İmzanı at, kim olduğunu deyim

Müəllif: NoName
Şərhlər: 18
Baxılıb: 2571
Paylaş:
Səs ver:
(səs: 6)
Şəxsin imzasına baxıb onun necə insan olduğunu demək olar

İnsanı tanımağın müxtəlif yolları var. Bunlardan biri də imzaya baxmaqla insanın xasiyyətini müəyyənləşdirməkdir. Mütəxəssislərin fikrincə, bircə dəfə şəxsin imzasına baxıb onun necə insan olduğunu demək olar.

Psixoloq Günay Xəlilova bildirir ki, insanı sənədi imzalamaq qaydasına görə tanımaq olar: "Hər kəs sənədə fərqli qol çəkir. Bəzilərinin imzası kiçik hərflərdən ibarətdir və yığcam olur, bəzilərinki isə az qala vərəqin yarısını tutur. Birinin imzasının hərfləri sıx, digərinki aralı yerləşir. Bütün bunlar hər birimizin nə qədər fərqli olduğunu göstərir.

Əksəriyyətin hələ məktəb dövründən imzalamağı öyrəndiyini deyən həmsöhbətimizə görə, bu zaman bəziləri məşq edərək bir neçə imza dəyişir: "Elə uşaqlar olur ki, iki-üç cür qol çəkirlər".

İmza hər insanın həyatında xüsusi rol oynayır. Hələ uşaq və yeniyetmə olarkən anlayırıq ki, imza bizim bir növ "üzümüz"dür: "Uşaqlarda tez-tez belə də hallar olur ki, imzanı özləri fikirləşmir, ata-anasının, böyük bacı-qardaşının, imzası onların fikrincə qəşəng görünən digər həmyaşıdların imzasına oxşadır. Heç də hamının imzası uğurlu alınmır. Bəzi insanlar ömrünün axırlarına qədər imzalarından narazı qalırlar. Elə də tip insanlar var ki, imzanı özləri fikirləşə bilmir. Onların əvəzlərinə valideynləri, müəllimə, dostları imzalamağı öyrədir".

G.Xəlilova bildirib ki, imzanı fikirləşərkən bəziləri onun yalnız quruluşuna, bəzilərisə nəyi əks etdirməsinə diqqət verir: "İmzanın kim tərəfindən düşünülməsindən asılı olmayaraq, insan imzanı özünəməxsus şəkildə çəkir və zaman keçdikcə özünküləşdirir. Zamanla insanın xasiyyəti dəyişdikcə, imzanı çəkmək tərzi də dəyişir".

İmza çəkənin nə cür insan olduğunu bilmək istəyirsizsə, hərflərin istiqamətinə nəzər salın: "İmzanın aşağıya doğru yönəlməsi şəxsin pessimist olmasını göstərir. Belə insanlar həyatlarından daim narazı qalır, nadir hallarda özlərini tam xoşbəxt hiss edirlər. Bu cür imza çəkənlərdə spirtli içkilərə və narkotik maddələrə meyl də müşahidə oluna bilər. İmzanın yuxarıya doğru yönəlməsi insanın şən, optimist, bir çox hallarda məqsədyönlü olmasını göstərir".

İmzaların uzunluğu da fərqlidir. Əgər imza uzanırsa, deməli, sahibi baş verənlərin məğzini təhlil etməyə meyllidir, amma onlar xırdalıqlara görə belə problem və ya konflikt yaradır. Öz davranışları ilə bəzi hallarda insanları bezdirə də bilərlər. İmza nə qədər uzundursa, bu xüsusiyyətlər bir o qədər özünü qabarıq göstərir. İmza qısadırsa, şəxs hər şeyə tez reaksiya verir, məsələnin məğzini dərhal başa düşür.

İmzanın yazılış qaydasına diqqət yetirdikdə, bəzilərin hərfləri yumru, bəzilərinin iti yazdığının şahidi olarıq. Psixoloq bildirir ki, əgər şəxs hərfləri yumru yazırsa, deməli hisslərini cilovlaya bilir, mehriban və qayğıkeşdir. İti, küncvari hərflərlə qol çəkənlərsə, əsəbi və səbirsizdilər. "Özlərini sərbəst hiss etmək istəyir, özlərini asılı hiss etməkdən xoşlanmırlar. Tərs olmaları da onları fərqləndirən xüsusiyyətləridir".

İmzanın əvvəli intellektin hansı səviyyədə olduğunu, sonu isə fiziki məşğuliyyətlərə meylliliyi göstərir.

Hərflərin aralı olması insanın xeyirxahlığından xəbər verir. Lakin belə adamlar bədxərc də ola bilərlər. Hərfləri sıx yazanlarsa, qənaətcil, bəzən də çox xəsis olurlar. Hərflərin balaca olması şəxsin nə dərəcədə xəsis olduğunu göstərir: "İmzanın ilk hərfi digərlərinə nisbətən çox böyükdürsə, belə adamlar çətin olur. Onlar tələbkar və hər şeyi bəyənməyən olurlar. Birinci hərfi ölçüsünə görə o qədər də fərqlənməyənlərə isə çox şey lazım deyil. Onlar daha üzüyoladırlar".

İmzalarda hərflərdən başqa insanın öz təxəyyülünə əsaslanan və ya başqalarının imzalarından götürülən xətlər, hərfi xatırladan yazılar, nöqtələr də olur. Belə şeylərə imzalarda tez-tez rast gəlinir. Çox vaxt bu əlavələr imzanın gözəl görünməsi və ya fərqləndirilməsi üçün yazılır. Misal üçün, imzada hansısa təsviri görmək olursa, şəxs qeyri-adi və yaradıcı adamdır. İmzada yumrulanan (vergülü xatırladan) və sonra da dalğalanan əlavə insanın çox ehtiyatlı və tərs olduğunu göstərir. İmzalarda tez-tez müşahidə olunan dairələr isə insanın bir xətt üzrə hərəkət etdiyini bildirir. Onun fikirləri təkrarlanır. Bir neçə əlavələrin olması insanın həyatdan bacardıqca çox şey almaq istəyindən xəbər verir.

İmzada altdan xətt varsa, deməli, sahibi küsəyən və özünü sevəndir. İmzanın yuxarısında xəttin olması insanın qürurlu və şöhrətpərəst olduğunu göstərir. İmzada xətt yarıya bölünmüş şəkildə iki dəfə verilirsə, şəxs özündən narazıdır və özünəgüvən hissi aşağıdır. İmzaya baxdıqda onun adi olduğunu görürüksə, deməli, sahibi problem yaratmağı sevmir. Özündə məna daşıyan imzalarsa, sahibinin qeyri-adi və yaradıcı insan olduğunu göstərir.

Hərflər sol tərəf yönəlibsə, şəxs çətin və fərqli xasiyyətə malikdir. Özü bildiyi kimi hərəkət etməyi sevir. Sağ tərəfə yönəlməsi, insanın özü ilə harmoniyada olmasını, başqalarını başa düşməsini göstərir. İmzadakı hərflər düzdürsə, sahibi öz sözünün üstündə duran və özünə daim nəzarət edən, hisslərini cilovlayan şəxsdir. İmzanın hansı tərəfə yönəlməsi dəqiq bilinmirsə, belə insanla ehtiyatlı olmaq lazımdır. Belə ki, onlar yalançıdır və hər şeyi gizlədirlər. İmzada hərflər bir növ "uzanıbsa", şəxsin ciddi psixoloji problemləri var.

İmzanın sonluğunun uzunluğu isə insanın başqalarının fikrinə olan münasibətini göstərir. İmzanın sonluğu uzun olduqca insan başqalarının fikirlərinə daha həssas yanaşır. İmzasının sonluğu qısa olanlarsa, bu məsələdə laqeyddirlər.

loading...
(səs: 6)
Şərhlər: 18
Baxılıb: 2571
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
aykazayka
7 CI IMZA MENIM UREYIMIN JUSTIN BIEBER- IMZASIDI
10 may 2015 15:19
18
Heyatimda sehv buraxan insanlari bagislayacaq qeder boyuyem,Amma tekrar guvenecek qeder axmaq deyilem............:)
Offline
leyla_258
AXIRINCIDAN IKINCI BIRAZ SADA OLSA, MENIM IMZAMA BENZEDIIIIII.
22 mart 2015 01:25
17
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Offline
Tomris Müslümova
menim imzam adimdi birazda boyur basina duzelis verirem olur qeyri adi bi sey
20 mart 2015 16:09
16
Sən sadəcə mənimsən...!
Offline
vipbetul
eslinde bu cur seylere inanmiram imzaylada insani tanimaq olar bos sozlerdi
20 mart 2015 15:21
15
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
my_angel
Menim imzam böyük herfle başlayıb, kiçik herfle bitir.Uzunuluğuna gelende ise beli uzundu. sair
20 mart 2015 15:04
14
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
Offline
Şəbnəm Vüsal
mənim imzam normaldı.yəni nə uzun deyil nədəki qısa.atamın imzasından cooox xoşum gəlir....
20 mart 2015 14:38
13
Səndən sadəcə bir istəyim var hər zaman həyatımda,yanımda , qəlbimdə ən əsası sol yanımda ol Vüsal.Cünki səni coooooooox S E V İ R Ə M ♡
Offline
isveç.de
Öz imzamı bəyənirəm. Həyat yoldaşım, qeyri adi bir imza çəkir. Çox bəyənirəm .
20 mart 2015 14:22
12
Mene sual verilse en boyuk dusmenin kimdir? Deyerem Anamin goz yaslari...

Arxamca danismaga davam et,chunki qarsima chixacaq qeder cesur deyilsen...
Offline
emis
menim imzam cox asandi xosum gelir imzamnan hemde azdi ama bezilerinin bir imzalari olur ki, elebil demiryoludu up uzun bele seyler maraqli gelir xett menasi imza meansi bele seyelr
20 mart 2015 12:38
11
Offline
Catwoman666
menim ozum kimi.gozel imzam varxeyal amma bele oxumaqla cetindir. gerek hemin adamin yaninda imzani cekesen ozu seni xarakteristkani tehlil etsin
20 mart 2015 12:22
10
Viking
Offline
Melek5
1 imza cekirem ceksemde deyismirem imzami
20 mart 2015 11:46
9
Güclü bir qız olmağı ən gözəl anamdan öyəndim. Və anam, həyatımda görə biləcəyim ən güclü qadındır.
Offline
qanadli melek
ceke bilmirem.hec lazimda olmur ne vaxt cekdiyim yadima gelmir
20 mart 2015 11:14
8
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Offline
angel H-va
Men gozel imza ceke bilmirem nece geldi cekirem her defe bir cure alinir
20 mart 2015 11:10
7
Offline
tek umidim sen
Tezeliyce imzami deyismisem... Men butun aile uzvlerimin imzasin ceke bilirem,gundeliyime imzani da valideynlerimin yerine ozum cekirem 23
20 mart 2015 10:53
6
Ne mutlu TÜRK'üm diyene!...
Offline
Fialka
Ailədə hərənin bir imzası var eləcə də mənim, imzam qısa, iti, düz və yuxarıya doğru çəkilir və qeyd olunan xüsusiyyətlərdə xarakterimə uyğundur.
20 mart 2015 10:03
5
Offline
aziz a
Ferqli cekirem bezen, yani cuzi ferqle....

Ferqli cekirem bezen, yani cuzi ferqle....
20 mart 2015 09:59
4
Rebbim kömek olsun cümlemize Amin
Offline
BARBI
Mende ferqli imza atanlardanam ama bir sozle imzam qisadir
20 mart 2015 09:40
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Luna-90
Menim 1 imzam taaa 17yasimdan eyni qalib .burdaki xususiyyetleri yigmaga sebrim catmir
20 mart 2015 09:32
2
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Offline
kedi
Sitat: EreS Mia
Menim o qeder imzam varki )) Vesiqede tam başqa, indi çekdiklerim bir başqa

hahaha ele menimde
20 mart 2015 09:24
1
(Qaciram olume dogru..)

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv