Psixoloji portretinizi oxuyun

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 4 695
Səs ver:
(səs: 6)


Təqdim edilmiş təsvirlərə diqqətlə baxın. Onlardan birini, sizin daha çox xoşunuza gələni seçin və psixoloji portretinizi oxuyun. Fikirlərinizi bizimlə bölüşməyi unutmayın.

Cavablar:

QARA - Bunu özünüz etiraf etməsənizdə, ətrafındakılarların qayğısına daim ehtiyacınız var. Yalqızlıq hissi bəzən sizə yaxınlaşır, amma siz güc tapıb bu fikirləri və zəiflik hissini özünüzdən uzaqlaşdıra bilirsiniz. Ola bilər ki, siz sadəcə özünüzlə təklikdə qalmaq istəyirsiniz ki, sizə heç nə mane olmasın. Sizin fikirləriniz başqa insanların fikirlərindən üstün olsa da, siz özünüzü ələ almağı bacarırsınız.

BOZ - Siz düşüncəlisiniz, tələsik qərarlar qəbul etmirsiniz. Sizin həyatınızda nadir hallarda " hirsdən" qərarlar qəbul olunur. Planlarınızı, öz fikirlərinizi hər kəsə deməyi lazımlı hesab etmirsiniz, hisləriniz və iç dünyanızı qıfıllı saxlayırsınız, yalnız seçilmiş insanlarla həyatınız bölüşürsünüz.

QIRMIZI - Siz hissiyyatlı və ekspressiv təbiətə maliksiniz. Bəzən siz öz hislərinizə və hərəkətlərinizə, ətrafdakıların bunu necə qəbul edəcəklərini fikirləşmədən sərbəstlik verirsiniz. Həyatla dolusunuz burada və indi yaşamaq istəyirsiniz. Böyük daxili potensiala sahibsiniz, əgər sizə elə gəlsə ki, siz yoruldunuz, əslində isə hələ daha çox şeyə qadirsiniz.

QƏHVƏYİ - Siz ayaqlarınız üstündə möhkəm durmağı bacarırsınız , real həyat sizin üçün daha vacibdir —xəyallarla yaşamağdan sa, "indiki əsl" sadə instinktiv həyəcan və hissiyyatlı sevinclərə üstünlük verirsiniz. Siz qərarları sərbəst qəbul edirsinz.

SARI - İnsanlarla münasibətlərdə sərbəstsiniz. Ünsiyyətcil və hər şeylə maraqlanırsız, insanları özünüzə cəlb etmək imkanından həzz alırsınız. Siz özünüzə görə optimistsiniz və istənilən vəziyyətdə müvəffəqiyyətli nəticəni gözləyirsiniz, hətta özünüz bunu düşünmürsünüzsədə. Sizinlə ümumi dil tapmaq və xoş ünsiyyət saxlamaq asandır.

GÖY - Siz sakit təbiətlisiniz, emosional sıçrantılar həyatınızda son dərəcə nadir hallarda baş verir. Sizin üçün əminlik hissi hər şeydən yüksəkdir – bu ailə, iş və bütovlükdə həyata aiddir. Siz tez-tez yorulursunuz və istirahətə ehtiyac duyursunuz. Harmoniyaya cəhd, dinclik sizin üçün böyük məna kəsb edir. Sizin zəngin daxili dünyanız var.

YAŞIL - Siz yad təsirdən qorxursunuz, özünü təsdiqin üsulunu axtarırsınız, çünki sizin üçün bu həyati əhəmiyyət kəsb edir. Sizin böyük həyat potensialınız var, hansını ki, nədəsə göstərmək lazımdır. Əminlik və ətrafındakılarların dəstəyini hiss etdiyiniz zaman çox bacarıqlı olursunuz. Siz bütün başlanğıclara əsaslı yaxınlaşırsınız və çətinliklərin öhdəsindən asan gələ bilərsiniz, əgər yanınızda etibarlı insan varsa.
(səs: 6)
Şərhlər: 11
Baxılıb: 4 695
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri