Bu testi doldurun, gələcəyinizi görün – TEST

Müəllif: Miss_Oxatan
Şərhlər: 18
Baxılıb: 13 542
Səs ver:
(səs: 10)
Özünüdərketmə özünü inkişaf üçün əsasdır. Özünü dərk etmədən qarşındakı insanı da başa düşmək olmur.

Qadinlar.biz qısa anda internet istifadəçiləri arasında populyarlıq qazanan balaca bir test üsulunu təqdim edir. Bu test özünü və gələcəyini görmək istəyənlər üçündür. Bunun üçün aşağıda göstərilən qapı və cığıra baxıb bəyəndiyinizi seçmək kifayətdir. Ürəyinizə yatan şəkili seçdikdən sonra onun cavablarına baxa bilərsiniz.


Şəkil üzrə cavablar.

1-ci qapı:
Sən azadlıq cığırını seçdin.  Sənin üçün müstəqillik və azad məkan əsasdır. Həyatının qurucusu elə özünsən. Hər hansı bir nəticə çıxarmazdan öncə bu və ya digər problemin həlli variantlarına nəzər yetirirsən.  Sən inadkarsan və qarşıya qoyulan məqsədə nail olursan.  Bundan əlavə, vaxtını ağılla istifadə edib həyatdan həzz ala bilirsən.

2-ci qapı:
Bu cığır-başqa insanlara yer olmayan balaca, kiçik dünyaya sahib olmağını bildirir. Sənə öz-özünlə başbaşa qalmaq daha rahatdır.  Sən səyahət etmək və müxtəlif yerlərə təklikdə baş çəkməyi sevirsən.  Kiminsə sənə dayəlik etməsini və kiminsə yolboyu söhbət edərək yanaşı getməsinə ehtiyac duymursan.  Həqiqətdə sən dostlarını sevirsən, lakin zamanla sənin öz məkanına çəkilərək tək qalmağına ehtiyacın var.

3-cü qapı:
Səni al rənglər və pozitivlik gözləyir.  Həyatını gözəllik, macəra və risklərsiz təsəvvür  etmirsən.  Ruhun isə heç zaman darıxmır.  Hər zaman öyrənirsən və bu prinsip üzrə gedirsən:  "Qəbirdən məzara kimi öyrən”.  Hər şeylə maraqlanırsan və hər bir şeyə də sual tapırsan.

4-cü qapı:
Seçdiyin qapıdan asılı olaraq,  səni çox maraqlı hadisə və macəralar gözləyir. Praktiki olaraq çox vaxt gələcəyin haqqında düşünürsən və həyatına yeniliklər qatmaq istəyirsən.  Bir qədər impulsiv, ehtiyatsızsan.  Nadir hallarda hərəkətlərinin nəticələri haqda düşünürsən.  Sən qaydaları pozansan, lakin buna baxmayaraq ətrafdakı insanlar sənin xarizman və möhkəm sevginə heyrandır.  Heç kim sənin zamanın boşuna sərf etmən haqqında bir söz deyə bilməz.

5-ci qapı:
Sənin qapıların hər kəs üçün açıqdır.  Sənin üçün sülh, əmin-amanlıq və təbii gözəllik əsasdır.  Səni məqsəd və ona doğru aparan vasitələr maraqlandırır. Axın üzrə üzürsən və hər vəchlə stabilliyi qoruyub saxlamağa çalışırsan. Dramalardan qaçmaq üzrə mahirsən.

6-cı qapı:
Sən sülh və əmin-amanlıq yolunu seçmisən.  Sənin həyat yolunda tənhalıq, sakitlik və ehtiyatkarlıq ən yaxın yoldaşdır.  Bu prinsip üzrə gedirsən:  "Köhnə dost yeni dostdan yaxşıdır”.  Sən əsil həqiqət axtarıcısısan.  Daim həyatın mənasının axtarışındasan.  Həyatın boyu yeni biliklərə açıqsan.  Bir sözlə sən müdrik və filosofsan.
(səs: 10)
Şərhlər: 18
Baxılıb: 13 542
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri