Əllərin forması və xarakter - TEST

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 5 239
Səs ver:
(səs: 1)

 


1. Kvadrat ovuc forması, qısa barmaqlar.

Belə əllərə sahib olan qadınlar çox təcrübəlidir. Nadir hallarda həyata keçməsi mümkün olmayan şeylər istəyirlər. Etibarlılıq və ağıllarına görə seçilirlər. Onlar yeni insanlarla asan ünsiyyət qururlar və bu müansibətləri "işgüzar relslərə" çevirməkdə heç bir eyib görmürlər. Əgər siz bu təsvirdə özünüzü tapdınızsa bilməlisiniz ki, müabahisələrinizin səbəbi nələrisə çox yüksək səviyyədə gözləməyinizdir. Ona görə vaxtaşırı plan üzrə hərəkət etməməyə çalışın.

2. Kvadrat ovuc forması, uzun barmaqlar.

Bu tip qadınlar öz sözlərini jestlərlə vurğulamağa üstünlük verir. Onlar kəskin və emosionaldır. Maraqları müxtəliflidir, onlar adətləri və mərasimləri sevmirlər. Yeni hislərin axtarışı zamanı, onlar istənilən dəliliklərə hazırdılar. Onlar məmnuniyyətlə insanlarla və kompüterlərlə ünsiyyət saxlayırlar. Praktik olaraq bütün ofis təchizatıyla bu adamlar çox rahat işləməyi bacarırlar. Əgər siz bu təsvirdə özünü tapdınızsa, tez əldən düşməmək (tükənməmək üçün) üçün, özünə əlavə enerji mənbəyi təmin etməyə çalışın. Məsələn bunda sizə spa-salonlar və ya axşamlar gününüzü keçirə biləcəyiniz sakit məkanlar kömək edəcək. Əsas müntəzəm istifadə etməyinizdir.

3. Uzunsov ovuc forması. Qısa barmaqlar.

Bu qadınlar çox pozitiv, əla təşkilatçıdırlar. Onlara bütün yeni məlumatlar maraqlıdır. Onlar üçün bütün dünya - teatrdır, ətrafındakılarların diqqəti olmadan onlar özlərini emosiyasız hiss edirlər. Tamaşaçı onlara hava kimi lazımdır. Ürəyinin dərinliyində belə adamlar balaca uşaq qalırlar. Onlar yad sözlərə etibar etmirlər. Əgər siz bu təsvirdə özünü tapdınızsa, əsəb sistemini, ürəyi və damarları həddən artıq yükləməmək üçün, sizə az tələsməyi və daha çox dincəlməyi məsləhət görürük.

4. Uzunsov ovuc forması. Uzun barmaqlar.

Şübhələr və ziddiyyətlər bu qrupun nümayəndələrinə tez-tez əzab verir. Onlar yumşaq və həssasdırlar, yad təsirə asan təslim olurlar. Onlar arasında yaradıcı insanlar çoxdur. Bu qadınlar təzyiq altında işləyə bilmirlər. Onları adrenalin az maraqlandırır. Bu adamlarda intuisiya yaxşı inkişaf etmişdir. Onlar tez-tez bilirlər, kim indi zəng vuracaq və ya problemin həllində hansı variantın seçmək lazımdır. Madiyyat onları daha az həyəcanlandırır, nəinki mənəviyyat. Əgər siz bu təsvirdə özünüzü tapdınızsa, onda yadda saxlayın ki, hər gün duyulan yeni hislər bizə yaşamağa kömək edir, ona görə onların müxtəlifliyinə çalışın adət etdiyiniz vərdişlərinizlə kifayətlənməyin.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 5 239
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri