun yazilib,yashadigim muhitden memnun ve xoshbextem
21 fevral 2020 15:57
4
Az shikayet,chox shukur- seni mutluluga goturur!
Online
tatyana
Mende butun cavablar He oldu,birce 4 cu suala yox dedim,ona gorede anlaya bilmedim nece xal alindiki mende
21 fevral 2020 12:12
3
ALLAHIM VERDİYİN SEBRİME ŞÜKÜRLER OLSUN
Offline
Miss
7 xal cixdi menden
20 fevral 2020 19:48
2
Offline
Army_Blink
8 xal oldu. Mencede eledi. Amma çox az weyi deyiwmek isterdim.
20 fevral 2020 19:04
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri