Övladınız aqressivdirmi? - TEST

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 1 761
Səs ver:
(səs: 1)
1. Bəzən özünü cinlənmiş kimi aparır.
2. Nədənsə narazı olanda deyinir, susmaq bilmir.
3. Ona edilən pisliyin əvəzini çıxmağa çalışır.
4. Bəzən heç bir bəhanə olmadan donquldanır.
5. Bəzən elə olur ki, oyuncaqları dağıltmaq, nəyisə sındırmaq ona həzz verir.
6. Arada nəyə görəsə o qədər israr edir ki, ətrafdakıların da səbrini daşırır.
7. Heyvanları cırnadmaqdan qalmır.
8. Onunla höcətləşmək mənasızdır.
9. Kiminsə onunla lağ etdiyini düşünəndə çox hirslənir.
10. Arada ətrafdakıları şoka salacaq pis hərəkət etmək istəyi baş qaldırır.
11. Verilən əmrlərə cavab olaraq hər şeyin əksini etməyə çalışır.
12. Çox vaxt yaşından asılı olmayaraq deyingəndi.
13. Özünü sərbəst və düşüncəli hesab edir.
14. Birinci olmağı, əmr verməyi və insanları özünə tabe etməyi sevir.
15. Uğursuzluqlardan yaman qıcıqlanır, günahkar axtarmaq istəyi yaranır.
16. Asanlıqla mübahisə edir, dalaşır.
17. Yaşca balaca və fiziki zəif olanlarla ünsiyyət qurmağa çalışır.
18. Aşırı qıcıqlandırıcı tutmaları olur.
19. Yaşıdlarıyla yola getmir və onlarla heç nəyini bölüşmür, güzəşt etmir.
20. Əmindir ki, hər bir tapşırığı hamıdan yaxşı bacaracaq.
 
Hər suala verilən "" cavabları 1 bal hesablanır.
Yüsək aqressivlik - 15 - 20 bal
Orta aqressivlik - 7 - 14 bal
Aşağı aqressivlik - 1 - 6 bal.
 
 
Aqressivliyin meyarları (uşağa nəzarət sxemi)
1. Tez- tez özünü itirir.
2. Sıx - sıx böyüklərlə höcətləşir və dalaşır.
3. Adətən qaydalara əməl etməkdən imtina edir.
4. Qəsddən insanları qıcıqlandırır.
5. Öz səhvlərinə görə başqalarını günahlandırır.
6. Tez - tez əsəbləşir və nəyisə etməkdən boyun qaçırır.
7. Çox vaxt qisasçı və paxıldır.
8. Həssasdır, ətrafdakıların (uşaqların və böyüklərin) hərəkətlərinə qarşı çox tez reaksiya verirki, bu da onu qıcıqlandırır.
 
Uşağı aqressiv adlandırmaq üçün minimum 6 ay ərzində sadaladığımız 8 əlamətdən heç olmasa 4 -ü özünü göstərməlidir.
Aqressivlik əlamətləri olan uşaqların mütləq həkimin və psixoloqun köməyinə ehtiyacı var.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 1 761
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri