Sol
əlinizi açın və ürək xəttini tapın. Bu xətt əlin içində, çeçələ
barmaqla işarə barmaq arasındakı məsafədə uzanır. Ürək xətti, əsasən, 4
formada olur. Ürək xəttinin forması sizin xarakteriniz və taleyiniz
haqqında çox şeylər deyə bilər.
A: Ürək
xətti orta barmağınızın altından başlayırsa, deməli, sizdə liderlik
xüsusiyyətləri var. Azad olmağa can atan, ağıllı, dəqiq qərarlar verə
bilən insansınız. Həssas deyilsiniz. Başqalarının taleyinə qarşı
laqeydsiniz.
B: Ürək
xətti orta və işarə barmaqların arasından başlayırsa, bu, mülayim,
təvazökar insan olduğunuzdan xəbər verir. Güvən problemləriniz var.
İnsanlara inanmaqda çətinlik çəkirsiniz. Ağılla duyğular arasındakı
balansı qoruya bilrisiniz.
C: Ürək
xəttiniz işarə barmağın altından başlayırsa, deməli, heç vaxt məhəbbət
mövzusunda çətinlik çəkməyəcəksiniz. Daim qarşı tərəfin maraq dairəsində
qalmağı bacarırsınız. Mükəmməllik axtarışındasınız. Məntiqdən çox,
hisslərlə hərəkət edirsiniz.
D: Ürək
xəttiniz işarə barmaqla baş barmaq arasındadırsa, bu, səbirli,
ünsiyyətcil olduğunuza işarədir. Xeyriyyəçi kimi tanınır, hamı
tərəfindən sevilirsiniz.