Sizə hansı rəng dodaq boyası yaraşır? (test)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 5 812
Səs ver:
(səs: 3)
Qırmızı, mərcanı, lavanda çiçəyi... nə qədər rəng çalarları seçmək olar. Bəs sizin dodaqlarınıza bu rənglərdən ən çox hansı yaraşır?

Bunu öyrənmək üçün bu testi nəzərdən keçirin.

1. Dəriniz günəşə necə reaksiya verir?
a) Mən çox tez və gözəl qaralıram: Artıq iki gün sonra dərim bronzlaşır.
b) Qaralma problemim yoxdur. Rəngim adətən zeytun çalarında olur.
c) Mənim dərim qaralmır, daha çox yanıram. Ona görə də, günəşdən güclü SPF  kremlər çəkmədən çimərliyə çıxmıram. Günəş şüaları dərimdə qızartılar  yaranır.
d) Mənim dərim yanmaya məruz qalır. Məzuniyyətdən sonra geri qayıdanda tez-tez bu sözləri eşidirəm: "Bəs qaralmamısan?”

2. Çilləriniz var?
a) Bəli, qızılı.
b) Var, amma çox solğundur və onlar, demək olar ki, bilinmir.
c) Gözə çarpan çillər məndə həmişə olub.
d) Yoxdur.

3. Gözləriniz hansı rəngdədir?
a) Mənalı mavi, firuzəyi, yaşıl
b) Yumşaq, boz rəngi: bozumtul-yaşılı və ala.
c) Gözlərimdə rəngli işıq var sanki və rəngi tez-tez dəyişir.
d) Çox qarışıq rəngli - göy, tünd qonur və zümrüd.

4. Hansı rəng köynəkdə  daha çox gözəl görünürsünüz?
c) Bej və ağ rənglərdə.
b) Mavi
c) Narıncı
d) Qara
 
5. Zahirən hansı nağıl personajına bənzəyirsiniz?
a) Qızılsaç
b) Zoluşka
c) Dyumoviçka
d) Ağbəniz

Verdiyiniz cavabları hesablayın: A, B, C və ya D
a) Sizin pomada rənginiz - qəhvəyi, torpaq rəngləri və mərcan qırmızısıdır. Soyuq rənglərdən uzaq durmağa çalışın. Alternativ kimi sadə, şəffaf dodaq parıltısı üzərində dayana bilərsiniz.
b) Sizə bənövşəyi, moruq, albalı və tünd qırmızı pomada mükəmməl yaraşır. Qadağan olunmuş rəng isə parlaq qırmızıdır. Çünki o makyajınızı çox bayağı göstərər.
c) Qırmızı, mis, narıncı, dərin qızıl çalarları sınaqdan keçirin. Çox işıqlı rənglər sizə yaraşmır. Çünki onlar simanıza hüznlü ifadə verir.
d) Böyük cəsarətlə soyuq və sərt rəngləri: tünd qırmızı, çəhrayı, tünd bənövşəyi - rəngləri istifadə edə bilərsiniz. Narıncı və parlaq rənglərdən qaçın.
(səs: 3)
Şərhlər: 7
Baxılıb: 5 812
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri