Əlaqənizin ritmini testdən keçirin

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 4 913
Səs ver:
(səs: 2)
Xoşbəxtlikdə, pis gündə, xəstəlikdə, sağlamlıqda birlikdə olmaq istədiyiniz sevgilinizin sizə qarşı olan  düşüncələrini öyrənmək istəyirsinizsə sizə bu test köməkçi olacaq.
Ürəyinizin sahibi, əlaqənizi yalnız ehtirsa olaraq görür? Yoxsa bütün həyatına sizi də daxil edir?

1- Sevgilinizə bir sağlamlıq və ya ailə probleminizi izah etdiyinizdə...
a) O,bütün diqqətiylə sizi dinləyər ,həllini tapmanıza kömək edər.
b) Daha sonra sizi dinləmədən ,danışmağa başlayar.
c) Sizi sevindirməyə çalışıb, mövzunu dəyişdirər.

2- Xüsusi günlərdə sizə yoldaşlıq edər?
a) Bəzən. Amma bayram ziyarətlərindən bəhs etdiyiniz anda ağız-burunun əyər.
b) Bəli. Hər yerdə məmuniyyətlə yoldaşlıq edər.
c) Xeyr. Getməmək üçün bəhanə tapar.

3- Yataqda arzularınızı öyrənməyə nə qədər maraqlı?
a) Ümumiyyətlə "Necə idi?" kimi maraqlı suallar soruşar.
b) Çox sual soruşmaz. İşini səssizcə etməyi seçər.
c) Bir çox sual soruşar. İsti nöqtələrinizi tanımaya son dərəcə maraqlıdır.

4- Onu tanıdıqdan sonra şəxsi həyatıyla əlaqədar sizə yavaş-yavaş açılmağa başladı?
a) Xeyr. Keçmişiylə əlaqədar suallar soruşduğunuzda mövzunu bağlamağa çalışar.
b) Bəli,  çox sirrini artıq  izah edir.
c) Keçmiş sevgilisi haqqında bəzi mövzular onun üçün kabusa çevrilir.

5-
Sevgiliniz utandığı şeyləri sizinlə paylaşar?
a) Hər insan kimi onun da zəif nöqtələri var ,amma əsla izah etməz.
b) Bəzən izah edər ,amma əgər siz də hadisələrə şahid oldunuzsa.
c) Hər vaxt. Çirkin uşaqlıq fotoşəkillərindən xatırlamadığı bəzi universitet xatirələrinə qədər  hər şeyi sizə çəkinmədən izah edər.

6- Sevişdikdən sonra ilk dediyi cümlə hansıdır?
a) "Səni çox sevirəm."
b) "Səninlə olarkən özümü çox yaxşı hiss edirəm."
c) "Sən ən intimual məşhur ulduzundan daha intimualsan."

7- Özünüzü hansı Hollywood cütünə bənzədirsiniz?
a) ‘Six Feet Under' filmindəki Brenda və Nateyə. Ehtiraslı  bir birliyiniz var ancaq bir-birinizdən gizlətdiyiniz bir çox şey var.
b) ‘Friends' filmindəki Monica və Chandlerə. Bir-birinizdən gizlətdiyiniz ən kiçik sirr belə yoxdur.
c) ‘Dawson's Creek' filmindəki Joey və Dawsona. Bir-birinizə yaxınsınız ,amma aranızda yox etməniz lazım olan bir sərhəd var.

8- Sevgilinizə iki rəfiqənizi nişanlandığını izah edirsiniz. Necə davranar?
a) Bu xəbərdən  xoşbəxt olar.
b) Oturduğu yerdən tərpənməyə və barmaqlarını şaqqıldatmağa başlayar.
c) "Yaxşı" deyər, mövzunu dəyişdirər.

9-Sirləri bir-birinizə izah edərsiniz?
a) Hər vaxt.
b) Bəzən.
c) Əsla.

10-
Sevgiliniz sizinlə bir ‘gələcək planı' sözündən nə anlayar?
a) Həftə sonu xüsusi bir plan.
b) Evlilik, uşaqlar, birlikdə həyat yaşamaq.
c) 2014cü ilin yeni il proqramı.

Bal vermə.
1. a-2 b-0 c-1
2. a-1 b-2 c-0
3. a-1 b-0 c-2
4. a-0 b-2 c-1
5. a-0 b-1 c-2
6. a-2 b-1 c-0
7. a-0 b-2 c-1
8. a-2 b-0 c-1
9. a-2 b-1 c-0
10. a-0 b-2 c-1

15 bal və yuxarısı.
Bir səmimiyyət şahzadəsiylə birlikdəsiniz. Sizə özünü maskasız göstərməkdən qaçmır. Keçmişlə əlaqədar qaranlıq anlarını da, sizinlə birlikdə gələcək planlarını da, hər şeyi sizinlə açıq müzakirə edə bilər. Sevgiliniz sizinlə əlaqədar hər şeyi öyrənməyə çalışar. Səthi bir münasibət axtarmır, ailənizin xüsusi günlərində və ehtiyacınız olduğu hər an yanınızda olmaq istəyir.
7-14 bal arası.
Sevdiyiniz sizə yaxınlaşmaq istədiyini göstərdi, amma açmağa hazır olmadığı mövzular var. Tək olduğunuz və diqqətini dağıdan heç bir şeyin olmadığı bir zaman seçin. Məsələn, zarafatcıl bir tonla, onun nə qədər yaxşı olduğunu bildiyinizi ancaq ən dəli üç xatirəsini maraqlandığınızı bildirin. Sonra mövzunu daha da irəlilədib, fantaziyalarını öyrənin.
6 bal və aşağısı.
Sevgiliniz sizə son dərəcə intimual gəlsə də, bu sirrli adam sizi özünə çox yanaşdırmır. Öz sirlərinizi, müsbət və mənfi xüsusi anlarınızı izah edin. Bunu sizdən görsə, eyni şeyi etdiyində onu mühakimə etməyəcəyinizdən əmin olacaq və rahatlaşacaq. Bütün bu səylərin sonunda bağlı bir qutu kimi davranırsa nə edilməlidir? Psixoloqlara görə, əgər bir kişi sizə 6 ay-1 il içindəqəlbini açnırsa , deməli bunu əsla etməyəcək.

/Mənbə:Qadınlar.biz/
(səs: 2)
Şərhlər: 0
Baxılıb: 4 913
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri