Rorşax psixoloji testi - Özünüzü tanıyın

Müəllif: Diablo
Şərhlər: 8
Baxılıb: 12 202
Səs ver:
(səs: 6)
Rorşax testləri bütün dünyada məşhurdur və hazırda da psixiatriya, psixologiya və psixoterapiyada geniş tətbiq olunur.

Mütəxəssislər bu testlərin köməyi ilə insanın psixoloji xüsusiyyətlərini və onda olan bəzi problemləri təyin edə bilirlər. Testlərin müəllifi isveçrəli həkim-psixiatr Herman Rorşaxdır (1884-1922).

Test üçün 10 şəkildən (mürəkkəb ləkələri) istifadə olunur. Mütəxəssis insana bu şəkilləri göstərir və orada nə gördüyünü soruşur. Daha sonra mütəxəssis əldə etdiyi məlumatları analiz edir.

Sizə bu testlərdən birini təqdim edirik. Təbii ki, adi insan bu testlərin nəticələrini tam şəkildə təhlil edə bilməz.
Beləliklə, şəkilə baxın. Orada nə görürsünüz?

Rorşax psixoloji testi - Özünüzü tanıyın


Kəpənək
Əgər siz şəkildə kəpənək görürsünüzsə bu daxilən sizin təfəkkürünüzdə çox da ciddi olmayan problemlərin olduğuna işarədir. Bir qayda olaraq kəpənəyi adətən 20 yaşına qədər olan gənclər görürlər və bu da depressiya və inkişafla bağlıdır.

Güvə
Özündən, öz xarici görünüşündən narazı, zəif, qıcıqlı insanlar şəkildə güvəni görürlər.

Yarasa
Yarasa təcavüz və şiddətə meyilli insanlar tərəfindən görülür. “Məşhur” manyak qatil Andrey Çikatilo da Rorşaxın psixoloji testində yarasa rəsmi görmüşdü. Bu rəsm həm də sadist meyylərin göstəricisidir.

Heyvan dərisi
Ayı, pələng, canavar və digər heyvanların dərilərini görmək çox güclü və sağlam psixologiyaya sahib olmaqdan xəbər verir. Bu rəsmi görən insanlar həyatdan nə istədiklərini və ona necə sahib olmağı yaxşı bilən insanlardır ki, bunlara da pedaqoqları, kilsə işçiləri, vegeterianları, dini fanatikləri və s. insanları aid etmək olar. Heyvan dərisini görmək vəhşi heyvan üzərində qələbəni, daha doğrusu insanın öz şübhələri üzərindəki qələbəni simvolizə edir.

Fəvvarədə iki ayı rəsmi
Bu rəsmin görülməsi kifayət qədər nadir hallarda baş verir və bunun görülməsi şizofreniya tipli şəxsiyyət növündə və şizofrenik xəstəliklərdə özünü biruzə verir. Heç bir halda Rorşaxın psixoloji testi şizofreniya kimi ciddi xəstəliyin diaqnozunu verə bilməz. Fəvvarədə iki ayını şizofreniklər kimi, aydın təxəyyülə malik insanlar da görə bilərlər.
(səs: 6)
Şərhlər: 8
Baxılıb: 12 202
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri