Yaddaşımızı yoxlayaq

Müəllif: Pure Love
Şərhlər: 10
Baxılıb: 2 104
Səs ver:
(səs: 2)
Aşağıda gördüyünüz asan və tez həll edə biləcəyiniz testi Amerikada fəaliyyət göstərən, yaddaş problemləri ilə məşğul olan "Memory Assessment” klinikası tərtib etmişdir. Buyurun testdə iştirak edin.

Bu test yaddaşınızın normal funksiyalara sahib olub-olmadığı haqqında sizdə ümumi bir fikir formalaşdıracaq. Əgər yaddaşınızla əlaqədar bir problem yaşadığınızdan şübhələnirsinizsə mütləq həkiminizə müraciət etməlisiniz. Həkiminiz yaddaş probleminizin səbəbin araşdıraraq sizə uyğun müalicə variantlarını təklif edəcək.

Aşağıdakı alış-veriş siyahısını yalnız bir dəfə diqqətlə oxuyun. Ardından siyahıya bir dəfə də olsun baxmadan, xatırladığınız bütün maddələri başqa bir kağıza qeyd edin. Daha sonra neçə dənə maddə xatırladığınızı sayın.

Soğan
Ərik
Yumurta
Böyürtkən
Fındıq

Xərçəng
Qazlı su
Mayonez
Reyhan
Balqabaq

Mango
Makaron
Sosiska
Kek
Yulaf

Qiymətləndirmə:
18-39 yaş arasındasınızsa 10 maddəni,
40-49 yaş arasındasınızsa 9 maddəni,
50-59 yaş arasındasınızsa 9 maddəni,
60-69 yaş arasındasınızsa 8 maddəni,
70 yaşdan da yuxarısınızsa 7 maddəni xatırlamağınız normal yaddaş funksiyalarına sahib olduğunuzu göstərir.

İndi də yuxarıdakı siyahını hər 5 dəqiqədə bir təkrar oxuyun. 5 dəfə oxuduqdan sonra siyahıya baxmadan 30 saniyə gözləyin və siyahının içindəki maddələri xatırlamağa çalışın.

Qiymətləndirmə:
18-39 yaş arasındasınızsa 13 maddəni,
40-49 yaş arasındasınızsa 12 maddəni,
50-59 yaş arasındasınızsa 12 maddəni,
60-69 yaş arasındasınızsa 11maddeyi,

70 yaşdan da yuxarısınızsa 10 maddəni xatırlamağınız normal yaddaş funksiyalarına sahib olduğunuzu göstərir.
(səs: 2)
Şərhlər: 10
Baxılıb: 2 104
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri