Psixoloji test: Rənglər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 5 308
Səs ver:
(səs: 5)
Mavi:
Ahəngdarlığın və sədaqətin rəngidir. Maviyə ilk sırada yer verənlər həssas, həmçinin əmin-amanlıq axtaran insanlardır. Həyatları həmişə «nəzarət altında”dır. Problemsiz bir həyat arzusundadırlar və bunun üçün çoz şeyi fəda etməyə hazırdırlar. adi həyatda olduğu kimi ailə həyatında da mühavizəkadırlar. Əgər mavi rəng siyahınızda son sıradadırsa, bu sizin monotonluğun əleyhinə olduğunuzu göstərir. Həmçinin çərçivələr və məhdudiyyətlər sizin üçün deyil.

Sarı:
Sarıya 2-ci,3-cü və 4-cü sıralarda yer verənlər nikbin adamlardır. Həyatı asan dərk edirlər və həmişə gələcəyə ümidlə baxırlar. Problemlərdən uzaq olmağa çalışırlar. Ancaq bu, heç də onların təmbəl olması demək deyil. Hətta sarıya 1-ci sırada yer vermisinizsə bu, sizin çətinlikdən qoxmayan, qətiyyətli bir adam olduğunuzu göstərir. Əgər sarı rəng siyahınızda axırıncı yerdədirsə, özünüzü ümidsiz və təcrid olunmuş hiss edirsiniz. Tez-tez özünüzə qapılırsınız.

Qırmızı:
Yüksək arzular həmçinin, yüksək enerji deməkdir. Qırmızıya ilk sırada yer verənlər qətiyyətli, enerjili adamlardır. Yaxşı lider olurlar. İşləməyi bacardıqları kimi, yaşamağı da bacarırlar. Əgər qırmızı rəng siyahınılzda 7-ci və ya 8-ci sıradadırsa, deməli, sizdə macəra çox azdır.

Yaşıl:
Dözümlülük və mühafizəkarlıq deməkdir. Əgər ilk rənginiz yaşıldırsa, deməli inadkar admsınız. Həmişə uğur qazanmaq istəyirsiniz. Qiymətli şeylərə sahib olmaq, hətta onları yığmaq meyliniz ola bilər. Tanınmaq istəyirsiniz, ancaq qorxursunuz. Əgər yaşıl rəng siyahınızda son sıralardadırsa bu sizin qürurunuzun sındığını götərir. Sizdəki tənqidəmeyllilik bununla bağlıdır.

Boz:
Birtərəf və neytral rəngdir. Əgər ilk rənginiz bozdursa, deməli, heç kimdən asılı olmadan müstəqil olmaq istəyirsiniz. Hissləriniz, düşüncələriniz hər dəqiqə dəyişə bilər. „Çoxluğun” içərisində əriməyi istəmirsiniz. İşi görməyi yox, işi görənlərə tamaşa etməyi üstün tutursunuz. Boz rəngə son sıralarda yer verənlər isə, əksinə ünsiyyətə meylli adamlardı. Kollektivçilik ruhu onlarda daha güclüdür. Belə adamlar məqsədlərinə nail olmaq üçün bütün yolları sınaqdan keçirirlər.

Qara:
Qara qısa bir ifadə ilə "YOX” deməkdir. Bu rəngə ilk sırada yer verənlər(hansıki bu çox nadir haldır) bədbin olsalar da qətiyyətli və inadkardırlar. Qara rəng siyahınızda 2-ci yerdədirsə, məqsədləriniz, arzularınız üçün hər şeydən imtina edə bilərsiniz. Əgər ilk rənginiz sarı, 2-ci rənginiz qaradırsa, deməli həyatınızda əsaslı dəyişikliklər etməyə hazırsınız. Adi halda qara rəngə son sıralarda yer verirlər və bu adamın öz taleyi ilə barışdığını göstərir.

Bənövşəyi:
Daxili ziddiyyətlərin rəmzidir. Bənövşəyi rəngə ilk sıralarda yer verənlər daha çox xəyalpərəst adamlardır. Belə adamlar intellektləri ilə də başqalarından fərqlənirlər. Bənövşəyi rəngə də qara rəng kimi daha çox son sıralarda yer verirlər. bu isə onların hər dəqiqə həqiqətlə üzləşməyə hazır olduqlarını göstərir. Onları fərqləndirən başqa bir cəhət isə möhkəm xarakterə malik olmalarıdır.

Qəhvəyi:
Əgər qəhvəyi rəngə ilk sıralarda yer vermisinizsə, bu sizin sağlamlığınıza qarşı çox diqqətli olduğunuzu göstərir. Həmçinin belə adamlar narahat xarakterləri ilə seçilirlər. Əgər qəhvəyi rəng son sıralardadırsa(məsələn 4-cü və ya 5-ci sırala kimi) deməli, sağlamlığınızla ancaq lazım olduğu qədər maraqlanırsınız. Əgər qəhvəyi rəng son sıralardadırsa, deməli sağlamlığınızla kifayət qədər maraqlanmırsınız. Digər tərəfdən, güman etdiyiniz qədər sağlam olmaya bilərsiniz. Buna görə də müayinədən keçsəniz yaxşı olar.
(səs: 5)
Şərhlər: 5
Baxılıb: 5 308
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri