Sevilirsən? - Test

Müəllif: Pure Love
Şərhlər: 8
Baxılıb: 5 953
Səs ver:
(səs: 8)
Sən sevilirsənmi?

1.Qulaq asmaqdan çox danışmağı sevirsiniz?

2.Hətta yad insanla danışmağa mövzu tapırsınız?

3.Hər zaman hemsöhbətinizi diqqətlə dinləyirsiniz?

4.Məsləhət verməyi xoşlayırsınızmı?

5.Söhbətin mövzusu maraqlı deyilsə bunu həmsöhbətinizə bildirirsinizmi?

6.Sizi dinləməyəndə əsəbiləşirsinizmi?

7.Söhbətin mövzusu sizə tanış deyilsə, bu söhbətə qoşulursunuzmu?

8.Hər bir məsələ barəsində şəxsi fikriniz varmı?

9.Diqqət mərkəzində olmağı xoşlayırsınızmı?

10.Gözəl natiqsinizmi?

11.Kifayət qədər məlumatlı olduğunuz ən azı üç mövzu varmı?


Bəli - 1 bal
Xeyr - 0 bal

NƏTiCƏ
Siz 0-5 bal toplamısınız. Söyləmək çətindir. Ya siz elə qaradinməz olursunuz ki, sizdən bir söz belə çəkmək olmur. Ya da o dərəcədə ünsiyyətcil olursunuz ki, sizdən qaçmağa cəhd edirlər. Lakin fakt faktlığında qalır, sizinlə ünsiyyət qurmaq heç də həmişə xoş deyil.

Siz 6-10 bal toplamisiniz. Ola bilər ki,o qədər də ünsiyyətcil deyilsiniz, lakin demək olar ki, həmişə diqqətcil, xoş təəsürat bağışlayan həmsöhbətsiniz. Baxmayaraq ki, kefiniz olmayanda son dərəcə dalğın olursunuz və bu an özünüzə qarşı xüsusi diqqət tələb etmirsiniz.

Siz 11 bal toplamisiniz. Çox güman ki, ünsiyyətdə ən xoş təsir bağışlayan insanlardansınız. Dostlarınız çətin ki, sizsiz keçinə bilərlər. Bu çox gözəldir, lakin bir sual yaranır. Doğurdanmı öz rolunuzdan hər zaman məmnunsunuz, yoxsa bəzən səhnədəki kimi rola girməyə məcbursunuz?
(səs: 8)
Şərhlər: 8
Baxılıb: 5 953
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri