Testi cavablandıraraq cinsi biliklərinizi ölçün!

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 4 813
Səs ver:
(səs: 4)
Testi Həll Edin, Yataq Məlumatınızı Ölçün!

Cinsi mütəxəssis Marks "Nə qədər tanış olsanız cinsi həyatınız da o qədər yaxşı olar" deyir. Aşağıdakı testi həll edin, yataq otağını və ya kitab rəfini, yoxsa hər ikisini də daha çox ziyarət etməyiniz lazım olduğunu öyrənin.

1- Hil, istiot, mixək və darçın, Hindistanda bu ədviyyatlar necə tanınır?

A. Libido məhvediciləri.
B. Doğum nəzarət üsulları.
C. Afrodizyaklar.

2- Kişinin cinsi orqanı nə qədər böyük olarsa qadını o qədər çox qane edir?

A. Qətiyyən doğru deyil. Cinsi əlaqədə əhəmiyyətli olan penisin boyu deyil, funksiyası.
B. Bu məsələ haqqında heç bir məlumatım yoxdur.
C. Bəli, məncə doğru.

3- Qadının reql dövrlərində girilən cinsi əlaqə tərəfdaşlarının sağlamlığını riskə atmaz.

A. Hər hansı bir fikrə sahib deyiləm.
B. Doğru deyil, tərəfdaşlarının sağlamlığını təhdid edir.
C. Adət dövründə də əlaqəyə girmək olar.

4- Menopauza girən qadın cinsi əlaqədən həzz almaz.

A. Məncə doğrudur.
B. Maraqlanaram.
C. Heç güman etmirəm.

5- Yaşı 40-ı keçən bir kişinin boşalması uzun çəkər.

A. Boşalma müddətinin kişinin yaşla doğru mütənasib olduğunu heç güman etmirəm.
B. Bəli, yaş irəlilədikcə kişinin boşalma müddəti də uzanır.
C. Nə desəm boşdur. Açığı, bu məsələ haqqında heç bir məlumatım yoxdur.

Doğru cavablar

1-ci (C) Hind mədəniyyətində bu bitkilər afrodizyak olaraq qəbul edilir.

2-ci (A) Mütəxəssislər penis boyu önəmli deyil deyir. Kişilər isə bir növ buna razı olmur. Halbuki xoşbəxt bir cinsi həyatda vacib olan penisin kafi sərtliyə çatması və bunu hər iki tərəf doyuma çatana qədər qoruması.

3-cü (C) Adət dövründə də cinsi əlaqədə ola bilərsiniz.. Çox yoldaşlı bir cinsi həyat yaşasanız, genital infeksiyaların inkişaf riski artır.

4-ci (C) Menopauza girərkən yumurtlama kənar qaldığı üçün müvəqqəti bir ostrojen səviyyəsində dalğalar ola bilər. Ancaq ostrojen səviyyəsi qadının cinsi əlaqədən ömür boyu zövq ala biləcəyi səviyyədə qalır.

5-cı (A) Kişilərdə yaşla birlikdə boşalma deyil, ereksiya problemləri inkişaf edir. Gec boşalma, psixoloji səbəblər, həddindən artıq spirt istehlakı və ya alınan bəzi dərmanlardan qaynaqlanır.

Nəticə:

Ən çox 2 doğru cavabınız varsa: Seksdə dahi sayılmazsınız

Həyatda missioner mövqeyindən daha çox şey var. Dərhal bu gecə tərəfdaşınız və sizin üçün yeni bir mövqeylə işə başlayın.

3 və ya 4 doğru cavabınız varsa: Orta hesabla bir seks tərəfdaşsınız

İdarə edəcək qədər yetərli amma divanə olmayacaq qədər az məlumatınız var. Orta hesabla olmaq da çox pis sayılmaz.

5 doğru cavabınız varsa: Tam bir seks profesianalısınız

Bu geniş və hiyləli məsələ haqqındakı möhtəşəm anlayışınızın dadını çıxararkən bir az alçaq könüllü olmağa çalışın. Çünki cinsi həyat haqqında çox məlumatlı olmağınız, tərəfdaşınızı qorxuda bilər, bizdən söyləməkdir)
(səs: 4)
Şərhlər: 2
Baxılıb: 4 813
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri