Rənglərin mənaları və xarakterimizə təsiri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 7 501
Səs ver:
(səs: 2)
Rənglər həyatımıza düşündüyümüzdən daha çox təsir edir. Hansı rəngləri sevdiyimiz və ya geydiyimiz xarakterimizi bəlli edir.


Məsumiyyətin simvolu olaraq bilinən ağ rəng hər zaman saflığı, təmizliyi və sülhü əks etdirir.

Qırmızı
Bu rəng özünüzü enerjili hiss etməyinizi təmin edir. Eşq rəngi olaraq bilinən qırmızı qan təzyiqini və bədənin hərarətini artırır.Bundan əlavə həyəcanı və ehtirası təmsil edir.
 
Narıncı
Narıncı rəngi sevən insanlar əsasən cəsur və macəra sevən olurlar. Əksəriyyətin sevdiyi bir rəng olduğu üçün marketinq sahəsində də bu rəng çox istifadə olunur.
 
Açıq mavi
Bu rəngi sevən insanlar açıq sözlü və özünü ifadə etməkdən qorxmayan insanlardırlar. Geyimlərinizdə bu rəngdən istifadə etmək özünüzü formada və dinamik hiss etməyinizi təmin edəcəkdir.
 
Tünd göy
Bir iş görüşməsinə gedərkən bu rəngi seçə bilərsiniz. Çünki göy rəng nüfuz və qərarlılığın rəmzidir.Güvənilir bir görünüş yaratmağınızı təmin edir. Bu rəngi sevən insanlar nizamlı, qərarlı və özlərinə inamları yüksək olurlar.

Qara
Güc, iqtidar və yalnızlığın simvolu olan qara hər kəsin sevdiyi və çox istifadə etdiyi rəngdir. Ehtirası qırmızıdan sonra ən yaxşı ifadə edən rəngdir. Bu rəngi seçən insanlar əsasən fərdi hərəkət edirlər.
 
Çəhrayı
Çəhrayını sevən insanlar çox şən olurlar. Xəyalın rəngi olaraq bilinən çəhrayı saflığı və sevimliliyi bildirir. Qız uşaqları bu rəngi daha çox sevirlər.
 
Sarı
Sarı rənglər arasında ən diqqət cəlbedici rəngdir. Əgər bir yerdə diqqət çəkmək istəyirsinizsə,sarı rəngdə geyimlər seçməlisiniz. Yollardakı xətlərin sarı olmasının səbəbi də diqqət çəkici olmasıdır. Sarı rəng həm də cəsarətin simvoludur.
 
Yaşıl
Yaşılın sakitləşdirici xüsusiyyəti vardır. Həyəcanı azaldır, eyni zamanda yaşıl rəng sülhün rəmzidir.
(səs: 2)
Şərhlər: 10
Baxılıb: 7 501
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri