Baş formamız və xarakterimiz

Müəllif: Fi-Ra
Şərhlər: 5
Baxılıb: 2 852
Səs ver:
(səs: 1)
Uzun kəllə sümüyü:
Qaşlardan kəllənin arxasına doğru, yəni profildən uzun, alnı yüksək olan başlar əksəri qadın başlarıdır. Bu kimi insanlar dost təbiətli, ictimai xaricə dönük insanlardır. Bir parça nəfsinə düşkün olurlar. Gördükləri işin bəyənilməsini mütləq istəyirlər, amma kompliment axmağı deyildirlər. Saxta komplimentlə səmimi heyranlığı ayırd edə bilirlər. Gələcək haqqında planlar qururlar. Hər işi əvvəldən düşünər, planlaşdırırlar. Sevdiklərini müdafiə etmək lazım gələndə aslan kəsilirlər və öz haqlarını da başqalarına yedirməyi əsla istəməzlər.
 
Qısa kəllə sümüyü:
Qaşlardan kəllənin arxasına doğru qısa olan başlara ümumiyyətlə qadınlarda çox rast gəlinmir. Bu növ başa sahib olanlar səyahət edib yeni dostlar qazanmağı hədsiz sevən və bu günü ancaq bu gün üçün yaşayan insanlardır. Zəkaları olduqca kəskindir və ən yaxın dostlarını belə daim heyrətə salan düşünmə qabiliyyətləri vardır. Qarşısındakının içindən keçənləri anlamaq sənətində bir usta olduqları üçün çox tez dost əldə edirlər. Amma qazandıqları dostları eyni asanlıqla da itirirlər.
 
Dörd künclü Kəllə Sümüyü:
Önü və arxası yastı bir başa sahib olan şəxs tədbirli bir adamdır. Batil inanclara sahib olması da çox mümkündür. Bir insan alışılmış, hazır yollardan getməyi üstün tutur. Öz özünə yeni bir yol açmaqdan çəkinir. Alışdığı şeyləri, daha yaxşıları üçün belə olsa tərk etmək onu məyus edər. Orijinal fikirlərdən və qoçaqlıqdan məhrumdur. Az danışır və özündən çox bəhs edilməsini sevməz.
 
Girdə Kəllə Sümüyü:
Öndən, arxadan və yandan baxanda sanki yumru bir mənzərə kəsb edən başa malik olanlar özlərinə çox güvənirlər. Özlərinə bağlıdırlar. Narahat olurlar. Yeni yeni macəralara atılmaq üçün sonsuz bir istək eşitdikləri üçün hər hansı bir işə uzun müddət bağlı qala bilmirlər və təbii ki meymun iştahalıdırlar. Yaradılışdan qumarbaz olarlar və hər hansı bir şeydə işi şansa buraxmaqdan əsla çəkinmirlər.
 
Uzun baş:
Tam yekun başı uzun olan insan yaxşı və xeyirli işlər görməkdən xoşlanır. İnsaniyyəti bir bütün olaraq sevir və insanlığı məsud etmək üçün özünü fədaya hazırdır. Dindardır, ağır başlı və məğrurdur. Vəzifəsini ciddiyə alır və hər şeydən üstün tutur. Vicdanən vasvasıdır və iş həyatında da, ev həyatında da vəzifəsini haqqıyla bacarmaq ən böyük əməlidir.
 
Uzun dar baş:
Uzun və dar başlılar əzimkar, inadlı və hətta inadcıl olurlar. Sahibkar deyillər. Yoxlanmamış, yeni bir sahəyə atılmaq bunlar üçün görünməmiş bir şeydir. Əvvəlcədən sınanmış və isbat edilmiş şeylər üzərində işləməyi üstün tuturlar.
 
Uzun geniş baş:
Həm boyu uzun, həm də eni geniş olan bir baş inkişaflı təbiətin işarəsidir. Lakin davakar deyil. Belə bir şüura sahib olan insan zərurət edincə toqquşur, amma təcavüzkar deyil. Ona sirrinizi heç çəkinmədən deyə bilərsiniz. Bu adam hər hansı bir mövzu üzərində tərəddüd edərək dolanbac yollara düşməkdən xoşlanmaz. İnsanların yaxşı və həyatın gözəl olduğuna inanır.
 
Qısa geniş baş:
Başı geniş ancaq qısa olanlar maddi və praktik təbiətlidir. Belə bir insan ən çox beş hissi idarə edir. Bu tip hər hansı bir şey haqqında o şeyin görünüşünə, qoxusuna, rənginə və s. əsasən hökm verir. Bir az utancaq olmaqla bərabər ətrafındakılarla asanlıqla geçinir. İstədiyi zaman çox şirin olmasını bilir. Bədəni fəaliyyət istəyən işlər və beyinlə əlaqədar olmayan, basma qəlib məmurluqlar üçün biçilmiş dondur.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 852
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri