Birlikdə
ideal cütlük yarada biləcəyimiz kişiyə rast gəlmək hər bir xanımın
arzusudur. Yarımızı seçməyə yollanmamışdan əvvəl ilk növbədə öz
psixoloji tipimizi müəyyən etməliyik. Avropanın imic-konsaltinqinə görə,
saysız-hesabsız individuallıqlarımız 4 əsas tipə ayrılır – romantik,
klassik, dramatik və təbii.
Romantik tip.
Xəz,
bantlar və müxtəlif incə bəzəklərə olan sevgi romantik tipin
nümayəndələrinə xasdır. Bu xanımların əlində dünyanın bütün
cəvahiratları olsa da, onlar özlərini gül və ya kəpənək formasında
növbəti gözəl bəzək sancağını almaqdan saxlaya bilmirlər.
Romantiklər
parçalardan - krujevalar, atlas, ipək, parçanın üzərindəki bəzəklərdən
isə - gül printləri, noxudlar və etnik abstraksiyalara üstünlük
verirlər.
Gəlinlik donu seçərkən bu xanımlar ilk növbədə Vera Wang və Papilio kolleksiyalarına üz tutacaqlar.
Bu tipin nümayəndələri xəyalpərəst və emosionaldırlar.
Klassik tip.
Ciddi
düz xəttlət, gözə çarpmayan rənglər, miniatür (lakin bahalı) bəzək
əşyaları, dəbə uyğun olmayan fasonlar – klassiklər sadə və zövqlə
geyinir.
Özünə
geyim seçərkən, bu tipin nümayəndələri geyimin tikişlərinin
səliqəliliyinə diqqət yetirir, parçanın tərkibi ilə maraqlanır.
Klassiklərin ayaqqabıları hər zaman çantalarına, dodaq boyasının rəngi
isə dırnaq boyasına uyğun olur.
Gəlinlik
seçərkən, klassiklər Alberta Ferettinin lakonik gəlinliklərinə, Douglas
Hannatdanağ gəlinlik şalvar kostyumlarına və Amsaledən ağ mini
gəlinliklərə üz tutacaqlar.
Bu xanımlar - əsl kraliçadır. Onlar disiplinli, özlərinə güvənən və məqsədyönlüdürlər.
Dramatik tip.
Dramatiklərin
hər bir çıxışı – podium göstərişidir. Leopard printli geyimlər,
yarışəffaf köynəklər və hündür dabanlı ayaqqabılar - onlar özlərini bu
geyimlərdə çox rahat hiss edirlər.
Gəlin-dramatiklər
Yan Stüartın teatral üslublu gəlinliklərinə, Monique Lhuillierin dərin
dekolteli donlarına üstünlük verərək, fatanı iri şlyapalarla əvəz edir
və obrazlarını Reem Acradan qırmızı rəngli eksentrik əlcəklərlə
tamamlayırlar.
Təbii tip.
Rahat
və praktik – təbii tipin nümayəndələri məhz bu cür geyimlərə üstünlük
verir. Cins, alçaq dabanlı ayaqqabı və rahat sviter – bu xanımların ən
sevimli gündəlik geyimləridir.
Əgər rəsmi görünmək tələb olunarsa, onlar klassik qara kostyum geyinəcəklər.
Gəlinlik
seçimində bu xanımlar rahat və yüngül gəlinliklərə üstünlük verəcəklər.
Şleyf və fata kimi atributlar onlara tamamilə yaddır. Təbii tipin
nümayəndələri xəyallarındakı donu Oscar de la Renta və Yolan Crisin
kolleksiyalarında tapa bilərlər.
Sizə hansı kişilər yaraşır?
İndi
isə psixoloji tipinizə hansı kişilərin uyğun olacağına nəzər salaq.
Psixoloqların fikrincə, təmiz psixoloji tipə çox nadir hallarda rast
gəlinir. Çox vaxt biz özümüzdə bir neçə tipin xüsusiyyətlərini
birləşdiririk. Məsələn, Siz təbii tipin nümayəndəsi olmaqla yanaşı,
hərdən klassik kimi də çıxış edə bilərsiniz.
Əgər Siz romantik-dramatiksinizsə,
Top-menecer,
maliyyə analitiki və ya bankir kimi yüksək vəzifələrdə çalışan
"hökmdar-kişi” məhz bu tipli xanımların xəyalındadır. Bu cür kişilərə
iqtisadi forumlarda, biznes-mərkəzlərində, qolf-klublarda rast gəlmək
olar. Tanışlığınızın nigahla bitməsini istəyirsinizsə, düzgün taktikadan
istifadə edin: məsləhət və ya kömək üçün ona müraciət edin, onun
maraqlarının Sizin üçün də maraqlı olduğunu göstərin.
Əgər Siz klassik-dramatiksinizsə,
Özündə
klassik və dramatik tiplərin xüsusiyyətlərini birləşdirən xanımlar
ünsiyyət sahəsində çalışan (məsələn, prodüser, satış üzrə menecer, və
s.) kişilərlə möhkəm ittifaq yarada bilərlər. Onu necə tanımaq olar?
Belə bəylər xarici görkəmlərinə xüsusi diqqət yetirir (ideal manikür,
səliqəli saç düzümü) və dəbə uyğun geyinməyi xoşlayır, dəbdəbəli
restoranların, fashion-təqdimatların, at yarışlarının və incəsənət
sərgilərinin daimi ziyarətçisidir. Onunla ünsiyyətdə əlçatmaz
olmalısınız, lakin eyni zamanda onun diqqətini cəlb etməyi də
bacarmalısınız.
Əgər Siz romantik-təbii tipə aidsinizsə,
Sizin
üçün ideal kişi – iş adamı və ya alimdir. Çox vaxt işdən ılavə bu cür
kişilər ekstremal idman növləri ilə məşğuldur, ona görə də adətən həftə
sonlarını dağ-xizək kurortlarında və ya dayvinq mərkəzlərində keçirir.
Belə kişi, onun ətrafında rahatlıq yaradacaq və onun qayğısına ehtiyacı
olan sadə və təvazökar xanımla həyatını birləşdirmək istəyir.
Əgər Siz təbii-klassik tipə aidsinizsə,
Sizə
yaradıcı kişi uyğundur: rəssam, rəqqas, dizayner, aktyor, musiqiçi.
Belə kişini xarici görünüşünün bəzi detallarına görə müəyyənləşdirə
bilərsiniz: uzun saçlar, etnik şərflər və ya enli eynəklərinə görə.
Əsasən belə kişilərə çay klublarında, konsert və festivallarda, şəxsi
inkişaf treninqlərində və yoqa məktəbində rast gəlmək olar. Yaradıcı
kişilər sadə və təvazökar xanımları seçsələr də, eyni zamanda xanımlar
ilham pərisi olmağı bacarmalıdırlar.