Altıncı hissiniz güclüdür?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 4 275
Səs ver:
(səs: 4)
Hər kəs sizin altıncı hissinizin çox qüvvətli olduğunu deyirsə bir bildikləri vardır!
Aşağıdakı sualları diqqətlə oxuyun və heç kimin köməyi olmadan 5 saniyədə cavabverin. 5 saniyə içində vermədiyiniz cavabları "səhv" olaraq qəbul edin.

1. Həyat yoldaşınız axşam evə hər zamankındən gec gəlir. Niyə gecikdiyini soruşursunuz. Sizə bir cavab verir amma yerində dayana bilmir, soyuqlamadığı halda ikidə bir burnuyla oynayır, reaksiyalarında və cavablarında yavaş davrandığını görürsünüz. İnstinktiniz sizə nə deyir?
A. Sizə yalan danışdığını
B. Yorğun və aç olduğunu
C. Əslində yoldaşlarıyla çıxmaq istədiyini amma çıxa bilmədiyi üçün sizə bir az reaksiyalı olduğunu

2. Bir neçə gündür həyat yoldaşınız sizi sevdiyini hər zamankndənçox söyləyir. Onu bir az dalğın görürsünüz. Cinsi istəklərinin artdığını, işığı söndürmənizi istədiyini, tez-tez tərlədiyini və cib telefonunu heç əlindən buraxmadığını görürsünüz. İnstinktiniz sizə nə deyir?
A. İşində stres altında olduğunu və tarazlığı evində, sizinlə tapdığını
B. Bu kiçik problemlərin, eşq həyatının və bir qadınla bir kişinin birliyinin cilvələri olduğunu
C. Çox diqqətli və oyanıq olmanız lazım olduğunu

3. İşinizdə, bir iş yoldaşınıza yeni bir proyektdən danışırsınız. Birdən çənəsini sıxır, sürətli sürətli nəfəs alıb verməyə başlayır, qaşqabağını tökür, yumruqlarını sıxır və sərt bir tonda danışmağa başlayır. İnstinktiniz sizə nə deyir?
A. Proyektinizin onu çox həyəcanlandırdığını və marağını oyandırdığını
B. Söylədiklərinizə çox əsəbiləşdiyini
C. Fikirinizi bəyəndiyini və bir an əvvəl tətbiq etmək lazım olduğunu düşündüyünü

4. Son günlərdə davranışlarında bir qəribəlik sezdiyiniz bir iş yoldaşınızla danışırsınız. Mühit gedərək gərilir və birdən beyninizdə bir flaş partlayır və uşaqlığınıza aid bir anını xatırlayırsınız. amma ağılınızdan heç cür getmir. İnstinktiniz sizə nə deyir?
A. Bu anını dərhal başınızdan atmanız lazım olduğunu
B. Bu anının mütləq bir mənası olması lazım olduğunu
C. Qarşınızdakı işləyəni dərhal işdən çıxarmanız lazım gəldiyini

5. Cümə axşamıdır. Həftələrin verdiyi yorğunluqla bir az istirahət etməyə, bir gözəl duş qəbul etməyə qərar verirsiniz. Sizi son dərəcə stresli günlər gözləyir. Bu axşam əvvəlcə nə edərsiniz?
A. Bazar ertəsi səhəri təslim etməniz lazım olan faylı unutmamağa çalışarsınız
B. Başınızda həftə sonu üçün bir gözəl proqram edərsiniz
C. Özünüzü  gerçəklərdən bir müddət uzaq tutmağa çalışarsınız.

6. Açıq, balanslı, optimist bir insanla ciddi bir əlaqə yaşamağı xəyal edirsiniz. Bir axşam kiçik bir şirkətin sahibi olan, gülərüzlü, xoş bir insanla tanış olursunuz. Onun evində bir qəhvə içməyi qəbul edirsiniz. İnstinktiniz sizə nə deyir?
A. Çox xoş biridir.
B. Diqqətli olmaq lazımdır, görəsən mənə uyğun biridir?
C. Qarşısında əlim ayağım əsəcək, nə olacaqsa olsun…

7.Yeni bir müdir gətirildi. Qısaca özünüzü tanıtdınız və işinizdən nələr gözlədiyinizi izah etdiniz. Sizi diqqətlə dinlədi. Sabahısı gün, lazımlı olduğunu düşündüyünüz bəzi əlavə məlumatları da e-mail ilə göndərdiniz. Cavab vermədi. Təkrar atdınız. Yenə cavab vermədi. İnstinktiniz sizə nə deyir?
A. Hərhalda çox işi var, adamın başını ağrıtmayayım
B. Göndərdiyinizi diqqətlə oxudu və lazımlı məlumatı aldığı üçün cavab vermə gərəyi duymadı.
C. Bir gündə insan bu qədər dəyişər? bu adamdan çəkinməliyəm.

8. Bir dostunuza bir şey izah edirsiniz. Sizi dinlərkən hərəkətlərində, psixologiyasında bir dəyişmə meydana gəldiyini fərq edirsiniz. Burnunu qısır, burnunun kənarlarında şaquli xəttlər meydana gəlir, üzü birdən ciddiləşir, qaşlarını ‘V' şəklini alır, gözlərini qısır, dodaqlarını sıxır. İnstinktiniz sizə nə deyir?
A. İzah etdiyim şey onda iyrənmə duyğusu yaratdı
B. İzah etdiyim şey onda əzab duyğusu yaratdı
C. İzah etdiyim şey onda hüzn yaratdı

Doğru Cavablar: (1. A )-(2. C)-( 3. B )- (4. B) - (5. C )-(6. B )- (7. C) -
 (8. A)

Necə hesablayacaqsınız?
Səhv və ya boş cavabları diqqətə almayın. Cəmi 8 sualda neçə doğru cavabınız var?

Nəticə:
3 doğru cavab.
Hisləriniz hardasa sıfırdır.
Hislərinizə heç heç güvənmirsiniz və buna görə, heç olmasa gündəlik həyatınızı rəngləndirə biləcək fövqəladə anları seçirsiniz.. Hislərinizlə deyil ağılınızla hərəkət etməyə çalışırsınız. Amma əminəm, ən kiçik bir tənqid aldığınızda fikir dəyişdirirsiniz. Yenə də uduzmanı qəbul etməyin. Bir az zaman və bir az işlə vaxtınızı istifadə etməni öyrənə bilərsiniz.

4 və ya 6 arasında doğru cavab.
İç səsinizə az da olsa qulaq asırsınız.
Başqalarının hərəkət və niyyətlərini nəzərdə tuta bildiyiniz olur. İç səsinizi dinləməyi bilirsiniz. Amma ətrafda bir az səs-küy varsa xəttlər qarışır, iç səs səs-küy gedir. Bir az savad və diqqətlə daha seçici davranmağı, xəbərdarlıqla səs-küyü ayırmağı öyrənə bilərsiniz.

7 və ya 8 doğru cavab.
Hisləriniz sizin ən yaxşı dostunuzdur.
İç səsinizi çox diqqətli dinləyirsiniz. Hislərinizi ən yaxın dostunuz halına gətirmisiniz. Hissləriniz başqalarıyla əlaqələrinizdə sizə əvvəldən və doğru qərarlar almanıza köməkçi olur.
Tərcümə Etdi:NİGAR_CAVAD
(səs: 4)
Şərhlər: 0
Baxılıb: 4 275
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri