Qorxaqsınızmı? - TEST

Müəllif: ayka
Şərhlər: 20
Baxılıb: 2057
Paylaş:
Səs ver:
(səs: 6)
Hər kəs üçün xasiyyəti maraqlıdır. "Mən qorxağam, yoxsa cəsarətli və hünərliyəm?" Bu suala cavab tapmaq istəyirsinizsə, sizə təqdim etdiyim testi sınaqdan keçirə bilərsiniz.

1. Axşam qaranlıq küçədə arxanızca kiminsə gəldiyini hiss edirsiniz. Sizin ilkin reaksiyanız necə olacaq?
a) Boş şeydir, yol hamı üçündür - 1
b) Küçənin o biri tərəfinə keçərəm - 5
c) Tez uzaqlaşmağa çalışıram - 10

2. Faciəli, qorxulu filmlərə baxmağa marağınız varmı?
a) Bəli - 1
b) Xeyr - 10
c) Şəraitdən asılı olur - 5

3. Qorxulu yuxular görürsünüzmü?
a) Tez-tez - 10
b) Hərdən - 5
c) Çox nadir hallarda - 1

4. Sizdə "qarabasma" halları olubmu?
a) Heç vaxt olmayıb - 1
b) Nadir hallarda olur - 5
c) Tez-tez olur - 10

5. Gecə qapının zəngi qəfil çalınır. İlkin olaraq ağlınıza gələn...?
a) Nəsə olub - 10
b) Görəsən kimdi gecənin bu vaxtı...? - 5
c) Ehtiyatla gedib kim olduğunu yoxlayırsınız - 1

6. Hər hansı bir nəqliyyat növünə minəndə onun qəzaya uğrayacağı haqda düşünüb qorxu hiss keçirirsinizmi?
a) Əlbəttə - 10
b) Qətiyyən yox - 1
c) Təyyarə və gəmi olanda - 5

7. Gecə hara isə tələsirsiniz. Yolunuz isə qəbristanlığın yanından keçir. Nə edərsiniz?
a) Yolumu dəyişərəm - 10
b) Birtəhər gedərəm - 5
c) Əlbəttə gedərəm, ölülərdən qorxmağa dəyməz - 1

Nəticə:
7-20 xal: Sizdə qorxu hissi müsbət, qənaətbəxş səviyyədədir. Lazım olanda ona qalib gəlməyi bacarırısınız. Sizin əsəb sisteminiz və xarakteriniz qorxu baxımından möhkəmdir. Əgər sizə qorxaq kimi baxanlar varsa, əmin ola bilərsiniz ki, onlar yüz faiz yanılırlar. Deməli, onlar hələ sizi yaxşı tanımırlar.
21-45 xal: Qorxu hissləri gündəlik həyatınızda mühüm yer tutur və sizi narahat edir. Hərdən sizi üstələməyə də qadir olan bu təbii hisslərin təhlükəli olduğunu unutmayın. Qorxuya qalib gəlmək üçün öz üzərinizdə ciddi işləyin, əks halda sizə "qorxaq" deyənlərin sayı arta bilər. Siz bu sahədə mübarizə aparmağa qadirsiniz.
46-70 xal: Siz qorxaqsınız. Buna şübhəniz olmasın. Qoxu hissi sizdə o qədər güclüdür ki, iradənizin ziddinə olaraq çox şeylərə boyun əyməyə məcbur ediləcəksiniz. Qorxudan yaxa qurtarmaq istəyirsinizsə, ilk növbədə özünüzə inamı artırın. Axı siz də başqaları kimi ona qalib gələ bilərsiniz. Özünüzü ələ alın, həyat və fəaliyyətinizə mane olan xoşagəlməz hisslərdən qurtulmağa çalışın.

loading...
(səs: 6)
Şərhlər: 20
Baxılıb: 2057
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Tonya
men qoruxmuram ki o mene aid deyil
25 aprel 2015 00:46
20
tonya
Offline
emis
60 balSiz qorxaqsınız. Buna şübhəniz olmasın. Qoxu hissi sizdə o qədər güclüdür ki, iradənizin ziddinə olaraq çox şeylərə boyun əyməyə məcbur ediləcəksiniz. Qorxudan yaxa qurtarmaq istəyirsinizsə, ilk növbədə özünüzə inamı artırın. Axı siz də başqaları kimi ona qalib gələ bilərsiniz. Özünüzü ələ alın, həyat və fəaliyyətinizə mane olan xoşagəlməz hisslərdən qurtulmağa çalışın.
24 aprel 2015 22:54
19
Offline
leyla_258
test etmeye gerek yoxdu onsuzda men cox qorxagam,dovsn iliym ona gore
24 aprel 2015 18:59
18
SENI SEVDIM DIYE KIZDIYSAN..
SENDE BENI SEV DE INTIKAMINI AL..:)
Offline
rəmsə
21-45 çıxdı.Mən həqiqətən də gah qorxuram,gah yox.Bir də görürsən uşaqları məktəbə yola salanda saat 7.də qaranlıq olanda kuxnaya gəlib çay qoymağa qorxuram,oğlumu durğuzub onnan gəlirəm.Bir də görürsən heç nə nədən qorxmuram.Məs.yayda oruc tutanda rahat dururdum qorxu hissi filan yox olmuşdu.Bəlkə də Rəbbim özü köməkçi olurmuş01
24 aprel 2015 17:18
17
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Offline
Catwoman666
21-46 arasi cixdi. Qorxulu filmelere baxmagi coox sevirem. Qebirstanligin yanindan kecsem ureyim partlayar))amma yene dde maraqliyam bele weylere ne qqeder qorxsam dda yene dde gece vaxti qebirstanliga gede bilecek qeder deliyem))))amma tek getmek istemerem dda. Meselen qrupla gederik gecenin bir vaxti olulerin yaninaaaa:)
24 aprel 2015 16:44
16
Viking
Offline
vipbetul
esala qorxmuram qorxaq insanlarida sevmirem
24 aprel 2015 16:09
15
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Fialka
20 - dən yuxarı çıxdı yəni qənaət bəxşdi çoxda qorxaq deyiləm üstündə düşsəm hünərli olmaq olar))
24 aprel 2015 15:34
14
Offline
Little girl
Qorxu hissləri gündəlik həyatınızda mühüm yer tutur və sizi narahat edir. Hərdən sizi üstələməyə də qadir olan bu təbii hisslərin təhlükəli olduğunu unutmayın. Qorxuya qalib gəlmək üçün öz üzərinizdə ciddi işləyin, əks halda sizə "qorxaq" deyənlərin sayı arta bilər. Siz bu sahədə mübarizə aparmağa qadirsiniz.

Eslinde ele de qorxaq deyilem.
24 aprel 2015 13:58
13
Anladım artıq sevgilərin nağıl,nağıllarınsa yalan olduğunu... agla
Offline
qanadli melek
Qorxaq oldugumu bilirdim bu testde 46oldu
24 aprel 2015 13:31
12
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Offline
ulduz
cox qorxaq insanam .hamileliyimde o qeder yersiz qorxdumki oglum indi oz kolgesinden qorxur
24 aprel 2015 12:55
11
Qadının ən böyük vəzifəsi analıqdır :50:
Offline
Meleknur
mende 46 oldu qorxaqam aney
24 aprel 2015 12:51
10
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
Offline
lelos
mende 41oldu çalişiram amma alinmir
24 aprel 2015 12:41
9
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
Offline
SENSİZ
21-45 xal oldu .demek men qorxaqam
24 aprel 2015 11:44
8
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
Offline
Tomris Müslümova
46-70 cixdi mende hee qorxagam biraz
24 aprel 2015 10:57
7
Sən sadəcə mənimsən...!
Offline
Nezka
7 xal oldu
24 aprel 2015 10:50
6
İçimi görsən mənə aptek alarsan.
Offline
BARBI
Hec bir seyden qorxan deyilem. Qorxuyada inanmiram cunki insan ozu qorxunu var edir
24 aprel 2015 09:23
5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Luna-90
Mende 37 cixdi ancaq men qorxaq deyilem.duzdu evveller gece qebirsanligada getsem qorxmazdim ancaq son 2ildi biraz qorxu yaranib .ujas kinolara gece evde tek axsam saat 3-4de baxirdim .indi gunduz yanimda adamda olsa baxa bilmirem.ozum bunu hiss etmisem evvelki kimi deyilem.qocalmisam yeqin her sey geri gedir.
24 aprel 2015 08:59
4
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Offline
aziz a
46 70 arasi oldu...Amma elede qorxaq deyilem.
24 aprel 2015 08:46
3
Rebbim kömek olsun cümlemize Amin
Offline
Dosta_inam
ay 37-i oldu,heqiqeten qorxaqliğim var azca.teşekkür.
24 aprel 2015 07:55
2
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Offline
my_angel
7-20 xal arası çıxdı.Doğurdan da qorxu ilə münasibətim yoxdur,lakin əvvəllər çpx qorxaq idim indi isə yox.
24 aprel 2015 07:18
1
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv