"Sizin əsəblərinizin" testi

Müəllif: Miss_Oxatan
Şərhlər: 7
Baxılıb: 7 749
Səs ver:
(səs: 7)
1. Təklikdə və qaranlıqda olanda özünüzü pis hiss edirsiniz?
2. Hesab edirsinizmi ki, həddindən artıq çox vəzifəniz var?
3. Ətrafdakıların sizin haqqınızda nə fikirləşməsi sizi narahat edir?
4. Telefon zəng çalanda tez – tez mi səksənirsiniz?
5. Xırda bir şeyə görə narahat olursunuz?
6. Öz sağlamlığınıza görə narahat olursunuz?
7. Pula görə narahat olursunuz?
8. İctimai nəqliyyatda gedərkən öz növbənizi qaçırdıqda çox həyəcanlanırsınız?
9. Yatan vaxt sizi nə isə narahat edərsə yuxusuzluqdan əziyyət çəkirsiniz?
10. Yuxugətirici dərmanlardan nə vaxtsa istifadə etmisiniz ?
11. Nə vaxtsa sakitləşdirici dərmanlardan istifadə etmisiniz?
12. Siz özünüzü əl – ayağı bağlı hesab edirsiniz?
13. Çox həyəcanlananda və yaxud hirslənəndə səsiniz titrəyir.
14. Asanlıqla həyəcanlanırsınız?
15. Asanlıqla rahatlaşırsınız?
16. Ətrafınızda olan insanlardan daha çox həyəcanlanmağa meyillisiniz?
17. Etiraf edirsinizmi ki, həmişə nəyəsə görə narahat olursunuz?
18. Asanlıqla əhvalınız korlanır?
19. Nə vaxtsa "həyəcan siqnalına” görə narahat olmusunuz?
20. Nə vaxtsa hər şeyi buraxıb və qaçmaq istəmisiniz?
21. Hər hansı bir uğursuzluğa görə əzab çəkmisiniz?
22. Səs – küy sizi narahat edir?
23. Sizi hər hansı bir inzibati tələblər narahat edir?
24. Nə vaxtsa stress keçirmisiniz ?
25. Sizə güləndə əhvalınız korlanır?
26. Yatmağa getməzdən əvvəl qapının bağlı olub – olmamasını yoxlayırsınızmı?
27. Qonaq və yaxud hər hansı bir şənliyə gedərkən həyacanlanırsınız?
28. Əgər dostlarınız sizə gəlmək istəyirlərsə onların gəlişi üçün çoxmu hazırlaşırsınız?
29. Asanlıqlamı qızarırsınız?
30. Yeni insanlarla danışmaq sizin xoşunuza gəlirmi?

Ballarınızı hesablayın:
15-ci sualdan başqa bütün "bəli” cavabı üçün 1 bal, "xeyir” cavabı üçün 0 bal hesablayın. 15 –ci sualda "bəli” cavabı, 0 "xeyir” cavabı 1 balla hesablanır.

25-30 bal - Olduqca qərarsız, tez təsir altına düşən
10-25 bal - Orta hirslənmə.
5-10 bal - Sakit, müvazinətli
5 baldan aşağı - Emosional sərhədlənmə, qaba.
 
(səs: 7)
Şərhlər: 7
Baxılıb: 7 749
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri