Valideynlər üçün kiçik bir test

Müəllif: Pure Love
Şərhlər: 4
Baxılıb: 2 511
Səs ver:
(səs: 2)
Həmişə belə hərəkət edirəm - 3 bal.
Bacarıram, amma həmişə belə etmirəm - 2 bal.
Bacarmıram - 1 bal.


1. İstənilən vaxt bütün işlərinizi atıb uşanığınızla məşğul ola bilirsinizmi?

2. Uşağın yaşına baxmadan onunla məsləhətləşirsinizmi?

3. Uşağa münasibətdə etdiyiniz səhvi etiraf edə bilirsinizmi?

4. Haqsız olduğunuz halda uşaqdan üzr istəyirsinizmi?

5. Uşağın hərəkətləri sizi özünüzdən çıxarsa belə özünüzü cilovlaya bilirsinizmi?

6. Özünüzü uşağın yerinə qoya bilirsinizmi?

7. Özünüzün xeyirxah insan olmağınıza heç olmasa bir dəqiqə inana bilirsinizmi?

8. Uşağınıza sizin uşaqlığınızda olmuş xoşagəlməz hallardan ibrətamiz hadisələri danışırsınızmı?

9. Uşağın qəlbinə toxunacaq söz və ifadələrin işlədilməsindən həmişə özünüzü qoruya bilirsinizmi?

10. Uşağa yaxşı davranışa görə arzusunu yerinə yetirəcəyinizi vəd edirsinizmi?

Nəticələr:
30-39 xal: Uşaq sizin üçün həyatda ən böyük var-dövlətdir. Siz onu nəinki başa düşməyə çalışır, həm də öyrənmək, ona hörmətlə yanaşmağa çalışırsınız. Siz uşağınıza münasibətdə düzgün hərəkət edirsiniz və müsbət nəticələrə ümid edə bilərsiniz.
16-30 xal: Uşağa qayğı sizin üçün birinci dərəcəli əhəmiyyət kəsb edir. Siz tərbiyəçi qabiliyyətinə maliksiniz, lakin təcrübədə heç də həmişə onları ardıcıl, məqsədəuyğun tətbiq etmirsiniz. Hərdən siz həddən artıq qəddar, hərdən yumşaq olursunuz. Siz uşağın tərbiyəsinə yanaşmanız üzərində ciddi düşünməlisiniz.
16-dan az xal: Sizin uşağın tərbiyəsi ilə ciddi problemləriniz vardır. Sizdə ya uşağı necə tərbiyyə etmək üçün biliklər qənaətbəxş deyil, ya da bunun üçün istəyiniz yoxdur. Ailə tərbiyəsi ilə bağlı məlumatlarla, kitablarla tanış olmalısınız və yaxud bu sahədə mütəxəssislərə müraciətiniz məsləhətdir.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 2 511
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri