Sevilirsinizmi?- test edin

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 3319
Paylaş:
Səs ver:
(səs: 9)
Nə qədər sevildiyinizi bilmək üçün təqdim etdiyimiz bu testin suallarına cavab verib, sonra balları hesablayın.

1. Sizcə, əhvalınızın necə olması, nə yeyib, nə içdiyiniz, günü necə keçirdiyiniz münasibətdə olduğunuz insanı maraqlandırırmı?

a) Bəzən.
b) Əlbəttə ki, hə.
c) O qədər də maraqlandırmır.

2. Keçmişdə yaşadıqlarınız barədə soruşurmu və ya öz keçmişi haqqında sizə danışırmı?

a) Hərdən olur, lakin çox nadir hallarda.
b) Yox, çünki onun üçün əsas olan bizim hazırda bir yerdə olmağımızdır. Keçmişdə olanlar keçmişdə qalıb.
c) Bəli, tez-tez keçmişdə olub-bitənləri müzakirə edirik.

3. Partnyorunuz sizi qısqanırmı və öz qısqanclığını necə biruzə verir?

a) Bəli. Mən buna imkan yaradıramsa qısqanır.
b) Əgər qısqanırsa da, onun davranışları daha çox zarafata bənzəyir.
c) Onun qısqandığını demək olar ki, hiss etmirəm.

4. Ona bəxş etdiyiniz emosiyaların qarşılığını yetərincə ala bilirsinizmi?

a) Hər dəfə fərqlənir. Ya həddindən çox, ya da heç.
b) Qarşılığını artıqlamasıyla alıram.
c) "Bəlkə verər” deyə gözləyirəm.

5. Birlikdə olduğunuz insan barəsində "O, mənim fikirlərimə önəm verir” deyə bilərsinizmi?

a) Heç bilmirəm də... Kim bilir bəlkə də...
b) Bəli.
c) Güman edirəm ki, düşüncələrim onun üçün heç də hər zaman önəmli deyil.

6. Partnyorunuzun sizin qayğınıza qalmağa can atdığını hiss edirsinizmi?

а) Vəziyyətdən asılıdır. Tez-tez də olmasa, bunu hiss edirəm.
b) Hər zaman onun qayğısını duyuram.
c) Yox.

7. Söhbət zamanı fikirlərinizi biri-birinizə aydın şəkildə deyə bilirsinizmi, yoxsa deyə bilmədikləriniz də var?

a) Bəzən belə hallar olur.
b) Bizim aramızda hər şey açıq-aşkardır. Söyləyə bilməyəcəyimiz bir şey yoxdur.
c) Bəli, belə hallar tez-tez olur.

Nəticə

Sualları cavablandırarkən daha çox hansı bəndi işarələmisiniz -"a” , "b” , yoxsa "c” ?

"a” cavabı çoxdursa – Bu, hələ sevgi demək deyil, ola bilər ki, partnyorunuz hələ yeni-yeni sizi sevməyə başlayır. Yox, əgər bərəbərliyiniz çoxdandırsa, aranızdakı natamam sevginin işığının sönəcəyi istisna edilmir. Odur ki, müxtəlif üsullarla biri-birinizi daha çox sevindirməyə çalışın. Bu zaman müxtəlif fərqli sürprizləri də unutmayın! Hazırkı vəziyyətiniz belə şeyləri unuda biləcəyinizdən xəbər verir...

"b” cavabı çoxdursa
- Təbrik edirik. Çox güman ki, o, sizi sevir! Ancaq yadda saxlayın ki, sevgini yaratmaq və onu qorumaq hər iki fərddən asılıdır. Çalışın ki, bir qayda olaraq partnyorunuzun sizə qarşı xoş münasibətini cavabsız qoymayasınız. Biri-birinizi qayğı və diqqətdən kənar qoymayın! Qəlbinizin istiliyini əsirgəməyin!

"c” cavabı çoxdursa – Əminliklə deyə bilərik ki, aranızda romantik bir sevgidən söz ola bilməz! Çox güman ki, ortada adət halını almış bir bağlılıq var. Bir sözlə, sizin partnyorunuz öz hisslərini çox ustalıqla gizlədir. Bu ancaq insan öz hisslərindən əmin olmadıqda belə olur.

loading...
(səs: 9)
Şərhlər:
Baxılıb: 3319
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv