Həndəsi fiqur seçin - TEST

Müəllif: my_angel
Şərhlər: 12
Baxılıb: 7 228
Səs ver:
(səs: 2)


Bu fiqurlar arasında fikirləşmədən ən xoşladığınız və sizin daxili aləminizə ən yaxın olan fiquru seçin.

Kvadrat
Bu fiquru seçən insan həddən artıq əməksevər və inadlıdır. Hər bir işi sona kimi çatdırmağa xoşlayır. Səbirlidir, kiçik detalara fikir verir, nizam-intizam sevir. Seçdiyi işdə hər zaman uğurlar əldə edir.
Hər şeyi əvvəlcədən planlaşdırmağa xoşlayır. Onun planları pozulanda çox məyus olur. Axı indi bütün inşəri yenidən planlaşdırmaq lazımdır!
Bütün bu xüsusiyyətlər işdə böyük kömək etsə də, şəxsi həyatda əksinə mane olur. Bir çox hallarda belə insanlar tənha olur. Belə insan yalnız özü kimi işi və nizam-intizamı sevən insanla xoşbəxt ola bilər.

Üçbucaq
Liderlik simvoludur. Bu insanlar hakimlik etmək xoşlayır. İradəli, enerjili, şöhrətpərəst, özünə qüvənən olurlar, analiz etməyi bacarırlar. Hər şeyi tez başa düşür və qavrayırlar. Həyatdan nə istədiklərini yaxşı bilir və inamla öz məqsədinə doğru gedirlər.
Belə insanlar həm işdə, həm də şəxsi həyatda daim lider olmağa çalışırlar. Onlar öz səhvlərini etiraf etmək və qərarlarını dəyişmək xoşlamırlar, sərt və bəzən hətta qəddar olurlar. Təbii ki, onların belə xüsusiyyətləri ətrafdakılarla olan ünsiyyətə təsir edir.

Düzbucaq
Bu fiquru adətən daim dəyişən, həyatda daim nə isə axtaran, həyatdan narazı olan insanlar seçir. Bu insanlar özünü tez-tez məntiqsiz aparır, onların nə etdiyini  əvvəlcədən bimək çətindir.
Lakin bütün bu xüsusiyyətlərə baxmayaraq belə insanlar nadir hallarda tənha olur. Cəsarətli, her şeyi bilmək istəyən, hər şeylə maraqlanan, hamıya inanan bu insanlar ətrafdakıları cəlb edir. Bəziləri onların sadəlövh olmağından süi-istifadə edirlər.

Dairə
Bu fiqur harmoniya simvoludur. Belə insanlar ətrafdakılarla yaxşı münasibət qurmağı sevir və bacarır. Bu onlar üçün çox vacibdir. Onlar filantrop (yunan dilində "fileo" - sevmək, "antropos" - insan) olur. Bu insanlar işlədiyi kollektivdə mehribanlıq yaratmaq bacarır, onların ailələri isə adətən nümunəvi olur.
Bu insanlar çox həssas olur, dinləməyi, başqasının dərdinə şərik olmağı bacarır. Həmçinin onlar insanları çox yaxşı tanıyırlar. Bu insanlar əsl psixoloqlardır.
Bu insanlar konflikt, dava-dalaş xoşlamır, onlar hər zaman küsülüləri barışdırmağa çalışırlar.
Bu insanlarda təşkilatçı qabiliyyəti yoxdur. Bu səbəbdən onlar nadir hallarda rəhbərlik vəzifələrdə işləyirlər.

Ziqzaq
Bu insanlar kreativlik, yaradıcılıq sevir, qeyri-adi, ekspressiv olurlar. Bu insanların intuisiyası çox güclü olur. Onlar incəsənətin, gözəlliyin pərəstişkalarları olurlar. Onlar xəyalpərəstdirlər, adi şeylərdə və hadisələrdə gözəllik görürlər. Onlar bəzən çox  sadəlövh olurlar.
Bu insanlar sərbəstlik sevir. Bu halda onlar daha yaxşı işləyir və yaxşı nəticələr verirlər. Lakin onlar hər şeyə tez maraq itirir və bəzən işi sona kimi çatdırmırlar.
Bu insanlar şən və hazırcavab olur, onlarla ünsiyyət qurmaq çox asandır.

Təbii ki, bütün digər psixoloji testlər kimi, bu test də 100% düzgün nəticə verməsə də, bir çox hallarda reallığa yaxın olan nəticə göstərir.
(səs: 2)
Şərhlər: 12
Baxılıb: 7 228
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri