Daş testi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 6 557
Səs ver:
(səs: 2)
Belə bir nəzəriyyə mövcuddur ki, bir çoc xəstəliklər, məsələn, fikizi, psixi xəstəliklər rəng harmoniyasıın pozulması (hər hansı bir rəngin olub olmaması, qarışıqlığı, ola bilər ki, yetərsizliyi və s.) nəticəsində yaranmışdır. Bu nəzəriyyəyə uyğun olaraq orqanizmin pozulmuş müvazinətsizliyini bərpa etmək üçün çatışmayan rəngi onun duyğusu vasitəilə almaq olar.

Müxtəlif rəngli kristalları yığıb uşağa göstərin və qısa müddət ərzində uşaq kristallara baxıb onlardan birini və ya ikisini seçməlidir. Praktikadan görünür ki, uşaqlar adətən ona sakitlik gətirən bir-birinə uyğun olan 1 və ya 2 rəngi seçir. Bu seçim isə onun xarakterindən və hal-hazırda onda narahatlığa səbəb ola biləcək problemlərdən xəbər verir.

Bütün rənglər spektrı isti, soyuq və neytral rənglərə bölünür.
İsti rənglər: qırmızı, sarı, narıncı
Soyuq rənglər: mavi, göy, bənövşəyi
Neytral rənglə (isti və soyuq rənglərin sərhədi): yaşıl rəng
Qara və ağ rəng bütün rəngləri özündə əks etdirir.

Rənglərin izahı:

Qırmızı – asılılıqdan əziyyət çəkir, müstəqil olmaq istəyir.Qırmızı rəngin köməyi ilə impuls, fəaliyyət üçün təhrik edici, od qığılcımı almaq istəyir Bunların vasitəsilə yaradıcılıq, aktivliyi qığılcımları əldə etmək istəyir. Əgər qırmızı rəngi seçisinizsə sizə təşəbbüskarlıq göstərməmək də təzyiqlər olunur həyat və davranış qaydaları sürəkli şəkildə diktə edilir.

Narıncı – Hər şey yaş dövründən asılıdır. Uşaqlar adətən narıncı rəngi seçməklə "isinməyə” can atır və bununla sakitləşmək istəyir. Narıncı rəng rahatlaşmağa və hər şeyə emosional yanaşmağa imkan verir. Bu rəngi seçənlərin sevgiyə ehtiyacları var. Burada belə bir paradoks var- sizi sevə bilərlər amma siz bunu hiss etməyə bilərsiniz. Bu rəngi seçən uşaqlara daim sevgi, qayğı göstərmək lazımdır. Elə etmək lazımdır ki, hər yerdə sevgini görə bilsin. Onları inandırmaq lazımdır ki, onların hərəkətləri düzgün olmaya bilər, amma sizin sevginiz bu hərəkətdən asılı deyil. Bu sevgi sadəcə onların var olmasına görədir.

Sarı – daimilik rəngi, stabillik, etibarlılıq, realizm, praktik iş rəngidir. Bu günəş rəngi orqanizmi tarazlaşdırır, optimizm hissi yaradır. Bu rəngi sahibinin sakitləşmək istəyindən və tarazlıq yaratmaq istəyindən xəbər verir. Bu rəngi seçən insanlarda adətən ailədə stabillik olmur.

Yaşıl – rəng həyat və dirçəliş rəngi hesab olunur. Fikrini bir yerə cəmləməyə, fikri fəaliyyəti gərginləşdirməyə imkan verir. Eləcə də təhlükəsizlik duyğusu yaradır və sakitlik xarakteri daşıyır. Çox güman ki, bu yeganə rəngdir ki, bu rəngi seçən insan haqqında narahat olmaq əvəzinə sevinmək lazımdır. Uzun müddətli xəstəlikdən sağaldıqdan sonra, ailə və ya şəxsi faciədən sonra bu rəngi seçmək xüsusilə sevindirici haldır. Elə hallar da ola bilər ki, hal-hazırki anda dostlar arasında olan hər hansısa bir problem haqqında fikirləşirsiniz və bu vaxt bu rəngi seçmək normal bir haldır.Bu anda bu rəng fikri gərginliyi, fikirləşməyi göstərir.

Mavi – rəng emosionallığın tarazlaşdırılması, estetik qabiliyyətləri, duyğu,harmoniya hissini gücləndirir. Bu rəngi seçən zaman həmin şəxsin emosiyaları necə büruzə verməsinə diqqətlə baxmaq lazımdır. Mavi rəngi çox vaxt öz hirsi, qəzəbi ilə bacara bilməyən şəxslər seçirlər. Eləcə də erkən uşaqlıqdan oğlanları güclü cinsin nümayəndəsi olduğu üçün ağlamağa qoymadıqda oğlanlar bu rəngi seçirlər.

Göy – bu rəng sakitlik və rahatlıq bəxş edir. Göy rəng – mənəvilik və əbədilik rəngidir. Məhz bu rəng "üçüncü göz”ün açıqlığı ilə bağlıdır, gələcəyi görə bilmək, birlik, vəhdətlik kimi xarakterizə olunur. Bu rəngi seçən insanlar üçün 2 variant var – ya siz filosofsunuz və hər şeydən təcrid olunaraq dünyanın taleyi haqqında fikirləşmək arzusundasınız. Və ya əsəb gərginliyinin son həddindədir və göy daşa elə yapışıbki sanki bu daş onu xilas edəcək halqadır. Ayıq olun, uşağın həyatına diqqətlə nzər yetirin – ola bilər ki o sizin köməyinizə və dəstəyinizə ehtiyac duya bilər.

Bənövşəyi – insanın intellektual qabiliyyətləri ilə bağlıdır.. Bu rəng həqiqətlərin dərk olunması, mübarizənin sirrinin açılmasıdır. Əgər bu rəngi seçən insan hal –hazırda hər hansısa bir yaradıcı işlə məşğuldursa, bu haqqda narahatdır. Və yaxudda bu rəngi seçən insan pianinada, gitarada ifa etməyi, rəqs etməyi, şeir yazmağı, şəkil çəkməyi və ya tikməyi bacarır və yaxudda elmi təcrübələrə sahib biridir. Bütün bu sahələrin hər birində bu insan ən yaxşı köməkçi ola bilər. Əgər bu rəngi seçən insan komputer oyunlarından başqa heç bir şeylə maraqlanmırsa bu həmin insanın böhran vəziyyətində olduğunu göstərir, və "virtual reallığa” keçmək istəməsindən xəbər verir. Belə halda "həycanı öldürmək” lazımdır.

Qara – bu nirvananın (1. budda məzhəbinə görə ruhun dünyadakı əzab və əziyyətdən xilas olaraq səadətə qovuşması; 2. ölüm, yoxlu) qara nöqtəsidir. Bu ölüm və matəm rəmzidir. Bu rəngi seçməklə insanlar özünə qapanıq olurlar, mövcud aləmi olduğu kimi qəbul etmirlər, onlar üçün ərtaf aləm passivdir və sanki hər bir şey onlara qarşı yönəlib. Ancaq bu zamanla düzələ bilər. Bu halda narazılığın səbəbini araşdırmaq olduqca vacibdir.Bu zaman sphbet ederek hər şeyi həll etmək daha yaxşıdır.

– təmizlik və günahsızlıq, özünə qarşı ciddilik, asketizm (1.zahidlik, tərki-dünya; 2.məc. dünya ləzzətlərindən əl çəkmə) kimi simvolizə olunur. Bu rəng əhval-ruhiyyəni qaldırır. Bəzi insanlar bu rəngi seçməklə həyatlarında dəyişiklik etmək istədiklərini göstərirlər. Hər şeyi ağ vərəq kimi yenidən başlamaq istəyirlər. Digərləri isə bu rəngi seçməklə digər insanlardan, ətraf mühitdən ayrılaraq tək qalmaq istədiklərini, konfliktlərdən, həll olunmamış problemlərdən bezdiklərini göstərmək istəyirlər. İkinci halda ağ rəngə uzun müddət tamaşa etmək dərin depressiyaya gətirib çıxara bilər.Bu rəngi seçən insan utancaqdır, təklikdən əziyyət çəkir. Həmin insanın ünsiyyət qura biləcəyini birini tapmaq vacib şətdir.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 6 557
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri