Xanımlarımız üçün test

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 4 725
Səs ver:
(səs: 8)
Sual 1. Nahar üçün 15 dəqiqə vaxtın var. Sən nə edirsən?
A.Dondurulmuş qidanı sobada tələsik bişirirəm.
B.Sendviç hazırlayıram.
C.Nahar etmirəm, boş vaxtım olana kimi gözləyirəm.
D.Yeməyimi rahat yeyirəm, iş gözləyə də bilər.

Sual 2. Səyahətə gedərkən özünə qulluq etmək üçün hansı vasitələri götürürsən?
A.Az yer tutan əşyalar: 3-ü 1-də olan kremlər .
B.Əlimə nə keçsə çantama atıram, onsuz da səyahətdə lazım olan hər şeyi alacam.
C.Bu, mənim orada qalacağım vaxtdan asılıdır.
D.Bütün kosmetik vasitələrimi, losyonlarımı götürürəm.

Sual 3. Maşınını dayanacaqda necə saxlayırsan?
A.Digər maşınlara narahatlıq yaratmamağa çalışıram.
B.Maşınımı saxlamaq üçün o qədər də ağır cəzalar yoxdur. Şəraitə uyğun hərəkət edirəm.
C.Bunun üçün çox əlləşirəm, istəyirəm hər şey qaydasında olsun.
D.Daha çox yer tutmağa çalışıram.

Sual 4. Mobil telefonunda ən çox hansı xidmətlərdən istifadə edirsən?
A."Kim zəng edib" xidmətindən. İstəyirəm ki, telefonum bağlı olanda da kimin zəng etdiyini bilim.
B. MMS və İnternet - danışmadan əlaqə saxlamağı xoşlayıram.
C.Səsli mesaj - oxumaqdansa qulaq asmaq yaxşıdır.
D.İkinci xətt - çox danışmağı sevirəm.

Sual 5.
Alış-verişə gedirsən?
A.İnternetdən alış-verişi seçirəm. Beləcə, nəzərdə tutduğumdan da çox şey alıram.
B.Həmişə ehtiyacım olan şeyləri alıram.
C.Əvvəlcədən mənə lazım olan əşyaların siyahısını hazırlayıram və keyfiyyətə önəm verirəm.
D.Rəfiqəmə zəng edib, mənimlə alış-verişə getməsini xahiş edirəm. Həm əylənir, həm də alış-veriş edirik.

Sual 6. Kafeyə tez-tez tək gedirsənmi?
A.Düşünmək, oxumaq və ya işləmək istəyəndə.
B.Heç vaxt.
C.Küçədə güclü yağış yağanda.
D Kofe içmək istəyəndə.

Sual 7. Sevgilin və ya həyat yoldaşına zəng edirsən və o cavab vermir. Sən...
A.Mesaj göndərib zəng etməsini xahiş edirsən.
B.Cavab verənə kimi dəstəyi asmırsan.
C.Oturub onun zəng etməsini gözləyirsən.
D.O da zəng edəndə sən cavab vermirsən.

Sual 8. Sükan arxasındasan və yolda tıxac var. Sən...
A Qəzəblənirsən.
B.Aramsız siqnal verirsən.
C.Musiqiyə qulaq asır, telefonla danışırsan.
D.Tıxacdan çıxmaq üçün yol hərəkəti qaydalarını pozursan, bu, vaxtın boş yerə keçməsindən yaxşıdır.

Sual 9. Yemək zamanı (tək olmayanda) adətən...
A.Televizora baxıram.
B.Yanımdakı insanla söhbət edirəm.
C.Mənim qaydam: "Yemək yeyərkən kar və lalam".
D.Kitab və ya jurnal oxuyuram.

Sual 10. Satışda köynək görürsən və çox bəyənirsən. Köynəyin düymələri sınıb, amma qiyməti çox münasibdir. Sən.....
A.Təəssüflənirsən: gözəl köynəkdir, kaş düymələri yerində olaydı.
B.Qiymətə görə alırsan.
C.Başqasının olub-olmadığını soruşursan.
D.Düymələrini dəyişirsən.


A variantı çoxdursa: Müdafiəsizsən..
"Hər şeyi öz axarına buraxmaq lazımdır" - bu, sənin ən çox sevdiyin cümlədir.Narahat olmağı sevmirsən.Ən çətin anlarda belə dincəlməyə vaxt tapırsan.Çətin anlarda güclü insanlardan kömək istəyirsən. Unutma ki, gec-tez hər işi özün etməlisən.İnsan həyata bir dəfə gəlir: bundan istifadə etməyə çalış. Unutma ki, sən hər şeyin yaxşısına layiqsən.

B variantı çoxdursa: Səliqəsizsən.
Sənin devizin - "Xırda şeylərə görə narahat olmağa dəyməz". Həmişə "Onsuz da hər şey öz yerini tutacaq" deyirsən.Amma nəzərə almalısan ki, işlərinlə vaxtlı-vaxtında məşğul olmasan, onlar daha da pisləşə bilər.Özünə sərf edən işlərlə maraqlanırsan.Özünü müdafiə etməyi bacarırsan, çətinlikləri sevirsən.Dilin başına bəladır.Danışarkən cümlələrinə fikir ver.Hərəkətlərinə zəriflik və səliqə əlavə et.

C variantı çoxdursa: Qaydaları çox sevirsən.
Həmişə qayadalara riayət etməyə çalışırsan.Buna görə də tez-tez çıxılmaz vəziyyətdə qalırsan.Sənə düşündüyün və istədiyin kimi hərəkət etmək lazımdır. Kənardakılara xoş olsun deyə özünü nəyəsə məcbur etmə.

D variantı çoxdursa: Nəzakətsizsən.
Həmişə deyirsən: "Öz hüquqlarımı kobud şəkildə qorumalıyam, yoxsa insanların ayaqlarının altında "xalça" olaram". Təəssüf ki, sən özünü müdafiə etmək üçün insanlarla kobud rəftar edirsən.Ətrafındakı insanları incidib, onları özündən uzaqlaşdırmağın heç vecinə də deyil. Özünü başqalarının yerinə qoymağa çalış, bəlkə onları başa düşdün.
(səs: 8)
Şərhlər: 4
Baxılıb: 4 725
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri