Pis əhval-ruhiyyə yoxsa depressiya? TESTlə yoxlayın

Müəllif: Diablo
Şərhlər: 6
Baxılıb: 6 826
Səs ver:
(səs: 0)
Keçirilən çoxsaylı araşdırmalar göstərir ki, dünyada 20%-ə qədər insanlar depressiyadan əziyyət çəkir.

Depressiya çox ciddi xəstəlikdir. Bu xəstəlik insanın iş qabiliyyətini xeyli azaldır, həm xəstənin özünə, həm də ətrafdakılara əzab verir, ailələrin dağılmasına səbəb olur. Ağır formalarda depressiya cinayətlərə və intiharlara səbəb ola bilər. Statistikaya əsasən, məhz depressiya intiharların əsas səbəbi sayılır.

Depressiyadan çıxmaq asan iş deyil. Çox güclü insan bunu bacara bilər. Lakin əksər hallarda mütəxəssislərin köməyinə ehtiyac yaranır. Depressiyanı psixoterapevt müalicə edir. Xüsusi psixoterapevtik metodikalar istifadə olunur. Depressiyanın ağır formalarında dərmanlar təyin olunur.
Təəssüf ki, bir çox hallarda insan depressiyada olduğunu anlamır, vaxtında mütəxəssislərə müraciət etmir və bu da vəziyyətin daha da ağırlaşmasına səbəb olur.

Depressiya eqoizm, "ağır" xasiyyət, pis əhval-ruhiyyə deyil. Bu müalicə tələb edən ciddi xəstəlikdir. Depressiyaya hər bir insan düşə bilər, bundan heç kim sığortalanmayıb!

Depressiyanın simptomları arasında:
- Kədər, əzab, ümidszlik, əhval-ruhiyənin daim pis olması, əsəbilik
- İnsan özünü daim günahkar hiss edir, özündən razı olmur, öz qüvvəsinə inanmır
- İnsan daim həyacan hiss edir, hər zaman pis hadisələrin baş verməsini gözləyir
- Bundan əvvəl zövq verən işlər, xobbi və s. insanı maraqlandırmır, insan həyata olan marağını itirir
- Yuxunun pozulmaları (yuxusuzluq, yuxudan doymamaq və s.)
- İştahanın pozulması (iştananın tam itməsi və ya əksinə həddindən artıq iştah)
- Enerjinin tükənməsi hissi, tez yorulma
- Bədənin müxtəlif yerlərində (ürək, mədə, əzələlər) ağrılar və xoşagəlməz hisslər
- Passivlik, laqeydlik
- Seksual istəklərin azalması
- Digər insanlara qarşı olan marağın itməsi, təkliyə meyillik
- Spirtli içkilərə meyillik
- Diqqətin azalması, təfəkkürün ləngiməsi, qərar verməkdə çətinlik çəkmək
- Öz haqqında, həyat haqqında mənfi "qara" fikirlər
- Həyatın mənasız olması haqqında fikirlər, gələcəyə ümidin olmaması
- İntihar haqqında fikirlər

Əgər bu simptomların əksər hissəsi sizdə 2 həftədən artıq müddət ərzində saxlanılırsa, çox güman ki, bu depressiyadır. Vaxtında mütəxəssislərə müraciət edin. Müalicə olunmadıqda depressiya çox pis nəticələrə gətirib çıxarda bilər.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 6 826
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri