Toy bütün qızların xəyal qurduğu ən əsas gündür. Bu xüsusi gündə
bütün gəlinlər hamıdan gözəl və zərif görünmək istəyir. Hər bir gəlin
fərqli modeldə gəlinlik seçir və əslində bu, hansı xarakterdə olduğunuzu
göstərir. Bəyəndiyiniz gəlinlik növünə görə hansı xarakterdə olduğunuzu
bilirsinizmi? Əgər bilmirsinizsə, məqaləmizi sona qədər oxuyun.
Yaxası ürək formasında olan gəlinliklər
Qəlb eşqin və sevginin simvoludur. Ürək formalı gəlinlikləri həssas və romantik xarakterə sahib olan gəlinlər seçir.
Sadə və düz formada olan gəlinliklər
Bədənə oturan sadə gəlinliklər,
özünə inanan gəlinlərin seçdiyi gəlinlik formasıdır. Bu xarakterli
xanımlar sözü üzə deyən və qadın haqlarını qoruyan qadınlar olur və bu
qadınlar dəblə geyinməyə önəm verirlər.
Qabarıq gəlinliklər
Bütün
xanımlar toy günü şahzadə kimi görünmək istəyir. Şahzadə olduğunuzu
hiss etdirən gəlinlik isə qabarıq gəlinlikdir. Qabarıq gəlinliklər sizi
bir hekayənin və ya romanın qəhramanı kimi hiss etdirəcək.
Trapes formalı və ya ətəkli gəlinliklər
Əsasən
adət-ənənələrinə bağlı xanımların seçdiyi gəlinlik formasıdır. Əslində
bu gəlinlik forması çox sadədir və bu modeldə gül naxışları və ya
krujevalı tül detalları seçərək daha gözə çarpan gəlin obrazı yarada
bilərlər.
Balıq formalı gəlinlik modelləri
Ən
göz qamaşdıran gəlinlik modeli isə şübhəsiz ki, balıq formalı gəlinlik
modelləridir. Özünə inanan və ayaqları üzərində dik durmağı bacaran xanımların seçdiyi gəlinlik modelidir.