Mən qorxağam, yoxsa cəsarətli? TEST

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 2095
Paylaş:
Səs ver:
(səs: 5)
Hər kəs üçün xasiyyəti maraqlıdır. «Mən qorxağam, yoxsa cəsarətli və hünərliyəm?» Bu suala cavab tapmaq istəyirsinizsə, sizə təqdim etdiyim testi sınaqdan keçirə bilərsiniz.

1. Axşam qaranlıq küçədə arxanızca kiminsə gəldiyini hiss edirsiniz. Sizin ilkin reaksiyanız necə olacaq?
a) Boş şeydir, yol hamı üçündür — 1
b) Küçənin o biri tərəfinə keçərəm — 5
c) Tez uzaqlaşmağa çalışıram — 10

2. Faciəli, qorxulu filmlərə baxmağa marağınız varmı?
a) Bəli — 1
b) Xeyr — 10
c) Şəraitdən asılı olur — 5

3. Qorxulu yuxular görürsünüzmü?
a) Tez-tez — 10
b) Hərdən — 5
c) Çox nadir hallarda – 1

4. Sizdə «qarabasma» halları olubmu?
a) Heç vaxt olmayıb – 1
b) Nadir hallarda olur — 5
c) Tez-tez olur — 10

5. Gecə qapının zəngi qəfil çalınır. İlkin olaraq ağlınıza gələn...?
a) Nəsə olub — 10
b) Görəsən kimdi gecənin bu vaxtı...? — 5
c) Ehtiyatla gedib kim olduğunu yoxlayırsınız — 1

6. Hər hansı bir nəqliyyat növünə minəndə onun qəzaya uğrayacağı haqda düşünüb qorxu hiss keçirirsinizmi?
a) Əlbəttə — 10
b) Qətiyyən yox — 1
c) Təyyarə və gəmi olanda – 5

7. Gecə hara isə tələsirsiniz. Yolunuz isə qəbristanlığın yanından keçir. Nə edərsiniz?
a) Yolumu dəyişərəm — 10
b) Birtəhər gedərəm — 5
c) Əlbəttə gedərəm, ölülərdən qorxmağa dəyməz – 1

Nəticə:
7-20 xal: Sizdə qorxu hissi müsbət, qənaətbəxş səviyyədədir. Lazım olanda ona qalib gəlməyi bacarırısınız. Sizin əsəb sisteminiz və xarakteriniz qorxu baxımından möhkəmdir. Əgər sizə qorxaq kimi baxanlar varsa, əmin ola bilərsiniz ki, onlar yüz faiz yanılırlar. Deməli, onlar hələ sizi yaxşı tanımırlar.

21-45 xal
: Qorxu hissləri gündəlik həyatınızda mühüm yer tutur və sizi narahat edir. Hərdən sizi üstələməyə də qadir olan bu təbii hisslərin təhlükəli olduğunu unutmayın. Qorxuya qalib gəlmək üçün öz üzərinizdə ciddi işləyin, əks halda sizə «qorxaq» deyənlərin sayı arta bilər. Siz bu sahədə mübarizə aparmağa qadirsiniz.

46-70 xal: Siz qorxaqsınız. Buna şübhəniz olmasın. Qoxu hissi sizdə o qədər güclüdür ki, iradənizin ziddinə olaraq çox şeylərə boyun əyməyə məcbur ediləcəksiniz. Qorxudan yaxa qurtarmaq istəyirsinizsə, ilk növbədə özünüzə inamı artırın. Axı siz də başqaları kimi ona qalib gələ bilərsiniz. Özünüzü ələ alın, həyat və fəaliyyətinizə mane olan xoşagəlməz hisslərdən qurtulmağa çalışın.

loading...
(səs: 5)
Şərhlər:
Baxılıb: 2095
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv