Xarakterinizin gizli tərəflərini bilirsinizmi? - TEST

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 2 991
Səs ver:
(səs: 2)
Gələcəkdə sizi nələr gözləyir, xarakterinizin güclü tərəfləri nələrdir, nələrə diqqət etməlisiniz? Bu suallarınıza cavab tapmaq üçün numerologiyadan istifadə edə bilərsiniz. Sadə bir üsulla qədər-qismət rəqəminizi və xaraterinizin gizli tərəflərini öyrənə bilərsiniz. Qədər-qismət rəqəminizi hesaplamaq üçün doğulduğunuz ayı, günü və ilinizi alt-alta aşağıdakı üsulla toplamalısınız.

· Yanvar - 1
· Fevral - 2
· Mart - 3
· Aprel - 4
· May - 5
· İyun - 6
· İyul - 7
· Avqust - 8
· Sentyabr - 9
· Oktyabr - 1
· Noyabr - 2
· Dekabr - 3

Misal: 3 Aprel 1964-cü ildə doğulmusunuzsa, 3+4+1964=1971
1+9+7+1=18; 1+8=9

Qədər-qismət rəqəminiz 9-dur.

Qeyd: Əgər qədər rəqəminiz iki rəqəmli alınsa, onları da öz aralarında toplamalısınız. Yəni qədər sayı ədəd ola bilməz.

Qədər-qismət rəqəmi - 1 "Qabaqcıl”
Qabaqcıl, lider və yol göstərənsiniz. Bütün işlərinizi planlı şəkildə həll edirsiniz. Həqiqətən çox güclü xarakteriniz var. Başqalarının qabağında əyilmək sizlik deyil. Bacarıqlı olmağınız və yaradıcılıq qabiliyyətiniz hər halınızdan hiss olunur. Arzularınızı və xəyallarınızı tez bir zamanda həyata keçirmək istəyirsiniz. Yüksəlmə əzmi sizi ayaqda saxlayan əsas amillərdən biridir. İstədiyiniz uğura çatmaq üçün var gücünüzlə çalışırsınız. İdarəçilik qabiliyyətiniz çox yüksəkdir və baş verən hadisələrə tez bir zamanda hakim ola bilirsiniz. Qərarlılıq, güc və iradə əzmkarlığınızdan irəli gəlir. Bəzən bunları düzgün anda və düzgün yerdə istifadə edir, bəzən isə lazımsız anda büruzə verirsiniz. Əslində yumşaq qəlblisiniz və ümumilikdə qəlbinizin səsinə əhəmiyyət verirsiniz.

Qədər-qismət rəqəmi - 2 "Köməksevər”
Sizi başqalarından fərqləndirən iki tərəfiniz var. İnsanlarla münasibətinizdə göstərdiyiniz ustalıq və bacarıq ilə öhdəsindən gələ bilməyəcəyiniz heçn nə yoxdur. Həyatınızdaki açar söz isə əməkdaşlıqdır. Uyğunsuzluqlar və münaqişələr sizə mənfi təsir göstərir. Buna görə də belə hadisələrlə qarşılaşdığınızda vəziyyəti düzəltmək üçün bütün gücünüzü ortaya qoyursunuz. Zərif qəlbli insansınız, başqalarını incitmək istəmirsiniz. Buna görə də ətrafınızdan dostlar və tanışlar əksik olmur. Digər qədər-qismət rəqəmlərinə nisbətən siz mübarizə aparmağı daha yaxşı bacarırsınız. İki rəqəminin mənası özünə hakim olmaqdır. Sizin xoşbəxtliyinizin əsas səbəbi qarşınızdakı insana qısa zamanda uyğunlaşmağınızdır. Əlləriniz elə bil sehrli qüvvəyə malikdir, toxunduğunuz hər şeyi gözəlləşdirirsiniz. Köməyə ehtiyacı olan hər kəsin yanında olub, onlara dəstək olursunuz. Ancaq köməyə ehtiyacınız olduqda hər işinizi özünüz həll edirsiniz.

Qədər-qismət rəqəmi - 3 "Seçici”
Təşkilatçılıq və idarəçilik qabiliyətiniz ilə hər kəsi özünüzə heyran qoyursunuz. Bacarıqlısınız və bu bacarıqlarınıza görə nailiyyət, xoşbəxt həyat sizi gözləyir. İnsanların təbiətini və zəif nöqtələrini yaxşı bildiyiniz üçün onları idarə edəcəyiniz peşələr seçirsiniz. Nüfuzunuz sizin ən vacib silahınızdır. İdarəçilik etdiyiniz bütün sahələrdə bu silahınızdan istifadə edirsiniz. Nə qədər böyük bir kütlə ilə işləsəniz, qazancınız və nailiyyətləriniz bir o qədər çox olacaq. Sənaye, şirkət və təşkilatların idarəçiliyində daha çox nailiyyətlər əldə edə bilərsiniz. Çox cəsur insansınız və nə etməli olduğunuzu çox yaxşı bilirsiniz. Məqsədiniz hər kəsin öz azadlıqlarını bilməsidir, ancaq bu, sizin üçün çərçivə daxilində olmalıdır. Öz azadlığınız üçün başqalarını incitməkdən zövq alırsınız. Təbii ki, başqalarının da sizə qarşı bu hərəkəti etməsindən heç xoşunuz gəlmir.

Qədər-qismət rəqəmi - 4 "Divar ustası”
Sizin qədər-qismət çarxınız kvadrat işarəsidir. Bu ədalət və barabərlik deməkdir. Siz bu kvadratın düz ortasındasınız və dörd tərəfiniz divar ilə örtülü olduğu üçün heç bir tərəfə tərpənə bilmirsiniz. Həyatınıza biraz hərəkət və rəng qatmalısınız. Siz sadəcə yuxarıya tərəf hərəkət edə bilərsiniz. Kvadrat, həyatın bütün praktik tərəflərini təmsil edir. Səbrli və təmkinli insansınız. İşdən qaçmırsınız əksinə hər zaman hazırsınız. Divar ustası kimi yollarınız hər zaman məntiqli və idarəlidir. Sizin üçün müəyyən çərçivələr var və onların xaricinə çıxmırsınız. Detallara çox fikir verirsiniz və bəzən də bu səyləriniz nəticə vermir. Öz fikirlərinizi başqalarına qəbul etdirmək fikrindən daşınsanız, həyat sizin üçün daha asan olacaq. Heç kəs sizə "vəzifələrindən boyun qaçırır” deyə bilməz. Çünki harada inama və düzgünlüyə ehtiyac varsa, orda siz varsınız.

Qədər-qismət rəqəmi - 5 "Yazıçı”
Enerjili və canlısınız. Həm ağıllı, həm də çox yumşaq qəlbə sahib birisiniz. Həyat sizin üçün cəsarət tələb edən macəradır. Əylənməyi və gözəl yaşamağı çox yaxşı bilirsiniz. Dünayanın mərkəzi olmaq istəyirsiniz. Sərbəst olmaq, sərbəst yaşamaq istəyirsiniz. Natiqlik bacarığınız çox yüksəkdir və bu istiqamətdə hər hansı bir peşəyə sahib olsanız, daha çox uğurlar qazana bilərsiniz. Ancaq bu istedadınız bəzən sizin üçün problemlər yarada bilər. Dəyişkən xarakterə maliksiniz. Sizin üçün ağıllı insan zəmanəyə uyğunlaşmaq məcburiyyətindədir.

Qədər-qismət rəqəmi - 6 "Müəllim”
Sizin dünyanızın idarəedicisi məhəbbətdir. Əslində kimə aşiq olmağınızın bir o qədər də fərqi yoxdur və kainatdakı vəzifəniz bu fəlsəfəni öyrənməkdir. Məqsədiniz isə başqalarına kömək etməkdir. Sevgiyə və diqqətə olan düşkünlüyünüz özünüzə qarşı inanmsızlığınızdan irəli gəlir. Kobudluqdan və bayağılıqdan heç xoşunuz gəlmir. Özünüzdən çox başqalarını fikirləşməyiniz sizi cavanların məsləhətçisi, yaşlıların sirdaşı və dünyanın müəllimi edir. Çox nadir hallarda nəyisə mühakimə edirsiniz. Əslində sizi narahat edən çox az şey var. Yanınızda sevgiliniz olduqda sizin üçün hər şey gözəldir.

Qədər-qismət rəqəmi - 7 "Mistik”
Müşahidəçi bir xarakterə sahibsiniz. Hər şeyin arxasındakı şeyi axtarmaq ən əsas xüsusiyyətinizdir. Səthi heç bir şey sizi qane etmir. Əksinə marağınızı daha da qıcıqlandırır. Mistik mövzular, yeni və köhnə elmi sahələr sizin marağınızı daha çox cəzb edir. Həkim kimisiniz. Problemli insanlar axtardıqları rahatlığı sizdə tapılar. Məsafəli hərəkətləriniz sizi başqalarından ayırır. Ancaq həyatın dərinliklərini bilənlər sizi başa düşür. Hər zaman ədalətli olmağa çalışırsınız və daima qayğı görmək istəyirsiniz. Fəlsəfə və mədəniyyət mövzularına marağınız çox böyükdür. Amma tam dəqiqliyi ilə bu mövzuları başa düşməmisiniz. Bəzən sizin üçün həyat çox asan gəlir, ancaq hələ həyatdan öyrənəcəyiniz çox şey var. Ümumilikdə sakit və pessimist xarakterə sahibsiniz.

Qədər-qismət rəqəmi - 8 "Sənətçi”
Hər şeyi tam dəqiqliyi ilə ifadə etmə və hiss etmə bacarığınız olmasa da, ağıllı insansınız. Müxtəlif mövzular ilə maraqlanmaqdan zövq alırsınız. Vaxtınızın böyük bir qismini xəyal qurmağa ayırırsınız. Həyatın ancaq əyləncə üstündə qurulmadığının fərqindəsiniz. İnsanlar haqqında hər zaman yaxşı düşüncələrdəsiniz və hamıya inanırsınız. Buna görə də tez-tez məyus olursunuz. İstənilən məlumatı qısa zamanda əldə etməyin yollarını çox yaxşı bilirsiniz. Söhbətcil və əyləncəlisiniz. Bu xüsusiyyətinizə görə insanlarla tez dostlaşırsınız. Ətrafınızdakı dostlarınızın çoxu sizi istəyir, ancaq çox az qismi sizi başa düşür.

Qədər-qismət rəqəmi - 9 "Metafizikaçı”
Həyatınız pərdənin arxasındakı sirri, ruhun və gizli elmin arxasındakı mənanı başa düşməklə keçir. Həyatınızın əsas məqsədi sırf həqiqəti öyrənməkdir. Bu məsələdə həddən artıq müvəffəqiyyətlisiniz. İnsanları tanımaq üçün 5 dəqiqə qarşınızdakı şəxs ilə söhbət etməyiniz kifayətdir. Həyatı çox sevirsiz və ətrafınızdakı insanlardan çox az qismi sizin üçün dəyərlidir. Həyatın hər sahəsində səxavətli və qüsursuz olmaq üçün əlinizdən gələni edirsiz.
(səs: 2)
Şərhlər: 10
Baxılıb: 2 991
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri