Hamamda necə yuyunmağın xasiyyətinizlə əlaqəsi varmış - TEST

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 7 330
Səs ver:
(səs: 3)
Psixoloji test...
Necə yuyunmağınız belə xasiyyətinizdən xəbər verir.

İlk olaraq bədəninizin hansı hissəsini yuyursunuz?

Baş - Deməli siz xəyal qurmağı sevən birisisiniz. Xəyalpərəstliliyiniz qarşınıza qoyduğunuz məqsədlərə çatmağa mane olmur. Siz heç də həmişə sadiq deyilsiniz, amma dostluq sizin üçün çox önəmlidir.
Sizə ən uyğun gələn şəxs ilk olaraq sinəsini yuyandır.

Çiyinlər
- Siz heç də həmişə uğur qazannırsınız və əksər hallarda sizi anlamırlar. Siz hakim olmağı və pulu sevirsiniz, amma buna həmişə nail ola bilmirsiniz. Sizə uyğun adamı, dostu tapmaq sizin üçün çətindir.
Sizə ən uyğun gələn şəxs ilk olaraq qoltuğunu yuyandır.

Qoltuq - Bu sizin əməksevərliyiniz və etibarlı biri olmağınızdan xəbər verir. Siz sadəlövhsiz. Ona görə də insanların səmimiyyətini onların yalanlarından çox vaxt ayıra bilmirsiniz. Fantaziya kasadlığından sizdən yaxşı sevgili çıxmır. Siz rahatlığı çox sevirsiniz.
Sizə ən uyğun gələn şəxs çiyinlərdən yuyunmağa başlayandır.

Sinə - Siz realist və sözü üzə deyən birisisiniz. Rahatlığı sevirsiniz və sizi anlamayanda çox əsəbləşirsiniz. Sizdən əla sevgili çıxar.
Sizə ən uyğun olanı isə yuyunmağa başından başlayandır.

Üz (sifət) - Pul sizin üçün prioritetdir. Siz var-dövlət əldə etmək üçün çox şeyə razı olarsınız. Öz mənfəətinizi hər zaman düşünürsünüz, hətta dostluqlar belə sizin üçün şəxsi mənafe baxımından önəmlidir.
Sizə ən uyğun gələn şəxs "başqa" variantını seçənlərdir.

Başqa -
Siz həm mənfi, həm də müsbət cəhətləri olan sıradan birisiniz. Pis sevgili deyilsiniz, amma ideal da ola bilmirsiniz. Siz çox zaman qərarsızlıqdan öz fikirlərinizi və hisslərinizi gizlədirsiniz.
Sizə daha uyğun olanı ilk olaraq üzünü yuyandır.
(səs: 3)
Şərhlər: 9
Baxılıb: 7 330
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri