Məsuliyyətlisinizmi? – Psixoloji test

Müəllif: Barbaris
Şərhlər: 1
Baxılıb: 3 450
Səs ver:
(səs: 2)
1)Əhəmiyyətli bir tədbirə gedəcəksiniz, amma tədbirdə iştirak etmək üçün göy paltar geyməlisiniz və bu da siz də yoxdur. Bu zaman nə edərdiniz?

a) Birindən müvəqqəti götürərəm
b) Qara paltarım var, onu geyinmək olmazmı?
c) Pulla alaram

2) Sizin üçün özəl birilə görüşəcəksiniz. Görüş vaxtına 30 dəqiqə var, siz avtobus dayanacağındasınız və sizin avtobus hələ gəlməyib...

a) Avtobus bir azdan gələr.
b) Taksiyə minərəm.
c) Bir neçə avtobus dəyişdirərəm.

3) Dükandan lazım olan şeyləri alırsınız, amma kassada məlum olur ki, pulunuz çatmır...

a) Pulum çatdığı qədərini alaram
b) Aldıqlarımı ucuz mallarla dəyişdirərəm
c) Borclu qaldığım pulu sonra göndərərəm

4)Divara asdığınız şəkil bir az əyri dayanır

a) Sonra düzəldərəm
b) Əhəmiyyətli deyil
c) İndi durub düzəldərəm

5 )Bir yaxınınızı həkimə aparmısınız. Həkim sizə söz verdiyi saatda xəstəxanada deyildi.

a) Gözləyərəm, vaxtımız var
b) Bəlkə əhəmiyyətli bir işi çıxıb...
c) Bu, nə məsuliyyətsizlikdir

6) Yoldaşınızın evindəsiniz və telefonla təcili olaraq bir yerə zəng etmək lazımdır...

a) Çölə çıxıb, zəng etmək üçün sakit yer axtararam
b) Yoldaşımdan telefonunu istifadə etmək üçün icazə istəyərəm
c) Evə gedəndən sonra zəng vuraram

7)Piyadalara qırmızı işıq yansa da, ətrafda avtomobil yoxdur...

a) Ətrafa baxar, polis yoxsa keçərəm
b) Dərhal keçərəm
c) Yaşıl işığı gözləyərəm

8) Telefonda ...

a) Söhbət etməyi xoşlayıram
b) Problemi izah edirəm
c) Daha rahat danışıram

9 )Kreditin son günüdür və onu ödəmək üçün banka getdiniz, lakin bankda xeyli növbə var.

a) Nə edək, gözləyərəm
b) Axşam təkrar gələrəm
c) Sabah cəriməli ödəyərəm

10) Dostunuz sizinlə görüşüb, alverə getmək istədiyini söyləsə...

a) Harada
b) Necə
c) Saat neçədə

Balları hesablayın:

a b c

1 - 1 2 3
2 - 3 1 2
3 - 1 2 3
4 - 2 3 1
5 - 3 1 2
6 - 1 2 3
7 - 2 3 1
8 - 3 1 2
9 - 1 2 3
10 - 2 3 1

Nəticələr:

1- 13 bal:

Məsuliyyətli insansınız. Ətrafınızdakılar sizə güvənirlər. Dostlarınız həmişə sizin onların yanlarında olmanızı istəyir. Lakin diqqətli olun, özünüzü çox yormayın. Çünki köməyə ehtiyacınız olduğunda yanınızda kimsəni tapmaya bilərsiniz. Sizin kimi qaydalara uyğun gələn və məsuliyyətli insanlar təxmin etdiyiniz qədər çox deyillər.

14-22 bal:

Məsuliyyət sahibi olmağa və qaydalara riayət etməyə çalışırsınız, amma heç cür sabitlik tapmırsınız. Bunun səbəbi də çox tələsmənizdir. Qaydaların olması və bunlara hər kəsin uyğun gəlməsi cəmiyyətin yaşaması üçün vacibdir. Siz də bu məsuliyyəti daşıya biləcək insanlardansınız. Sabit ola bilmək üçün inanmaq lazımdır.

23-30 bal:

Çox rahat bir insansınız. Mümkün olsa heç bir qaydaya zidd getməyəcək və heç bir məsuliyyətin altına girməyəcəksiniz. Amma həyat o qədər sadə deyil. Siz cəmiyyətdən kənarlaşmaqla insanların qaydalarından qurtara bilməzsiniz. Əvvəl-axır bir mühitə girmək və insanlarla görüşmək məcburiyyətindəsiniz. Məsuliyyətlərdən və qaydalardan həzz almağı öyrənə bilərsiniz.
(səs: 2)
Şərhlər: 1
Baxılıb: 3 450
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri