Sən hansı şahzadəsən? - Test

Müəllif: Qlamurr
Şərhlər: 6
Baxılıb: 4 173
Səs ver:
(səs: 6)
Sən hansı Şahzadəsən?
Hər qız - şahzadədir. Amma fərqli... Bəs sən? Hansı şahzadə olduğunu bilirsənmi?

1. Ev işlərini mütləq edirsən...
a) Başqası evi təmizləyəndə ayaqlarımı yuxarı qaldırıram.
b) Rahatlıq yaratmağı xoşlayıram: tez - tez mağazaya gedir, çatışmayanları alıram.
c) Qabları yuyuram, tozu təmizləyirəm, döşəmələri silirəm, bazarlıq edirəm...
d) Səliqə - səhmana fikir verir, evdə həmişə təmizlik olmasına çalışıram.

2. Gələcək işini necə təsəvvür edirsən?
a) Əsas odur ki, iş maraqlı, yaradıcı və yaxşı kollektivi olsun.
b) İnsanların işinə yarımaq istəyirəm: həkim, müəllim və ya sosioloq olmaq arzusundayam.
c) Arzum - modelyer olmaqdır.
d) Heç bir iş! Mənim üçün əsas yaraşıqlı, imkanlı oğlana ərə getmək - uğurlu ailə həyatı qurmaqdır.

3. Görüşə ən çox nə qədər gecikirsən?
a) Həmişə vaxtından tez gəlirəm.
b) Gecikməyi qızlara həmişə bağışlamaq lazımdır.
c) Gecikmək çox pis vərdişdir.
d) Çox - bu, mənim əl çəkə bilmədiyim vərdişimdir.

4. Ən çox bəyəndiyin alış - verişin...
a) Klassik, adi geyimlərim.
b) Çəhrayı başmaqlarım.
c) Sevdiyim əşyalarım çoxdur.
d) Rahat, səliqəli və bəyəndiyim geyimlər.

5. Günə necə başlayırsan?
a) Səhər yeməyinə hazırlaşmaq, otaqları təmizləmək və xırda işləri vaxtında etmək üçün tezdən oyanıram.
b) Sevimli musiqimə qulaq asır, şirniyyat hazırlayır və mürəbbə yeyirəm.
c) Oyanıram, gərnəşirəm və saatımı 30 dəqiqə sonraya qurub, təzədən yatıram.
d) Günüm yulaf sıyığı və meyvə şirəsi ilə başlayır.

6. Kosmetika çantanda həmişə olur.
a) Keyfiyyətli və məşhur brendlərin kosmetik vasitələri
b) Tuş, ənlik, kirşan və dırnaq boyası
c) Əl kremi, nəm salfet və tuş
d) Ən yeni çıxan kosmetika vasitələri


7. Boş vaxtlarını necə keçirirsən?
a) Fərqli şənliklərə və yığıncaqlara qatılıram
b) Rəsim çəkir, internetdəki tablolara baxır, tikmələr edirəm
c) Muzey və sərgilərə gedirəm.Əgər pulum varsa, səyahətə gedirəm
d) Boş vaxtım olmur

8. Gecə yatanada...
a) Rahat köynək geyinirəm.
b) Üstündə Hello Kitty şəkli olan şort və köynəyimi geyinirəm
c) İpək gecə geyimini çox bəyənirəm
d) Krujevalı köynəyim mütləq əynimdə olmalıdır

Hesabla:
A) 1 2 4 3 4 3 1 4
B) 2 4 2 2 2 2 2 2
C) 4 3 3 1 1 4 3 3
D) 3 1 1 4 3 1 4 1

Şahzadə Nesmeyana ( 8-13 xal )
Sən-kaprizli, yalnız özünü düşünən mənfəətçisən.Hər istədiyini əldə etməyə öyrəşmisən.Gecəyarısı ürəyin dondurma istəsə, onu mütləq tapmalısan. Böyüklərinlə yuxarıdan danışırsan, heç kimi saymırsan. Doğrudanmı sən xoşbəxtsən? Axı sənin həmişə yanında olacaq, heç vaxt səni tək qoymayacaq həqiqi dostların yoxdur! İnan ki, ətrafdakıların əsəbinə səbəb olaraq yaşayırsan. Amma bu sənə xoşbəxtlik gətirməz. Bir az mehriban və səbrli olsan, özünü çox gərəkli və xoşbəxt hiss edərsən.

Ağbəniz ( 14-19 xal)
Sən-əsl şahzadəsən. Zərif, mehriban, romantik və xeyirxah... Ətrafında hamı səni sevir, çünki sən hamıyla mülayim davranırsan. Sənin varlığın hamını sevindirir. İnsanlara xoş surprizlər etməyi onları sevindirməyi bacarırsan. Düzdür, hərdən sən də bikef olur, kaprizlər göstərirsən - həmin vaxt yaxşı olar ki, sənə heç kim toxunmasın. Bu, əsl şahzadələrə xas olan xüsusiyyətdir.

Şahzadə Diana ( 20-25 xal)
Sən-tərbiyəli və kübar şahzadəsən. Heç vaxt ütüsüz paltarla küçəyə çıxmazsan.Geyiminə çox fikir verir, səliqəli və ideal olmağa çalışırsan. Başqalarının fikrinə qulaq asır, tənqidləri sakitcə qəbul edirsən.Xəyal qurmağı xoşlayırsan, amma uzun müddət göylərdə uçmursan.Həmişə nəsə öyrənir,yeni insanlarla tanış olursan

Zoluşka ( 26-32 xal)
Sən-çox fədakar şahzadəsən. Günün hər dəqiqəsini planlı yaşayırsan. Hamıya kömək edir, insanların problemləri iə maraqlanırsan. Başqaları haqqında çox fikirləşirsən. Amma sən xəstələnə, ruhdan düşə bilərsən. Bəsdir, çarxda fırlanan enerjili dovşan kimi başqalarının ətrafında dövr etdin. Bir azda öz həyatına vaxt ayır. Hələ gec deyil...
(səs: 6)
Şərhlər: 6
Baxılıb: 4 173
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri