Boyun
osteoxondrozu çox yayılmış pozulmadır. Həkimlərin müşahidələrinə görə,
bu və ya digər formada boyun osteoxondrozuna insanların 70%-ndə rast
gəlinir.
Boyun
osteoxondrozu zamanı boyun fəqərələrində distrofik dəyişikliklər baş
verir ki, nəticədə sinirlər və damarlar sıxılır və bu da müxtəlif
pozulmalara (ağrılar, baş gicəllənməsi, qolların və barmaqların keyiməsi
və s.) səbəb olur.
Boyun osteoxondrozu inkişafının səbəbləri:
- azhərəkətli həyat tərzi
- ağır fiziki yükləmələr
- onurğa sütunu əyriliyi
- travmalar (xüsusilə avtomobil qəzası nəticəsində)
- artıq çəki
- xroniki streslər
- soyuqlamar
- mübadilə proseslərin pozulmaları və s.
Hal
hazırda boyun osteoxondrozu xeyli "cavanlaşıb" və cavan insanlarda çox
tez-tez aşkar olunur. Boyun osteoxondrozu vaxtında aşkar olunmalı və
müalicə olunmalıdır. Müalicəsiz buraxılmış bu pozulma insanı hətta əlil
edə bilər.
Özünüzdə boyun osteoxondrozun olub-olmamadığını bilmək istəyirsinizsə, bizim testdən istifadə edin.
1. Gün ərzində 3 saatdan artıq kompüterdə və ya sənədlərlə işləyirsinizmi, avtomobil sürüsünüzmü?
2. Sizdə boyun və ya baş travmaları (xüsusilə avtomobil qəzası nəticəsində) olubmu?
3. Səhər saatlarında boynunuzda ağrılar olurmu?
4. Başınızı yana çevirdikdə, arxaya, qabağa əydikdə, çətinlik çəkirsinizmi?
5. Başınızı yana çevirdikdə, əydikdə boynunuzda ağrı və ya xırtıltı hiss edirsinizmi?
6. Çiyinləriniz ağrıyırmı?
7. Baş ağrıları, başgicəllənməsi, ürəkbulanması Sizi tez-tez narahat edirmi?
8. Qollarınızda ağrılar, zəiflik hiss edirsinizmi?
9. Barmaqlarınız keyiyir, soyuyurmu?
10. Qulaqlarınızda küy olurmu?
Əgər siz əksər suallara "hə" cavabı vermisinizsə, çox güman ki, sizdə bu pozulma artıq var. Vaxt itirmədən həkimə müraciət edin.