Gözlərin rənginə görə uyğunluq testi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 15
Baxılıb: 4 632
Səs ver:
(səs: 5)
Yaxın zamanlarda psixoloqlar aşkar etmişdilər ki, insanıın xarakterini onun gözlərinin rəngi ilə müəyyən etmək mümkündür. Həm də iki şəxsin gözlərinin rənginə görə bir-biri ilə münasibətinin necəliyi haqqında da çox şey demək mümkündür.

Bu test vastəsilə siz yarınızı sizə bağlayan müsbət və mənfi tərəfləri aşkar edə biləcək və münsibətlərinizi daha da möhkəmləndirmək üçün nəyin çatışmamazlığını müəyyən edə biləcəksiniz.

Əgər test nəticəsində müəyyən olsa ki, partnyorunuzla sizin əlaqəniz mümkün deyil, kefinizi pozmayın, hər qaydada bir istisnalar mövcud olur. Hər bir harda əgər ailədə qarşılıqlı hörmət və azca da məhəbbət varsa orada birlik daima olacaq.

1. Kişinin göz rəngini seçin
- qəhvəyi
- mavi
- yaşıl
- boz

2. Qadının göz rəngini seçin
- qəhvəyi
- mavi
- yaşıl
- boz

Nəticələr:
Qəhvəyi və qəhvəyi: Bu cütlüklər bir-birini çox yaxşı başa düşsə də, bir dam altında yaşamaq onlara elə də asan deyil. Onların hər ikisi liderliyə can atacaq və bir-birinin nöqsanlarını tez üzə vurmağa məqam gözləyəcək. Amma biri hər hansı bir problemlə rastlaşsa, digəri onu yoluna qoymaq üçün var qüvvəsi ilə çalışacaq. Hər iki qəhvəyi gözlünün izdivacı o zaman uğurlu olur ki, onların həyatda istədiyi şey ümumi olsun və onu əldə etmək üçün bir yerdə çalışsınlar.

Qəhvəyi-mavi: Bu cütlüklərdə son dərəcə güclü ehtiras və eyni zamanda əks əlaqələr mövcuddur. Onların bir yerdə olması vulkanı xatırladır. Lakin olnlara bir yerdə olmaq maraqlıdır. Kənardan hər şey qaydasında görsənsə də, öz aralarında daima münaqişələr yaşanır. Amma bu hər ikisini də qane edir. Bir qayda olaraq bu münasibətlərdə lider və bütün emosiyaların öhdəsindən gələn qəhvəyi gözlülərdir. Mavi gözlünü nəzarət altında saxlayan qəhvəyi gözlülər, münasibətləri qorumaq üçün çox zaman sakitləşərək əlaqənin sabitləşməsini gözləyirlər.

Qəhvəyi-yaşıl: Ümumi əlaqələr çox yaxşıdır. Burada hər şeyi yaşılgözlülər idarə edir. Əgər qəhvəyi gözlü buna bir qayda kimi yanaşsa, münasibətlər pozitiv istiqamətə də gedəcək. Bu cütlüklər bir-birlərinin gözəl tamamlayırlar. Səhvlərdən qaçmaqdan ötrü hər bir cüt digərinin nəsihətlərinə ciddi yanaşmalıdır.

Qəhvəyi-boz: Bu münasibətdə lider yoxdur. Burada qarşılıqlı hörmət və bir-birinə dəstək var. Lakin bu cütlüklər daxili aləmlərinə görə bir-birindən uzaq olurlar. Onlar etiraf etməyi və  hər hansı mövzunu ciddi müzakirə etməyi bacarmırlar. Münasibətləri saxlamaq üçün böyük aşkarlıq və inam tələb olunur

Mavi-Mavi: Arada çox güclü məhəbbət mövcuddur. Cütlüklər bir yerdə vaxt keçirməyi xoşlayırlar, hər ikisi rahatlıq və romantikanı sevir. Onların münasibətinin ancaq ev qayğıları poza bilər. Münasibətləri qorumaq üçün, eyni işlə məşqul olub bir yerdə hərəkət etmələri tələb olunur.

Mavi-Yaşıl: Sevgi əlaqələri o qədər də uğurlu hesab olunmur. Onlar arasında inam və etibar yoxdur. Lakin buna baxmayaraq biri-digərinin tamamlaya bilər. Mavi gözlü aktiv və yaradıcı işlərin öhdəsindən asanlıqla gəlir, yaşıl gözlü də öz növbəsində ona hər cür köməyi etməyə hazır olur. Cütlüyün birliyi daimi olmur, çünki mütləq biri digərinə təzyiq göstərir.

Mavi-Boz: Bu cütlər arasında ümumi çox az şey var. Onların sevgi əlaqələri az inandırıcıdır. Onlar arasındakı roman çox da uzun çəkməyəcək, onları bir yerdə saxlayan yalnız maraqlardır. Bu əlaqədə liderlik göygözlülərdə olur. Əgər onun yarı münasibətlərə rəhbərlik etmək istəsə, o zaman birlikləri kardon ev kimi dağılacaq.

Yaşıl-yaşıl:  Bu ittifaq uğurludur. Bu cütlər bir-birlərini çox gözəl başa düşürlər. Onlar açıqqəlblidirlər və hər işlərini ürəkdən görürlər. İstənilən hallarda onlar bir-birlərinə dəstək olurlar və heç nəyə görə ittiham etmirlər. Əlaqəni yalnız qısqanclıq poza bilər. Ona görə də bu cür cütlüklər münasibətlərinin arasına qısqanclığın girməsinə mane olmalıdırlar.

Yaşıl-Boz: Bu cütlərin məhəbbət və ailə münasibətləri çox uğurlu olur. Amma bir şərtlə: Lider bozgözlü olmalıdır! O öz cütünün enerjisini lazımı yönə istiqamətləndirə biləcək və ona çox şey əldə etməyə kömək edəcək. Bunun müqabilində yaşıl gözlüdən qarşılıqlı hörmət, evdə komfort və sakitlik tələb edəcək!

Boz-Boz: Bu münasibətlər qarşılıqlı kömək və dəstək əsasında formalaşır. Onlara sadəcə bir yerdə olmaq rahatdır. Bu qrup arasında xüsusi hisslər nadir hallarda mövcud olur. Onların əlaqəsini saxlayan qarşılıqlı kömək və hörmət hissləridir. Bu əlaqələr o qədər güclü olur ki, onlar sevgisiz belə hər çətinliyin öhdəsindən gələ bilirlər.
(səs: 5)
Şərhlər: 15
Baxılıb: 4 632
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri